Anons

Сегодня, 10:30- Şəmkirdə Alimpaşa “oyunbazlığı”: Bir yerin iki “adaxlısı” var - NARAZILIQ...

Сегодня, 09:30- Əli Həsənov başına topladığı "media kapitanları" ilə özünə böyük imperiya yaratmışdı

Сегодня, 01:09- Səfər Mehdiyevin bağçılıq müəssisəsində QUL İZTİRABI – 1 nəfər ölüb, xeyli “kolxozçu” yaralanıb

Сегодня, 00:54- ““Qaçqınkom” evi olanlara mənzil paylayır, evsizlər kənarda qalır” - “BU EV MƏNƏ TİKİLİB, YERLİ SAKİNƏ DEYİL”

Сегодня, 00:54- ““Qaçqınkom” evi olanlara mənzil paylayır, evsizlər kənarda qalır” - “BU EV MƏNƏ TİKİLİB, YERLİ SAKİNƏ DEYİL”

Вчера, 23:05- Əhəd Abıyev koronavirusa yoluxub? — AÇIQLAMA

Вчера, 22:55- DTX-nın həbs etdiyi Səlim Əlizadənin qardaşı bu vəzifəli şəxsdir - FOTO

Вчера, 20:24- İcra başçısının “tender əməliyyatları”: Yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”

Вчера, 14:05- Azərsu-da dəhşətli faktlar

Вчера, 13:42- Daha bir istirahət mərkəzində karantin qaydaları pozuldu

Вчера, 13:39- Sahil Babayev: "190 manat yaxın günlərdə veriləcək" - Video

Вчера, 13:34- Mirşahin Ağayev koronavirusa yoluxub

Вчера, 11:31- Şirkət direktoruna cinayət işi açıldı

Вчера, 10:28- "AccessBank" bağlanır?

Вчера, 09:25- Jurnalistlərə "işverən" deyən "Fairmont Baku"-nun qəhrəmanı iş adamının oğlu imiş - Video

Вчера, 08:46- İndi də Biləsuvar susuz qalıb

Вчера, 00:51- Şirvan Şəhər Müalicə Diaqnostika Mərkəzində ÖZBAŞINALIQ-Oqtay Şirəliyev nəzarəti itirib?

4-07-2020, 23:09- İcra başçısı: “Bağıra-bağıra ölürlər...” - Video

4-07-2020, 22:57- 8103 SMS icazə sistemində yeni qaydalar - İcazələr belə alınacaq...

4-07-2020, 21:18- “Çox vüqarlar haqqın qarşısında əyilib, yox olub” — Akif Aşırlı

BDU: Universitetdə ad günü tədbiri keçirilməyib, yayılan məlumatlar şantaj xarakterlidir, əsassızdır

Tarix:27-06-2020, 14:39 Baxış Sayı:459

BDU: Universitetdə ad günü tədbiri keçirilməyib, yayılan məlumatlar şantaj xarakterlidir, əsassızdır 26 iyun 2020-ci il tarixində “Rublika.az” saytında Bakı Dövlət Universitetində (BDU) karantin qaydalarını pozaraq  ad günü tədbirinin keçirilməsi ilə bağlı həqiqəti əks etdirməyən, yalan və qərəzli informasiya yer alıb. Bu iddiaların heç bir əsası yoxdur və BDU-nun, o cümlədən İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi, Jurnalistika fakültəsi Tədris teleradio studiyasının fəaliyyətinə qərəzli münasibətin nəticəsidir.

 

Bu barədə ''GÜNDƏLİK BAKI'-ya Bakı Dövlət Universitetindən bildirilib.

 

Qeyd olunub ki, cari ilin 3 mart tarixindən etibarən ölkədə COVİD-19 pandemiyasının qarşısının alınması məqsədi ilə tətbiq olunan karantin rejimi ilə əlqədar olaraq bütün ali təhsil müəssiələrində, o cümlədən Bakı Dövlət Universitetində tədris prosesi dayandırılıb.

 

“BDU-da tədris prosesi məsafədən təşkil edilmiş, yalnız məhdud sayda əməkdaş işə cəlb olunub. Karantin dövründə Universitet ərazisinə daxil olan hər bir əməkdaşın giriş qapılarında temperaturu yoxlanılır, siyahıya alınır. Hazırda BDU-da yalnız onlayn imtahan sessiyasının təşkili ilə əlaqədar olaraq tərtib edilmiş siyahı əsasında məhdud sayda –  əməkdaşların təxminən 4 %-ə qədəri işə cəlb olunub. Karantin rejimi dövründə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi, Tədris teleradio studiyası da öz fəaliyyətlərini onlayn şəkildə təşkil edib, pandemiya dövründə Universitetdə tədrisin təşkili, həmçinin elmi fəaliyyət, sosial aksiyalar və s. operativ və əhatəli işıqlandırıb, Universitet əməkdaşlarının əsas informasiya mənbəyi olub. Görünən odur ki, son ildə İctimaiyyətlə əlaqələr və informasiya şöbəsində, Jurnalistika fakültəsi və Tədris teleradio studiyasındakı yeniliklər, adıçəkilən qurumların öz fəaliyyətini müasir tələblər baxımından effektiv qurması kimlərisə narahat edir. BDU-da aparılan islahatları qəbul edə bilməyən, şəxsi maraqlarından çıxış edən ünsürlər “etibarlı mənbə” kimi bu cür dezinformasiyalar yaymaqla qarayaxma kampaniyasına əl atırlar” – məlumatda qeyd olunub.

 

Vurğulanıb ki, 21 iyun tarixi bazar günü olduğuna görə, həmin gün ümumiyyətlə Universitet ərazisinə heç bir əməkdaş daxil olmayıb.

 

“BDU ictimai nəzarətə hər zaman açıq bir qurumdur və maraqlananlar həmin günün videogörüntülərinə baxa bilərlər.  Obyektiv, məsuliyyətli, etik və vicdanlı xəbərçilik prinsipləri ilə bir araya sığmayan, qaralama və dezinformasiya xarakterli yazılarını mətbuat azadlığı çərçivəsində qəbul etmək mümkün deyildir. İnformasiyanı paylaşmadan əvvəl mənbəyə istinad olunması, 3 mənbədən öz təsdiqini tapması və yalnız təsdiqini tapmış informasiyaları yayınlamaq etik və vicdanlı xəbərçilik prinsiplərinə uyğundur. İşgüzar nüfuza xələl gətirməyin yolverilməzliyi, eləcə də şəxsi nüfuzun qorunması prinsipləri professional jurnalist etikasının başlıca prinsipləridir. Bu prinsiplər eyni zamanda hüquqi tənzimləmləmə mexanizmində də öz təsbitini tapmaqdadır. Media, fəlsəfəsi yalnız həqiqət və obyektivlik üzərində qurulan və yalnız həqiqəti çatdırmağı qarşısına məqsəd qoymuş bir institut kimi, əsla şəxsi incikliyi və prinsiplərinin qurbanına çevrilmiş şəxslərin əlində qisas alətinə çevrilməməlidir. BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi, Jurnalistika fakültəsi, Tədris teleradio studiyası olaraq bir daha bildiririk ki, işgüzar nüfuzumuza xələl gətirən bu “yazı”nın heç bir əsası yoxdur və məsələnin araşdırılması ilə bağlı hüquqi müstəviyə baş vurmaq haqqımızın olduğunu da nəzərinizə çatdırmağı özümüzə borc bilirik” 
                                                                                
                                                           Jurnalistika fakültəsini dekanı Vüqar Əliyev
                                         İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva
                                                          Tədris teleradio studiyasının müdiri Ramin Rzayev

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ