Anons

Сегодня, 18:21- Rövşən Rzayevin “qayğıları”: “Kebabzade” şəhid evinə getməyi “Qaçqınkom” sədrinə unutdurdu...

Сегодня, 15:59- "Otur aşağı...səndən general olmaz" cənab Xəqani Cəbrayılov-Xəqani Cəbrayılov yoxsa Cəbrayıl Xəqaniyev?-VİDEO

Сегодня, 15:45- “Sovetski” sakinləri aksiya keçirdi: “Bəsdirin pulumuzu oğurladız” - Video

Сегодня, 15:32- Sabirabadda qızıl alverçisi Aybəniz Süleymanova və məhkəmə hakimi Fizuli Pənahov bir ziyalı ailənin başına hansı faciəni gətirib ?

Сегодня, 13:46- “Gündəlik Bakı”-nın baş redaktoru: Gününüzü “Gündəlik Bakı” ilə AÇIN

Сегодня, 12:12- “Azərsu” rəhbərinin oğlunun hektarlarla badam bağları üzə çıxdı – Foto

Сегодня, 12:09- “Tərəqqi” texniki-humanitar liseyində yerlər satılır?

Сегодня, 12:01- Gələn həftə kafelər açılır? – Baş infeksionistdən açıqlama

Сегодня, 11:30- "Yenidən imtahan keçirilməyəcək" - DİM

Сегодня, 11:00- AZAL-da təmizləmə başladı: İdarə rəisi və müavinləri işdən çıxarıldı

Сегодня, 10:30- Hikmət Hacıyevlə Ramil Usubov Serbiyanın Baş Nazirinin müavini ilə görüşüb –Fotolar

Сегодня, 10:00- Rüşvətə görə həbs olunan sabiq prokuror Ali Məhkəməyə müraciət etdi

Сегодня, 09:30- “Vəzifəyə gedir ki, rüşvət alıb pul qazansın...” - Rəşid Mahmudov

Сегодня, 09:00- Təbiətə ziyan vuran şirkət 14 min manat cərimələndi

Сегодня, 08:14- Aysel və Oqtayın boşanma səbəbi bilindi

Сегодня, 07:00- Liseylərin V siniflərinə qeydiyyat başlayır

Вчера, 19:52- Qaçqınkomun sədri Rövşən Rzayev hansı işlərlə məşğuldur?

Вчера, 19:24- “Buldozer Zülfəli” Bakı Şəhər İcra Hakimiyyətinin yeni başçısı ola bilər

Вчера, 19:15- "Azərsu" rəhbərinin saray kimi evi (FOTOLAR)

Вчера, 18:00- AZAL-da təmizləmə əməliyyatı başladı

Biznesmen icra başçısı rayonun problemlərini niyə həll etmir? - Özünü toxunulmaz sayır?

Tarix:10-07-2020, 22:18 Baxış Sayı:553

Biznesmen icra başçısı rayonun problemlərini niyə həll etmir? - Özünü toxunulmaz sayır? Bakının ən problemli rayonları siyahısında Sabunçunun özünəməxsus yeri var. Mətbuat səhifələrində çıxan yazılar, şikayətçilərin ünvanladıqları müraciətlər əsasında bu fikri söyləmək olar.

Şikayətlərin və iddiaların icmalını versək, söyləyə bilərik ki, Sabunçuda problemlər illərdir yığılıb qalıb və həllini gözləyir.

2019-cu ildə Sabunçu Rayon İcra Hakimiyyətində nöqsanlar aşkarlanıb. Bu barədə Hesablama Palatasının 2019-cu il üzrə hesabatında yazılıb.

Qanunsuzluqlar dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinin auditi - büdcə vəsaitlərinin proqnozlaşdırılması, qanunauyğun, qənaətli və səmərəli istifadəsi ilə bağlıdır.

İcra hakimiyyətində büdcə üzrə yeddi, əsaslı vəsait qoyuluşu üzrə iki, dövlət satınalmaları üzrə beş, mühasibat uçotu və hesabatlılıq üzrə üç nöqsan aşkar edilib.

Təbii ki, icra hakimiyyətindəki nöqsanlar da problemlərin həllinin qarşısında sipər rolunu oynayır.

Bildirək ki, Sabunçu rayonunu Milli Məclisdə üç deputat təmsil edir - 26 saylı Sabunçu Birinci, 27 saylı Sabunçu İkinci, 28 saylı Sabunçu Üçüncü seçki dairələri.

28 saylı Sabunçu Üçüncü seçki Dairəsindən Milli Məclisə deputat seçilən Eldar Quliyev Sabunçunun problemləri barədə Oxu.Az-a danışıb.

Millət vəkili qeyd edib ki, Sabunçuda su qıtlığı yaşanır. E.Quliyev bildirib ki, təmsil olunduğu dairədəki ərazilərdə ara küçələr təmir olunmayıb.

Sabunçu ərazisində digər bir problem isə məktəb çatışmazlığıdır.

“Bu gün 80 minə yaxın əhalisi olan Maştağada məktəb çatışmazlığı mövcuddur. Mən məktəb tikintisi ilə bağlı təkliflər vermişəm”, - deyə E.Quliyev əlavə edib.

Deputat Sabunçuda sənədsiz ev probleminin də həll olunmamasına diqqət çəkib:

“Dəfələrlə bu barədə müzakirələr olub. Mən büdcə müzakirələri zamanı demişəm ki, nəinki Sabunçu üzrə, ümumilikdə respublikada sənədsiz evlər dövlət rüsumları əsasında qeydiyyata alınsın və büdcəyə də xeyir gəlsin”.

Bildirək ki, sözügedən rayonun icra başçısı Adil Vəliyev “Audi” və “Porsche” maşınlarının Azərbaycanda satışını təşkil edən yeganə şəxs olmaqla yanaşı, bir çox sahələrdə də biznes fəaliyyəti ilə məşğuldur.
 

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ