Anons

Вчера, 23:00- Merkel böyük siyasətdən gedir - Özü açıqladı

Вчера, 21:30- Zakir Qaralovun vəzifədə çalışan qohumları - Siyahı

Вчера, 20:00- İranın yük gəmisi İraq sularında batdı: Ölənlər var

Вчера, 19:00- 4 iyun hadisələrinin 27 ili - hələ də açılmayan sirlər var

Вчера, 18:00- “İmtahan sessiyasının tamamilə ləğv edilməsi tələbələrin təqaüd almasına maneə törədə bilər”

Вчера, 17:00- “Cümə günü də məhdudiyyətlər tətbiq edilsin” - TƏKLİF

Вчера, 16:00- Gəncədə vergi işçisindən ÖZBAŞINALIQ

Вчера, 15:37- Prokuror və təhqiqatçılara əlavə səlahiyyət verildi – DETALLAR

Вчера, 15:00- Ünvanlı sosial yardım: Hansı yeniliklər olacaq?

Вчера, 14:00- Rusiyadan Ermənistana hədə: “Türkiyə ilə baş-başa qala bilərsiniz...”

Вчера, 13:00- Azərbaycanlı "həkimlər" və onların dəhşətli koronavirus "arqumentləri"

Вчера, 12:00- Balakəndə 2 tondan artıq çətənə kolu məhv edilib

Вчера, 11:50- Azərbaycanda dərslərin nə vaxt başlayacağı açıqlandı - RƏSMİ

Вчера, 11:36- Kamran Əliyev Nizami Qocayevin oğlunu vəzifəsindən azad etdi

Вчера, 11:30- Xarici borcumuz böhranlı həddən iki dəfə azdır - ekspert danışır

Вчера, 10:53- Qarabağ haqqında erməni filmi “Kann-2020”-nin siyahısına daxil edildi?..

Вчера, 10:30- "Əli Nağıyev və Vilayət Eyvazov etimadı doğruldurlar" - deputat

Вчера, 10:00- Fransa Rusiyanı "böyük yeddilik"də görmək istəmir

4-06-2020, 23:30- “Trampın “İncil”ə əl uzatması utancvericidir”

4-06-2020, 22:30- Özbaşınalıq və iqtisadi sabotaj - Elxan Məmmədov niyə əcnəbiləri bəsləyir?

Kamran Əliyevdən avtomobillərin texniki baxışı ilə bağlı VACİB AÇIQLAMA

Tarix:23-05-2020, 18:30 Baxış Sayı:27

Kamran Əliyevdən avtomobillərin texniki baxışı ilə bağlı VACİB AÇIQLAMA Yol polisi karantinin aradan qaldırılmasından sonra müddəti bitmiş sürücülük vəsiqələrinə görə cərimələrin toplanması barədə avtomobil sahiblərinə xəbərdarlıq edib.

Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə xəbərdarlıq edərək bildirib ki, müddəti keçmiş sürücülük vəsiqəsi olan şəxslərə karantin məhdudiyyətləri zamanı verilən güzəşt müddəti 31 may 2020-ci il tarixində başa çatır.

Bu tarixə qədər köhnə sürücülük vəsiqələrinin ASAN xidmət və "ASAN Kommunal"da yeniləri ilə əvəzlənməsini başa çatdırmaq lazımdır. Avtomobili müddəti başa çatmış sürücülük vəsiqələri ilə idarə şəxslər cərimələnəcək.

Avtomobillərin texniki baxışının nə vaxt bərpa ediləcəyi və mayın 31-dək texniki baxışdan keçməmiş şəxslərin cərimə olunub-olunmayacağı maraqlı məqamlardandır.

Dia.az xəbər verir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bu barədə ictimaiyyətə məlumat veriləcəyini açıqlayıb. Kamran Əliyev həmçinin sürücülərə karantin rejimi bitdikdən sonra avtomobillərini texniki baxışdan keçirmələri üçün imkan veriləcəyini bildirib

"Bu barədə ictimaiyyətə məlumat verəcəyik. Hələki texniki baxışa görə müddət müəyyən etməmişik. Bu vaxt karantin rejiminin sonuna qədərdir. Bildirək ki, hətta karantin rejimi bitdikdən sonra da sürücülərə öz avtomobillərini texniki baxışdan keçirə bilməsi üçün vaxt veriləcək. Hazırda kim imkan var, gedib texniki baxışdan keçə bilər. Bu gün kifayət qədər sürücü texniki baxışdan artıq keçib". (Sonxəbər.az)

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ