Anons

Сегодня, 18:21- Rövşən Rzayevin “qayğıları”: “Kebabzade” şəhid evinə getməyi “Qaçqınkom” sədrinə unutdurdu...

Сегодня, 15:59- "Otur aşağı...səndən general olmaz" cənab Xəqani Cəbrayılov-Xəqani Cəbrayılov yoxsa Cəbrayıl Xəqaniyev?-VİDEO

Сегодня, 15:45- “Sovetski” sakinləri aksiya keçirdi: “Bəsdirin pulumuzu oğurladız” - Video

Сегодня, 15:32- Sabirabadda qızıl alverçisi Aybəniz Süleymanova və məhkəmə hakimi Fizuli Pənahov bir ziyalı ailənin başına hansı faciəni gətirib ?

Сегодня, 13:46- “Gündəlik Bakı”-nın baş redaktoru: Gününüzü “Gündəlik Bakı” ilə AÇIN

Сегодня, 12:12- “Azərsu” rəhbərinin oğlunun hektarlarla badam bağları üzə çıxdı – Foto

Сегодня, 12:09- “Tərəqqi” texniki-humanitar liseyində yerlər satılır?

Сегодня, 12:01- Gələn həftə kafelər açılır? – Baş infeksionistdən açıqlama

Сегодня, 11:30- "Yenidən imtahan keçirilməyəcək" - DİM

Сегодня, 11:00- AZAL-da təmizləmə başladı: İdarə rəisi və müavinləri işdən çıxarıldı

Сегодня, 10:30- Hikmət Hacıyevlə Ramil Usubov Serbiyanın Baş Nazirinin müavini ilə görüşüb –Fotolar

Сегодня, 10:00- Rüşvətə görə həbs olunan sabiq prokuror Ali Məhkəməyə müraciət etdi

Сегодня, 09:30- “Vəzifəyə gedir ki, rüşvət alıb pul qazansın...” - Rəşid Mahmudov

Сегодня, 09:00- Təbiətə ziyan vuran şirkət 14 min manat cərimələndi

Сегодня, 08:14- Aysel və Oqtayın boşanma səbəbi bilindi

Сегодня, 07:00- Liseylərin V siniflərinə qeydiyyat başlayır

Вчера, 19:52- Qaçqınkomun sədri Rövşən Rzayev hansı işlərlə məşğuldur?

Вчера, 19:24- “Buldozer Zülfəli” Bakı Şəhər İcra Hakimiyyətinin yeni başçısı ola bilər

Вчера, 19:15- "Azərsu" rəhbərinin saray kimi evi (FOTOLAR)

Вчера, 18:00- AZAL-da təmizləmə əməliyyatı başladı

“Polis postları ləğv olunmayıb, sadəcə...“ - Vaqif Əsədovdan AÇIQLAMA

Tarix:3-07-2020, 22:14 Baxış Sayı:280

“Polis postları ləğv olunmayıb, sadəcə...“ - Vaqif Əsədovdan AÇIQLAMA “Polis postlarının ləğv edilməsi və sonradan bərpa olunması barədə fikirlər əsassızdır”.
Bu sözləri Gündəlik Bakı-ya Bakı Şəhər Baş Dövlət Yol Polisi (BBDYP) İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Vaqif Əsədov bildirib. O əlavə edib ki, sərtləşdirilmiş xüsusi karantin rejimi iyul ayının 5-nə qədər davam edəcək və bu müddət ərzində Daxili İşlər Nazirliyi (DİN) qaydalara riayət olunmasına nəzarəti həyata keçirəcək. Sadəcə postlarda aparılan xidmət indi başqa üsullarla müşayiət olunacaq.
“Vətəndaşlar ilk növbədə bilməlidir ki, Bakı şəhərində müasir texnologiyalar quraşdırlıb. Eyni zamanda hərəkətlə bağlı icazəsi olanların siyahısı bizim sistemə köçürülüb. Bu sistem vasitəsilə də avtomatik elektron qərar verilməsi imkanı var. Biz indi qanun pozuntularını bir neçə variantda aşkarlaya bilərik. Kamera və digər texniki vasitələrlə, mobil yəni, müxtəlif ərazilərdə 1-2 saatlıq postlar qurmaqla və redylər keçirməklə. Ayrıca dislokasiya üzrə xidmət aparılan ərazidə polis əməkdaşı hərəkətdə olan nəqliyyat vasitəsini saxlayıb sənədləri yoxlayarkən hərəkətlə bağlı icazəsinin də olub-olmadığını yoxlayıb yerində protokol yaza bilər. Yəni postlar nə ləğv edilib, nə də yenidən bərpa edilib. Sadəcə nəzarət fərqli üsullarla həyata keçirilir və sərtləşdirilmiş karantin rejimi bitənədək belə davam edəcək”, - deyə Vaqif Əsədov bildirib.
BBDYP rəsmisi həmçinin vətəndaşları qaydalara riayət etməyə çağırıb: “Vətəndaşlardan xahiş edirik ki, diqqətli olsunlar. İcazəsi olmayanlar hərəkət etməsinlər ki, cərimələnməsinlər. Cərimə bir yana, sağlamlıqları barədə düşünsünlər. Nə özləri yolxusunlar, nə də başqalarını yolxudursunlar”.
Xatırladaq ki, bir neçə gün əvvəl sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayon və şəhərlərdə polis postları yığışdırılıb. Bu, postların ləğv olunması kimi təqdim edilib. Bu gün isə yenidən Bakının müxtəlif ərazilərində postlar qurulub.

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ