Anons

Сегодня, 01:25- Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin pandemiya dövründə məcburi köçkünlərin evlərindən mənimsədiyi milyonlar-Məcburi Köçkünlər Prezident İlham Əliyevdən imdad diləyir-VİDEOFAKT

Вчера, 22:39- Arif Qasımovun qovulmasının sirri açılır: "Qara Kassa" Ramin Əhmədov kimdir? - Fotolar

Вчера, 19:47- Vilayət Eyvazov generalı təqaüdə göndərdi

Вчера, 18:50- “Qaçqınkom”-da maxinasiya – Nazirlər Kabinetinin qərarı olmadan 3 “JEK” yaradılıb

Вчера, 17:13- “Səhvim oldu, prezident də çıxardı” - Arif Qasımov

Вчера, 16:45- Prezident İlham Əliyev Cahangir Əsgərovu təltif etdi

Вчера, 16:42- İcra başçısının işdən çıxarılmasına səbəb olan obyekt söküldü - Video

Вчера, 00:40- “Bandotdel”-in KTN əməliyyatı sırasında nazir müavinləri bir-birini bıçaqlayıb – NƏ BAŞ VERİR?

10-07-2020, 22:18- Biznesmen icra başçısı rayonun problemlərini niyə həll etmir? - Özünü toxunulmaz sayır?

10-07-2020, 22:13- Səfər Mehdiyevdən PA rəhbərinə şikayət olundu - Qanunsuz ƏDV tələb olunur...

10-07-2020, 21:59- Şəmkirdən KTN-ə qədər uzanan subsidiya maxinasiyası – İnam Kərimovun “sağ əli” həbs olunub?

10-07-2020, 18:08- Elman Rüstəmova vaxt verildi - 1 milyardı qaytarmalıdır

10-07-2020, 17:06- Bu gün 41 şəhər və rayonda qəbul imtahanları keçirilib — Yenilənib

10-07-2020, 16:46- Zibilxanaya çevrilən “Qum hamamı” təmizlənir - Fotolar

10-07-2020, 16:18- 190 manatın verilməsi başa çatdırıldı

10-07-2020, 15:59- Koronavirusla bağlı Çin və Kubadan ekspertlər gələcək

10-07-2020, 15:07- Bəxtiyar Hacıyev BNA-ya müraciət edtdi: “1-2 milyon da bizə ayırın, fifty-fifty də bölək”

10-07-2020, 14:10- Deputatın istirahət mərkəzi bələdiyyə büdcəsinə niyə vergi ödəmir? — RƏSMİ AÇIQLANDI

10-07-2020, 14:05- İcra başçısı Leyla Əliyevanın abadlaşdırdığı parkda özünə restoran tikdirir — FOTOLAR

10-07-2020, 08:00- Sərdar Cəlaloğludan Əli Kərimli və Cəmil Həsənli haqda sərt ittihamlar

Ünvanlı sosial yardım: Hansı yeniliklər olacaq?

Tarix:5-06-2020, 15:00 Baxış Sayı:48

Ünvanlı sosial yardım: Hansı yeniliklər olacaq? “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda dəyişiklik edilməsi barədə qəbul edilən yeni qanun layihəsi Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, sosial yardım proqramının şərtlərinin yumşaldılmasına və proqramın əhatə dairəsinin genişlənməsinə xidmət edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, sənəddə qanunun 5 maddəsinə 11 dəyişikliyin edilməsi və 10-cu maddənin yeni redaksiyada verilməsi əksini tapıb.
Nəzərdə tutulan yeniliklərdən biri budur ki, ailə tərkibində baş vermiş dəyişiklik və bu dəyişikliyə görə məlumat verilməməsi sosial yardım təyinatından imtinaya və ya ailəyə təyin edilmiş yardımın ödənişinin dayandırılmasına səbəb olmayacaq. Yəni ailənin tərkibində deyil, yalnız gəlirlərində baş verən dəyişiklik nəzərə alınacaq. Ailənin gəlirlərində baş verən dəyişiklik barədə məlumat verilməsi üçün müddət də uzadılır. Ailə bu barədə artıq 5 iş günündən 15 iş gününə qədər məlumat verə biləcək.
Həmçinin, sosial yardım təyin olunan ailənin özünüməşğulluğa cəlb edilməsi üçün mexanizmin yaradılması da layihədə yer alıb.
Eyni zamanda, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və bundan imtina edilməsi Qaydaları”nda dəyişikliklər layihəsi də artıq hazırlanıb. 
Bu Qaydalarda da ailənin götürdüyü kreditin onun gəliri kimi nəzərə alınmaması, ümumən götürülən kreditin ailənin sosial yardım hüququna maneə yaratmaması nəzərdə tutulub. Hazırda ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumuna nisbəti 10 faizdən çox olduqda sosial yardım təyinatından imtina edilir.
Bu istiqamətdə də dəyişiklik kimi, həmin nisbət 10 faizdən 15 faizə çatdırılır.
Daha bir yenilik kimi, ünvanlı sosial yardım üçün müraciət edərkən tələb olunan məlumatların sayı da əhəmiyyətli dərəcədə azaldılacaq. Yəni elektron informasiya bazalarından əldə edilməsi mümkün olan məlumatların vətəndaşlar tərəfindən ərizə-bəyannamədə göstərilməsi tələbi aradan qalxacaq. (Məsələn, ailəni təmsil edən şəxsin sosial yardım üçün müraciət edərkən onun özünün və ailə üzvlərinin pensiya, müavinət, təqaüd və s. ilə təmin edilib-edilmədiyinə dair məlumatları daxil etməsinə ehtiyac qalmayacaq.)
Beləliklə, həm ünvanlı sosial yardımın aztəminatlı ailələr üçün əlçatanlığı asanlaşacaq, həm də ünvanlı sosial yardım təyin olunmuş ailələrin özünüməşğulluq proqramı vasitəsilə kiçik biznesə çıxışına və gəlir imkanlarını artırmalarına şərait yaradılacaq.

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ