Anons

Сегодня, 10:30- Şəmkirdə Alimpaşa “oyunbazlığı”: Bir yerin iki “adaxlısı” var - NARAZILIQ...

Сегодня, 09:30- Əli Həsənov başına topladığı "media kapitanları" ilə özünə böyük imperiya yaratmışdı

Сегодня, 01:09- Səfər Mehdiyevin bağçılıq müəssisəsində QUL İZTİRABI – 1 nəfər ölüb, xeyli “kolxozçu” yaralanıb

Сегодня, 00:54- ““Qaçqınkom” evi olanlara mənzil paylayır, evsizlər kənarda qalır” - “BU EV MƏNƏ TİKİLİB, YERLİ SAKİNƏ DEYİL”

Сегодня, 00:54- ““Qaçqınkom” evi olanlara mənzil paylayır, evsizlər kənarda qalır” - “BU EV MƏNƏ TİKİLİB, YERLİ SAKİNƏ DEYİL”

Вчера, 23:05- Əhəd Abıyev koronavirusa yoluxub? — AÇIQLAMA

Вчера, 22:55- DTX-nın həbs etdiyi Səlim Əlizadənin qardaşı bu vəzifəli şəxsdir - FOTO

Вчера, 20:24- İcra başçısının “tender əməliyyatları”: Yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”

Вчера, 14:05- Azərsu-da dəhşətli faktlar

Вчера, 13:42- Daha bir istirahət mərkəzində karantin qaydaları pozuldu

Вчера, 13:39- Sahil Babayev: "190 manat yaxın günlərdə veriləcək" - Video

Вчера, 13:34- Mirşahin Ağayev koronavirusa yoluxub

Вчера, 11:31- Şirkət direktoruna cinayət işi açıldı

Вчера, 10:28- "AccessBank" bağlanır?

Вчера, 09:25- Jurnalistlərə "işverən" deyən "Fairmont Baku"-nun qəhrəmanı iş adamının oğlu imiş - Video

Вчера, 08:46- İndi də Biləsuvar susuz qalıb

Вчера, 00:51- Şirvan Şəhər Müalicə Diaqnostika Mərkəzində ÖZBAŞINALIQ-Oqtay Şirəliyev nəzarəti itirib?

4-07-2020, 23:09- İcra başçısı: “Bağıra-bağıra ölürlər...” - Video

4-07-2020, 22:57- 8103 SMS icazə sistemində yeni qaydalar - İcazələr belə alınacaq...

4-07-2020, 21:18- “Çox vüqarlar haqqın qarşısında əyilib, yox olub” — Akif Aşırlı

“Deputat da insandır, koronavirusa yoluxa bilər” - AÇIQLAMA

Tarix:28-06-2020, 12:26 Baxış Sayı:144

“Deputat da insandır, koronavirusa yoluxa bilər” - AÇIQLAMA “Deputatların koronavirusa kütləvi yoluxması ilə bağlı xəbərlər yayıldı. Sonradan hər kəs şahidi oldu ki, iddialar əsassızdır. Bunun da səbəbləri var. Bilirsiniz, bəzi qüvvələr ümummilli məsələlər olduqda belə təxribat törətməyə cəhd edirlər, deputatları və digər nüfuzlu şəxsləri hədəfə gətirirlər. Bunu da cəmiyyətdə nifrət hissi aşılamaq üçün edirlər”.
 
Bunu Gündəlik- Bakı-ya açıqlamasında deputat Cavid Osmanov deyib.
 
C.Osmanov qeyd edib ki, bu cür hərəkətlərə yol verənlər anti-Azərbaycan qüvvələrdir: “Əhalinin çox az bir hissəsi onları dəstəkləyir. Deputatlar da digər orqanların əməkdaşları kimi çalışırlar ki, ölkəmiz inkişaf etsin, daim öndə olsun. Millət vəkilləri kifayət qədər aktivlik nümayiş etdirirlər, qanunverici təşəbbüslə çıxış edirlər, seçicilərin problemlərini qaldırırlar. Ona görə də deputatlara qarşı qarayaxma kampaniya aparılır, bu da vahid mərkəzdən idarə olunur”.
 
Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da bununla bağlı münasibətini açıqlayıb: “Deputatlar da insandır, onlar koronavirusa yoluxa bilər. Milli Məclisin inzibati binasının daxilində sanitar qaydalara çox ciddi əməl olunur. Ona görə burada koronavirusa yoluxma təhlükəsi yoxdur. Parlamentin İşlər idarəsinin iki əməkdaşı və bir deputat – Sahib Alıyev koronavirusa yoluxub. Allah onlara şəfa versin. Deməli, artıq həyəcan siqnalı var, özümüzü qorumalıyıq. Xüsusilə qeyd etmək istərdim ki, həmin şəxslərin yoluxması birbaşa Milli Məclislə əlaqəli deyil. Bu, onların getdiyi yerlərdə təmasda olduğu insanlarla əlaqəlidir”.

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ