Anons

Сегодня, 10:30- Şəmkirdə Alimpaşa “oyunbazlığı”: Bir yerin iki “adaxlısı” var - NARAZILIQ...

Сегодня, 09:30- Əli Həsənov başına topladığı "media kapitanları" ilə özünə böyük imperiya yaratmışdı

Сегодня, 01:09- Səfər Mehdiyevin bağçılıq müəssisəsində QUL İZTİRABI – 1 nəfər ölüb, xeyli “kolxozçu” yaralanıb

Сегодня, 00:54- ““Qaçqınkom” evi olanlara mənzil paylayır, evsizlər kənarda qalır” - “BU EV MƏNƏ TİKİLİB, YERLİ SAKİNƏ DEYİL”

Сегодня, 00:54- ““Qaçqınkom” evi olanlara mənzil paylayır, evsizlər kənarda qalır” - “BU EV MƏNƏ TİKİLİB, YERLİ SAKİNƏ DEYİL”

Вчера, 23:05- Əhəd Abıyev koronavirusa yoluxub? — AÇIQLAMA

Вчера, 22:55- DTX-nın həbs etdiyi Səlim Əlizadənin qardaşı bu vəzifəli şəxsdir - FOTO

Вчера, 20:24- İcra başçısının “tender əməliyyatları”: Yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”

Вчера, 14:05- Azərsu-da dəhşətli faktlar

Вчера, 13:42- Daha bir istirahət mərkəzində karantin qaydaları pozuldu

Вчера, 13:39- Sahil Babayev: "190 manat yaxın günlərdə veriləcək" - Video

Вчера, 13:34- Mirşahin Ağayev koronavirusa yoluxub

Вчера, 11:31- Şirkət direktoruna cinayət işi açıldı

Вчера, 10:28- "AccessBank" bağlanır?

Вчера, 09:25- Jurnalistlərə "işverən" deyən "Fairmont Baku"-nun qəhrəmanı iş adamının oğlu imiş - Video

Вчера, 08:46- İndi də Biləsuvar susuz qalıb

Вчера, 00:51- Şirvan Şəhər Müalicə Diaqnostika Mərkəzində ÖZBAŞINALIQ-Oqtay Şirəliyev nəzarəti itirib?

4-07-2020, 23:09- İcra başçısı: “Bağıra-bağıra ölürlər...” - Video

4-07-2020, 22:57- 8103 SMS icazə sistemində yeni qaydalar - İcazələr belə alınacaq...

4-07-2020, 21:18- “Çox vüqarlar haqqın qarşısında əyilib, yox olub” — Akif Aşırlı

"Yeni Ailə" MTK-dan şikayət - VİDEO

Tarix:28-06-2020, 13:20 Baxış Sayı:153

"Yeni Ailə" MTK-dan şikayət - VİDEO Bakıda bina sakinləri tikinti şirkətindən narazıdırlar.
 
Gündəlik Bakı-nın məlumatına görə, 10-a yaxın sakin yaşadığı yaşayış binasının tikinti şirkəti tərəfindən sökülməsindən şikayət edirlər.
 
Paytaxtın Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi 158 ünvanında yerləşən yaşayış binasında yaşayan bir neçə sakin iddia edir ki, həmin bina ''Yeni Ailə'' MTK tərəfindən sökülərək yerində 16 mərtəbəli yeni yaşayış binası tikiləcək. Onların yaşadığı binanın sökülməsinə səbəb kimi isə yaşayış binasının qəzalı vəziyyətdə olması göstərilib.
 
Sakinlər deyir ki, 2017-ci ildə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri binanın texniki vəziyyətini yoxlamaq üçün əraziyə baxış keçiriblər.Yekunda isə tərtib olunan aktda qeyd olunub ki, yaşayış binasının yükdaşıyan divarlarının qapı və pəncərə boşluqları ətrafında müxtəlif istiqamətli 2-3 millimetr ölçülü olan çatlar, divarlarda sement-qum məhlulundan olan suvaq qatında aşımalar müşahidə olunub. Bununla razılaşmayan sakinlər isə məhkəməyə müraciət ediblər.
 
Məsələ ilə bağlı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 23 iyun 2020-ci ildə verilən ekspert rəyində isə bildirilib ki, yaşayış binasının yükdaşıyan konstruksiyaları qüvvədə olan seysmik normaların tələblərinə cavab vermir. Bununla yanaşı, yaşayış binası tikinti-quraşdırma işləri aparılan inşaat meydançasının təsir zonasında yerləşdiyinə görə binanın istimsarı sakinlərin həyatı üçün təhlükəlidir.
 
''Yeni Ailə'' MTK-nın sədri Ziya Hacıyev isə bildirdi ki, Nazirlər Kabinetinin qərarına və Nəsimi Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən pilot layihə əsasında həmin yaşayış binası sökülərək yerində müasir görkəmli yeni yaşayış binsı tikilməlidir. Yeni tikiləcək binadan isə həmin sakinlərə kvadarat sahəsi artıq olmaqla mənzillər veriləcək.
 
Ziya Hacıyev onu da qeyd edib ki, binada yaşayan digər sakinlərlə razılığa gəlinib və onlarla müqavilə də imzalanıb. Hazırda binanın söküntüsünə başlanılmasa da növbəti məhkəmənin verdiyi qərardan aslı olaraq addımlar atılacaq.Xəzərxəbər

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ