Anons

1-08-2020, 02:55- Ağdam Rayon Təhsil Şöbəsinin Müdirəsi Karantin Rejmin Pozdu Nişan Və Toy Mərasimi Keçirib – FOTO

31-07-2020, 15:01- Şirvan İcra başçısı müavini Məharət Mustafayevin oğlundan gənc ailəyə qarşı iyrənc hərəkət - Prezidentə müraciət(VİDEOMÜSAHİBƏ

30-07-2020, 18:44- DTX-nın həbs etdiyi generalın yerinə o təyin olunub - Foto

30-07-2020, 17:39- Azərbaycanda 20 məktəbə yeni direktor təyin edildi - Siyahı

30-07-2020, 14:55- DTX -dan növbəti əməliyyat - Xarici ölkəyə casusluq edən ər-arvadı həbs edildi

30-07-2020, 14:39- Təhsil nazirliyində Ceyhun Bayramov saxtakarlıqları: qeyri-qanuni “Təchizat idarəsi” və "qara kassa "xaloğlu Rəşad

30-07-2020, 13:58- Prezident Şəkidə yol tikintisinə 12 milyon manat ayırdı

30-07-2020, 10:00- BNA rəhbəri 20 nəfəri işdən çıxardı - Deputat işə qarışdı

29-07-2020, 23:41- Deputatın 15 milyonluq tender qalmaqalı böyüyür - Kimlər cəzalandırılmalıdır?

29-07-2020, 23:24- Deputat Ramil Həsənlinin adı uşaq oğurluğunda: məhkəmə həyat yoldaşı haqda hökm çıxardı

29-07-2020, 17:22- Ağciyər Xəstəlikləri İnstitutunda nə baş verir?-Xəstələri həm öldürüllər,həm də qızılların oğurlayırlar.

28-07-2020, 15:37- Alimlər Kainatın dəqiq yaşını müəyyənləşdiriblər

28-07-2020, 15:34- Azərbaycanda koronavirusdan ölən polislərin sayı 5-ə çatıb

28-07-2020, 15:30- Regionlarda yeni elektron ATS-lər qurulub

28-07-2020, 15:28- DYP 605 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edib

28-07-2020, 15:25- Polis məhəllədaxili yerlərdə nəzarəti gücləndirib

28-07-2020, 15:22- Daxili İşlər Nazirliyinin “Telegram” səhifəsi fəaliyyətə başlayıb

28-07-2020, 15:19- AMB valyuta məzənnələrini açıqlayıb

28-07-2020, 15:15- Qurban bayramı ilə əlaqədar onlayn satış yarmarkası təşkil olunacaq

28-07-2020, 15:06- SOCAR payızda yeni strateji inkişaf planını təsdiqləyə bilər

Qaxın icra başçısından CƏNCƏLLİ AÇIQLAMALAR... - Səs yazısı...

Tarix:28-07-2020, 02:34 Baxış Sayı:243

Qaxın icra başçısından CƏNCƏLLİ AÇIQLAMALAR... - Səs yazısı...

Son aylarda Azərbaycanda iki nazirin korrupsiyaya rəvac verdiklərinə görə vəzifələrindən kənarlaşdırılması icra başçılarını bir növ rahatladıb. Fikirləşirlər ki, daha bizdən ötdü, növbə nazirlərindir. Ancaq yanılırlar. Azərbaycanda uşaqdan böyüyə hamıya bəllidir ki, indiyədək rüşvətxorluğuna, qol qoyduqları maxinasiyalara görə məsuliyyətə cəlb olunaraq həbs edilən icra başçılarının iş prinsipləri onların bütün həmkarlarına aiddir. Ələlxüsus da Qax RİH-nin başçısı Musa Şəkiliyev kimi arxalılara. Musa Şəkiliyevin arxasında isə bildiyimiz kimi xalası oğlu, “Meliorasiya və Su Təsərrüfatı”ASC-nin sədri cənab Əhməd Əhmədzadə durur. Şəkiliyev də öz növbəsində başçılıq etdiyi rayonda Əhmədzadənin kadrlarını göz bəbəyi kimi qoruyur, korrupsiya müstəvisində onlara etibarlı tərəf müqabili kimi çıxış edir. Bu barədə bir az sonra.Hələ bir neçə il bundan əvvəl saytlardan biri Musa Şəkiliyevin alkoqol aludəçiliyindən yazmışdı. Sayt iddia edirdi ki, demək olar hər gün sərxoş vəziyyətdə olan icra başçısı bir dəfə rayonun mərkəzi küçələrindən birində sürücüsünə maşını saxlamasını əmr edərək salonda əyləşdiyi hissədən qapını açaraq işıqforun yanında rəzalətli duruma düşüb. Rayon sakinlərindən biri də bu fürsəti buraxmamaq qərarına gəlib və həvəskar çəkilişi ilə bu “tarixi an”ı telefonunun yaddaşına həkk edib. Sayt bildirirdi ki, M.Şəkiliyev telefonda onlara: “qusmuşam, əcəb eləmişəm, yazsanız arxasında dayana bilməyəcəksiniz” deyib.Öyrənmişik ki, son aylar M.Şəkiliyev görünür spirtli içkini koronavirus infeksiyasına qarşı təsirli müdafiə vasitəsi hesab etdiyindən, bu vərdişində daha dərinə gedib. Başçının ən sadiq qədəh yoldaşlarından biri də “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Qax rayon Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalovdur. Son günlər cəbhədə erməni təxribatından dolayı “Azərbaycandakı erməni gəlinlər” mövzusu yenə aktuallaşıb. Redaksiyamıza daxil olan məlumata görə, Soltan Camalovun da uzun illərdir nikah münasibətində olduğu qadın milliyyətcə ermənidir.Bu və digər məsələlərlə əlaqədar zəng vurub ilk öncə Soltan Soltanovun mövqeyini öyrənmək istədik . İlk cümlələrindən hiss olunurdu ki, o piyandlr. Ağzı söz tutar-tutmaz bildirdi ki,mən koronovirusa yoluxmuşam. Özüm də mərkəzi klinikada müalicə olunuram. Sonradan öyrəndik ki,o, piyandır, bizimlə məzələnir. (Bunu təsdiq edəcək səs yazısı da var. Sadəcə Soltan bəyin danışığında əxlaqdan kənar ifadələr olduğu üçün etika xatirinə təqdim etmirik.) Musa Şəkiliyevin münasibətini öyrənmək istəyəndə suallarımızın Soltan Camalovla bağlı hissəsinə hirslə cavab verdi: “Bəli, o qadın ermənidir, Soltanın onunla toyunu da mən eləmişəm. Sonra?”“Sonrası”nı isə eşitmək istəmədi. Sözümüzü bitirməmiş telefonu qapadı. Növbəti suallarımızla Musa Şəkiliyevin nəhayətsiz biznes imperiyası barədə xəbərlərə münasibətini öyrənmək istəyirdik. Məsələn, bilmək istəyirdik ki, doğrudanmı Qax rayonunun az qala bütün əmək kollektivləri Almalı kəndində Musa Şəkiliyevə məxsus olduğu bildirilən təsərrüfata xidmət edir, ya yox. Həmçinin, başçının Türkiyədəki biznesi, qızının adına olan məkanlar barədə məlumatlara aydınlıq gətirməsini istəyirdik. Amma olmadı. Bu mövzuya qayıdacağımız növbəti məqalədə əlimizdə olan məlumatlarla kifayətlənib təfərrüatları açıqlayacağıq.
Odur ki, bizi izləməyi unutmayın.
//DERYAZ.AZ//


ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ