Anons

1-08-2020, 02:55- Ağdam Rayon Təhsil Şöbəsinin Müdirəsi Karantin Rejmin Pozdu Nişan Və Toy Mərasimi Keçirib – FOTO

31-07-2020, 15:01- Şirvan İcra başçısı müavini Məharət Mustafayevin oğlundan gənc ailəyə qarşı iyrənc hərəkət - Prezidentə müraciət(VİDEOMÜSAHİBƏ

30-07-2020, 18:44- DTX-nın həbs etdiyi generalın yerinə o təyin olunub - Foto

30-07-2020, 17:39- Azərbaycanda 20 məktəbə yeni direktor təyin edildi - Siyahı

30-07-2020, 14:55- DTX -dan növbəti əməliyyat - Xarici ölkəyə casusluq edən ər-arvadı həbs edildi

30-07-2020, 14:39- Təhsil nazirliyində Ceyhun Bayramov saxtakarlıqları: qeyri-qanuni “Təchizat idarəsi” və "qara kassa "xaloğlu Rəşad

30-07-2020, 13:58- Prezident Şəkidə yol tikintisinə 12 milyon manat ayırdı

30-07-2020, 10:00- BNA rəhbəri 20 nəfəri işdən çıxardı - Deputat işə qarışdı

29-07-2020, 23:41- Deputatın 15 milyonluq tender qalmaqalı böyüyür - Kimlər cəzalandırılmalıdır?

29-07-2020, 23:24- Deputat Ramil Həsənlinin adı uşaq oğurluğunda: məhkəmə həyat yoldaşı haqda hökm çıxardı

29-07-2020, 17:22- Ağciyər Xəstəlikləri İnstitutunda nə baş verir?-Xəstələri həm öldürüllər,həm də qızılların oğurlayırlar.

28-07-2020, 15:37- Alimlər Kainatın dəqiq yaşını müəyyənləşdiriblər

28-07-2020, 15:34- Azərbaycanda koronavirusdan ölən polislərin sayı 5-ə çatıb

28-07-2020, 15:30- Regionlarda yeni elektron ATS-lər qurulub

28-07-2020, 15:28- DYP 605 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edib

28-07-2020, 15:25- Polis məhəllədaxili yerlərdə nəzarəti gücləndirib

28-07-2020, 15:22- Daxili İşlər Nazirliyinin “Telegram” səhifəsi fəaliyyətə başlayıb

28-07-2020, 15:19- AMB valyuta məzənnələrini açıqlayıb

28-07-2020, 15:15- Qurban bayramı ilə əlaqədar onlayn satış yarmarkası təşkil olunacaq

28-07-2020, 15:06- SOCAR payızda yeni strateji inkişaf planını təsdiqləyə bilər

Sərdar Cəlaloğludan Əli Kərimli və Cəmil Həsənli haqda sərt ittihamlar

Tarix:10-07-2020, 08:00 Baxış Sayı:379

Sərdar Cəlaloğludan Əli Kərimli və Cəmil Həsənli haqda sərt ittihamlar

“Hakimiyyətdən ayda 50 min pul alıb, Azərbaycanın aparıcı müxalifəti olmaq…”

“Mən özüm çıxdığım bütün televiziya kanallarında deyirəm ki, Əli Kərimlini debata dəvət edirəm”.

Bu sözləri TV Müsavatın “Canlı debat” verilişinə qonaq olan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

Onun sözlərinə görə, qonağı olduğu bütün onlayn telekanallarda ona Ə.Kərimlinin canlı efirə gəlmədiyi bildirilib:

“Səni onlayn TV-lər öz efirinə dəvət edəndə gəlmirsənsə, bunun internetə nə aidiyyatı var? Gəlsin, burda çıxış etsin və getsin. Nəyini kəsəcəklər ki? Kim onun internetini kəsəcək? Kiməsə nəyə görə elə gəlir ki, Əli Kərimli gəlib çıxış etsə, qeyri-adi nəsə deyəcək. O, uzaqbaşı gəlib, birinci şəxs haqqında danışacaq və radikal ifadələr deyəcək. Onu biz də deyirik. “Ona görə də internetim kəsilib” deyərək, səni dəvət edən kanallara da “getmirəm” demək doğru deyil. Mənim internetim kəsilməyib. Heç Əli Kərimlinin də interneti kəsilməyib. Hər gün Osmanqızına, Qənimət Zahidə müsahibə verir. Harda kəsilib onun interneti? Bu söhbətləri edib, kimlərisə şübhə altına almaq nəyə lazımdır? Azərnaycanda hansı müxalifət nümayəndəsi gəlib bu studiyada çıxış edə bilmir ki?”

S.Cəlaloğlu hesab edir ki, Ə.Kərimlinin bu cür davranışı onun komplekslərindən irəli gəlir. Müsahibimizin sözlərinə görə, AXCP sədrinin davranışları ilə ermənilərin özlərini məzlum xalq kimi təqdim etməsi arasında bir bənzərlik var:

“Kompleksə girmək lazım deyil. Necə ki, ermənilər özlərini döyülən, əzilən, məzlum xalq kimi təqdim edir, bu da özünü Azərbaycanda döyülən, söyülən, bir nömrəli, məhrumiyyətlərə düçar olan lider kimi təqdim edir. Qoy bu rolu oynasın da. Qoy hamı desin ki, Əli Kərimli yeganə müxalifət lideridir, yalnız o, Azərbaycanı xilas edə bilər, iqtidar ancaq ona qarşı mübarizə apara bilər. Mənə niyə narahatçılıq yarada bilər ki?”

Müsahibimiz eyni zamanda Prezident Administrasiyasındakı görüşdə iştirak edən müxalifət liderləri barədə Milli Şuranın zoom konfransında səsləndirilən təhqiramiz ifadələrə, eyni zamanda AXCP rəhbərliyinin bu görüşdə iştirak edənləri aşağılamasına da münasibət bildirdi:

“Əgər Prezident Administrasiyasındakı görüş pis hərəkətdirsə, bundan qabaqkı illərdə görüşüb, 6-7 dəfə seçilməyə-seçilməyə mandat alıb, parlamentdə oturmaq nə deməkdir? Hakimiyyətindən ayda 50 min pul alıb, Azərbaycanın aparıcı müxalifəti olmaq nə deməkdir? Bir danışığa görə əgər bir cavan siyasətçini söyüb təhqir edirsənsə, 10 il boyunca nələr etdiyini də biz bilirik. Bu, nə deməkdir? Axı belə olmaz. Sən bu yolu gedibsən, Azərbaycanda bu yolun əsasını ilk dəfə sən qoyubsan. Asim Mollazadə, Cəmil Həsənli, Qüdrət Həsənquliyev vasitəsilə kimdən nə qədər alıb, qarşılığında nə etmisən, bunu bütün Azərbaycan bilir. İlqar Məmmədovun Prezident Administrasiyasında görüşü onda niyə qıcıq doğurmalıdır axı? Biz eyni cür düşünsəydik, eyni partiyada olardıq. Bu fərqlilik odur ki, Tural Abbaslı hesab edir ki, hökumətlə danışıq aparmaq lazımdır. Sənsə hesab edirsən ki, görüşmək lazım deyil. Fərqli prinsipə görə niyə mübahisə edirsən ki?”

S.Cəlaloğlu eyni zamanda Cəmil Həsənlinin də görüşə gedən müxalifətçilər barədə dediyi təhqiramiz sözlərə belə cavab verdi:

“Ay Cəmil Həsənli, sən mandat alandan sonra, mandatdan imtina etmək əvəzinə, AXCP-dən də imtina etdin, Əli Kərimlidən də. Getdin oturdun parlamentdə. Sən camaata əxlaqdan dərs demə də, qardaşım… Sənin nümunən budur. Sən imtina etdin müxalifətdən. İndi sənə mandat verilməyib deyə olmusan xalq qəhrəmanı? Camaata ağzına gələni danışırsan. Bizim alimimiz bu cür ritorikaya malikdirsə, çobanından nə gözləyək? Yüksək mədəniyyət, əxlaq nümayiş etdir, danışığına fikir ver. O məsələlərdən sən “5” alıbsan, gəlib “2” alana lağ edirsən?”.

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ