Anons

Bu gün, 10:30- Kataloniyada kütləvi tətillər başladı - Yollar, aeroportlar, mağazalar bağlandı

Bu gün, 10:00- Nazir Azad Rəhimov vətəndaşlarla görüşdü

Bu gün, 09:00- Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb

Bu gün, 08:30- Vilayət Eyvazov bu dəfə Rəşadət Babayevi işdən çıxardı

Dünən, 18:30- Bakıda yağış gözlənilir - HAVA PROQNOZU

Dünən, 18:00- Vahid məktəbli forması ilə bağlı bir neçə nümunənin təsdiqi gözlənilir - Nazir

Dünən, 18:00- Ölkə əhalisi ticarət mərkəzlərində 27,6 milyard manat xərcləyib - Daha çox nəyə?

Dünən, 17:00- Mobil telefon uşaqların diqqətini və yaddaşını zəiflədir

Dünən, 17:00- İki baş inəyə görə iki nəfər saxlanıldı

Dünən, 16:30- Türkiyəli nazir Azərbaycanı təbrik etdi

Dünən, 16:30- ABŞ və Türkiyə razılığa gəldi: atəşkəs elan ediləcək

Dünən, 16:30- Qanvermə hansı xəstəliklərə müsbət təsir edir?– Qan verməyin şərtləri,əks-göstərişi

Dünən, 16:00- Azərbaycana səfər edən çinli turistlərin sayı 64 faiz artıb

Dünən, 16:00- “İstədiklərimizi aldıq” - Çavuşoğlu detalları açıqladı

Dünən, 15:30- İsmayıllıda müstəqilliyimizin bərpasının 28-ci ildönümü qeyd edildi

Dünən, 15:30- Ərdoğan sərt və güclü bir liderdir

Dünən, 15:30- Uşaq hüquqları aylığına start verilir

Dünən, 15:00- "Ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmlərinin hazırlanması üzərində iş aparılır"

Dünən, 15:00- "Ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmlərinin hazırlanması üzərində iş aparılır"

Dünən, 14:30- Penisyalar artırılacaq, 11 min vətəndaş işlə təmin olunacaq - Nazir

NATO-nun ilk azərbaycanlı qadın pilotu: Ləman Bozqurd kimdir?

Tarix:23-09-2019, 18:00 Baxış Sayı:6 701

NATO-nun ilk azərbaycanlı qadın pilotu: Ləman Bozqurd kimdir? NATO-da reaktiv təyyarə sürən ilk azərbaycanlı (Türk) qadın olaraq tarixə düşən Ləman Bozqurdun əzmi və mübarizəsi bir çox insanlara da örnəkdir.
Ləman Bozqurd 1932-ci ildə Qarsın Sarıqamış rayonunda dünyaya göz açıb. Kiçik yaşlarından pilot olmağa həvəsli olan bu qız xəyalına qovuşmaq üçün böyük addımlar atıb. O, “Türkkuşu İnönü Təsisləri”ndə təlimlərdən keçib. Leman Bozkurt bu təlimlərlə yetinməyib daha da irəli getməyə qərar vermişdi.
Ləman Bozqurd 1954-cü ildə Türkiyə Silahlı Qüvvələrinə qadınların da qəbul edilməsi qərarından faydalandı. O, 1955-ci ildə İzmir Hava Qüvvələri Akademiyasına müraciət etdi. 1957-ci ilin avqust ayında akademiyadan məzun oldu. Ləman Bozqurd məzun olmasını dostları ilə əylənərək qeyd edəndə NATO hələ 5 yaşında idi.
Ləman Bozqurd daha sürətli və daha yüksəyə uçmaq arzusuyla reaktiv uçaq pilotu təhsili almaq üçün 1958-ci ildə Eskişehirdəki reaktiv təhsil flotuna qatılıb və qısa bir müddətdə təhsilini müvəffəqiyyətlə tamamlayıb. 1958-ci ilin noyabr ayından etibarən reaktiv uçaq pilotu olan Ləman Bozqurd 9 il müddətlə F-84 və T-33 reaktiv təyyarələrində uçuşlar həyata keçirib.
Daha sonrakı illərdə hava qüvvələrinin qərargah xidmətlərində çalışıb. Personal-plan şöbə müdiri və Mərkəzi şöbə müdiri olaraq müxtəlif vəzifələr yerinə yetirən Ləman Bozqurd polkovnik rütbəsində təqaüdə çıxıb. Ay-ulduzlu bayrağı göylərdə daşıyan ilk qadın reaktiv uçaq pilotu Ləman Bozqurd eyni zamanda NATO hava qüvvələrinin də ilk və uzun illər boyunca tək qadın reaktiv uçaq pilotu olub.
Onun həyatında verdiyi qərarlar arasında ən maraqlı məqamlardan biri də təyin edildiyi vəzifədən imtina etməsidir. Ləman Bozqurd “Jet Təhsil Heyəti”nə müəllim olaraq təyin olunsa da, o, buna etiraz edərək göylərdə uçmaq istədiyini bildirib.
O, bunun səbəbini bu cür izah edib: “Ömrümün sonuna qədər uçaraq vəzifədə olmaq istəyirəm. Yerdə oturmaq mənlik deyil. Bu imkanlardan məni məhrum etməməsi üçün hər zaman Tanrıya dua edirəm”.
Ləman Bozqurd 4 may 2001-ci ildə Türkiyənin İzmir şəhərində vəfat edib.


Müəllif: Teleqraf.com    скачать dle 12.1

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ