Anons

Сегодня, 10:30- Şəmkirdə Alimpaşa “oyunbazlığı”: Bir yerin iki “adaxlısı” var - NARAZILIQ...

Сегодня, 09:30- Əli Həsənov başına topladığı "media kapitanları" ilə özünə böyük imperiya yaratmışdı

Сегодня, 01:09- Səfər Mehdiyevin bağçılıq müəssisəsində QUL İZTİRABI – 1 nəfər ölüb, xeyli “kolxozçu” yaralanıb

Сегодня, 00:54- ““Qaçqınkom” evi olanlara mənzil paylayır, evsizlər kənarda qalır” - “BU EV MƏNƏ TİKİLİB, YERLİ SAKİNƏ DEYİL”

Сегодня, 00:54- ““Qaçqınkom” evi olanlara mənzil paylayır, evsizlər kənarda qalır” - “BU EV MƏNƏ TİKİLİB, YERLİ SAKİNƏ DEYİL”

Вчера, 23:05- Əhəd Abıyev koronavirusa yoluxub? — AÇIQLAMA

Вчера, 22:55- DTX-nın həbs etdiyi Səlim Əlizadənin qardaşı bu vəzifəli şəxsdir - FOTO

Вчера, 20:24- İcra başçısının “tender əməliyyatları”: Yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”

Вчера, 14:05- Azərsu-da dəhşətli faktlar

Вчера, 13:42- Daha bir istirahət mərkəzində karantin qaydaları pozuldu

Вчера, 13:39- Sahil Babayev: "190 manat yaxın günlərdə veriləcək" - Video

Вчера, 13:34- Mirşahin Ağayev koronavirusa yoluxub

Вчера, 11:31- Şirkət direktoruna cinayət işi açıldı

Вчера, 10:28- "AccessBank" bağlanır?

Вчера, 09:25- Jurnalistlərə "işverən" deyən "Fairmont Baku"-nun qəhrəmanı iş adamının oğlu imiş - Video

Вчера, 08:46- İndi də Biləsuvar susuz qalıb

Вчера, 00:51- Şirvan Şəhər Müalicə Diaqnostika Mərkəzində ÖZBAŞINALIQ-Oqtay Şirəliyev nəzarəti itirib?

4-07-2020, 23:09- İcra başçısı: “Bağıra-bağıra ölürlər...” - Video

4-07-2020, 22:57- 8103 SMS icazə sistemində yeni qaydalar - İcazələr belə alınacaq...

4-07-2020, 21:18- “Çox vüqarlar haqqın qarşısında əyilib, yox olub” — Akif Aşırlı

“İrşad”da başbilən bir adam varsa... – Şikayət

Tarix:29-06-2020, 00:07 Baxış Sayı:344

“İrşad”da başbilən bir adam varsa... – Şikayət

Ülvi Kazımlı adlı istifadəçi "Müştəriyəm Şikayətim Var”qrupuna şikayət məktubu ünvanlayıb.

 

Gündəlik Bakı Sfera.az-a istinadən "Salam. Şikayətim "İrşad Electronics” dəndir. Bunlar öz ustalarına söz keçirə bilmir…” sözləri ilə başlayan məktubu oxucularına təqdim edir:

 

"…Demək, İyunun 12-si "İrşad”ın Sumqayıt şəhərindəki filialından kondisioner götürdük. ("İrşad”da VİP müştəriyəm). Söz verdilər ki, İyunun 16-sı məhsulu gətirib quraşdıracaqlar (buna görə də həmin günə işdən icazə aldım ki, evdə olum). Nə isə, 16-sı heç nə gəlmədi, zəng vurdum, dedilər, bizdə 3 iş günüdür çatdırılma. Soruşdum, bəs niyə bunu alanda demədiniz, cavab verdilər ki,üzürlü sayın, dedim ok.

 

17 İyunda gətirib məhsulu evə qoyub gediblər. Zəng etdim ki, bəs niyə quraşdırmadınız, dedilər, bizim işimiz təhvil verməkdir, 3 iş günü ərzində başqaları gəlib quraşdıracaq. Halbuki, mənə bunu da deməmişdilər.

 

19 iyunda, 3 iş günü bitirdi, getdim filiala ki, niyə gəlib quraşdırmırsınız? Özünü filial müdiri kimi təqdim edən Elsevər üzr istəyib usta Talehin nömrəsini verdi. Ustaya zəng vurub soruşdum ki, nooldu bəs? Cavab verdi ki, qardaş, bağışla, vaxt edə bilməmişik. Dedim, a kişi, sən kimə tabesən? Şirkət söz verib, gətirib quraşdıracağıq deyib, sənsə deyirsən, vaxt yoxdur, usta dedi ki, iş bölgüsü mənlikdir, şirkətə aidiyyatı yoxdur.

 

Əlqərəz, söz verdi ki, iyunun 21-i, saat 10 tamamda ilk sizə gələcəyik kondinsioneri quraşdırmağa. Vaxt tamam oldu, ustadan xəbər çıxmadı, zənglərə də cavab vermədi. Filial müdiri Elsevərə zəng vurdum, dedi ki, ustalar gəlir yoldadırlar. Dedim, gələn ustanın nömrəsini ver, vermədi.

 

İndi "İrşad”da başbilən, sözü keçən bir adam varsa, gəlsin bu vəziyyətlə bağlı açıqlama versin. Yalan dediyimi iddia edən varsa, mənim telefonum səs yazandır gəlsin sübut edim.”

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ