Anons

Сегодня, 18:21- Rövşən Rzayevin “qayğıları”: “Kebabzade” şəhid evinə getməyi “Qaçqınkom” sədrinə unutdurdu...

Сегодня, 15:59- "Otur aşağı...səndən general olmaz" cənab Xəqani Cəbrayılov-Xəqani Cəbrayılov yoxsa Cəbrayıl Xəqaniyev?-VİDEO

Сегодня, 15:45- “Sovetski” sakinləri aksiya keçirdi: “Bəsdirin pulumuzu oğurladız” - Video

Сегодня, 15:32- Sabirabadda qızıl alverçisi Aybəniz Süleymanova və məhkəmə hakimi Fizuli Pənahov bir ziyalı ailənin başına hansı faciəni gətirib ?

Сегодня, 13:46- “Gündəlik Bakı”-nın baş redaktoru: Gününüzü “Gündəlik Bakı” ilə AÇIN

Сегодня, 12:12- “Azərsu” rəhbərinin oğlunun hektarlarla badam bağları üzə çıxdı – Foto

Сегодня, 12:09- “Tərəqqi” texniki-humanitar liseyində yerlər satılır?

Сегодня, 12:01- Gələn həftə kafelər açılır? – Baş infeksionistdən açıqlama

Сегодня, 11:30- "Yenidən imtahan keçirilməyəcək" - DİM

Сегодня, 11:00- AZAL-da təmizləmə başladı: İdarə rəisi və müavinləri işdən çıxarıldı

Сегодня, 10:30- Hikmət Hacıyevlə Ramil Usubov Serbiyanın Baş Nazirinin müavini ilə görüşüb –Fotolar

Сегодня, 10:00- Rüşvətə görə həbs olunan sabiq prokuror Ali Məhkəməyə müraciət etdi

Сегодня, 09:30- “Vəzifəyə gedir ki, rüşvət alıb pul qazansın...” - Rəşid Mahmudov

Сегодня, 09:00- Təbiətə ziyan vuran şirkət 14 min manat cərimələndi

Сегодня, 08:14- Aysel və Oqtayın boşanma səbəbi bilindi

Сегодня, 07:00- Liseylərin V siniflərinə qeydiyyat başlayır

Вчера, 19:52- Qaçqınkomun sədri Rövşən Rzayev hansı işlərlə məşğuldur?

Вчера, 19:24- “Buldozer Zülfəli” Bakı Şəhər İcra Hakimiyyətinin yeni başçısı ola bilər

Вчера, 19:15- "Azərsu" rəhbərinin saray kimi evi (FOTOLAR)

Вчера, 18:00- AZAL-da təmizləmə əməliyyatı başladı

“SOCAR yenidən qurulmalıdır” - Ekspertdən xəbərdarlıq...

Tarix:8-07-2020, 18:03 Baxış Sayı:428

“SOCAR yenidən qurulmalıdır” - Ekspertdən xəbərdarlıq... Azərbaycan büdcəsinin əsas vergi ödəyicisi olan SOCAR-da hazırda maliyyə-iqtisadi vəziyyət necədir?

İqtisadçı-ekspert: “SOCAR-ın maliyyə-iqtisadi vəziyyəti indi pisləşməyib”.
“Gələcəkdə SOCAR-ın sərmayə qoyuluşu və inkişafa yönələn layihələrində problemlərin ortaya çıxması gözləniləndir”.
Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli SOCAR-dakı hazırkı maliyyə-iqtisadi vəziyyəti PİA.az-a şərh edərkən qeyd edib.
Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyasına qarşı aparılan mübarizə tədbirləri və təcrid rejimi SOCAR-ın maliyyə imkanlarına mənfi təsir göstərib. Nəticədə SOCAR-ın müvafiq əmri ilə xərclərin azaldılması ilə bağlı tədbirlər həyata keçirilməkdədir.

Bu tədbirlərin davamı olaraq əmək haqqı xərclərinin azaldılmasını təmin etmək məqsədi ilə SOCAR tərəfindən Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə (ANQSİHİRK) müraciət olunaraq, SOCAR-da çalışan işçilərin səlahiyyətli nümayəndəsi kimi peşəkarlığa və xüsusi xidmətlərə, eləcə də aparıcı, məsul işçilərə və səlahiyyətə görə işçilərə təyin edilmiş aylıq əlavə ödəniş məbləğlərinin 1 iyul 2020-ci il tarixdən 50% azaldılması ilə bağlı münasibət bildirilməsi xahiş edilib.
Ümumiyyətlə Azərbaycan büdcəsinin əsas ödəyicisi olan SOCAR-dakı hazırkı maliyyə-iqtisadi vəziyyəti necə dəyərləndirmək olar və gələcəkdə şirkətin sərmayə qoyuluşu və inkişafa yönələn layihələrində problemlər ortaya çıxa bilərmi?
Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərliyə müraciət edib.

Natiq Cəfərli: “SOCAR yenidən qurulmalıdır və onun icra mexanizmləri də yenidən təşkil edilməlidir”.
Fevral ayından başlayaraq neftin qiymətində azalmaların müşahidə olunduğunu xatırladan iqtisadçı-ekspert PİA.az-a açıqlamasında bildirib ki, bu azalmalara görə də SOCAR-da problemlər yaranmağa başlayıb:
“SOCAR-ın maliyyə-iqtisadi vəziyyəti indi pisləşməyib. Azərbaycan büdcəsinin əsas ödəyicisi SOCAR-da düzgün olmayan idarəçiliyin hökm sürdüyü çoxlarına məlumdur. O da məlumdur ki, fevral ayından başlayaraq neftin qiymətində azalmalar müşahidə olunmaqdadır. Bu azalmalara görə də SOCAR-da problemlər yaranmağa başladı. Hətta SOCAR-ın bir neçə iri layihələrində də problemlər hiss olundu.
Qeyd edim ki, SOCAR-ın tək ölkədəki layihələrində və ana xəttində problemlər görünmədi. SOCAR-ın bir neçə obyekti Gürcüstandadır. Məlum pandemiya səbəbindən Gürcüstanda 2 ay karantin rejimi tətbiq edildi. Buna görə də şəhərdə demək olar ki, maşınlara rast gəlinmirdi. Bu da SOCAR-a qaz, benzin satışı cəhətdən ziyan vurdu. Eyni vəziyyət Ukraynada da hökm sürdü və bu da SOCAR-a ziyan vurdu.
Gələcəkdə də SOCAR-ın sərmayə qoyuluşu və inkişafa yönələn layihələrində problemlərin ortaya çıxması gözləniləndir. Hesab edirəm ki, SOCAR yenidən qurulmalıdır və onun icra mexanizmləri də yenidən təşkil edilməlidir”.

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ