Anons

1-08-2020, 02:55- Ağdam Rayon Təhsil Şöbəsinin Müdirəsi Karantin Rejmin Pozdu Nişan Və Toy Mərasimi Keçirib – FOTO

31-07-2020, 15:01- Şirvan İcra başçısı müavini Məharət Mustafayevin oğlundan gənc ailəyə qarşı iyrənc hərəkət - Prezidentə müraciət(VİDEOMÜSAHİBƏ

30-07-2020, 18:44- DTX-nın həbs etdiyi generalın yerinə o təyin olunub - Foto

30-07-2020, 17:39- Azərbaycanda 20 məktəbə yeni direktor təyin edildi - Siyahı

30-07-2020, 14:55- DTX -dan növbəti əməliyyat - Xarici ölkəyə casusluq edən ər-arvadı həbs edildi

30-07-2020, 14:39- Təhsil nazirliyində Ceyhun Bayramov saxtakarlıqları: qeyri-qanuni “Təchizat idarəsi” və "qara kassa "xaloğlu Rəşad

30-07-2020, 13:58- Prezident Şəkidə yol tikintisinə 12 milyon manat ayırdı

30-07-2020, 10:00- BNA rəhbəri 20 nəfəri işdən çıxardı - Deputat işə qarışdı

29-07-2020, 23:41- Deputatın 15 milyonluq tender qalmaqalı böyüyür - Kimlər cəzalandırılmalıdır?

29-07-2020, 23:24- Deputat Ramil Həsənlinin adı uşaq oğurluğunda: məhkəmə həyat yoldaşı haqda hökm çıxardı

29-07-2020, 17:22- Ağciyər Xəstəlikləri İnstitutunda nə baş verir?-Xəstələri həm öldürüllər,həm də qızılların oğurlayırlar.

28-07-2020, 15:37- Alimlər Kainatın dəqiq yaşını müəyyənləşdiriblər

28-07-2020, 15:34- Azərbaycanda koronavirusdan ölən polislərin sayı 5-ə çatıb

28-07-2020, 15:30- Regionlarda yeni elektron ATS-lər qurulub

28-07-2020, 15:28- DYP 605 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edib

28-07-2020, 15:25- Polis məhəllədaxili yerlərdə nəzarəti gücləndirib

28-07-2020, 15:22- Daxili İşlər Nazirliyinin “Telegram” səhifəsi fəaliyyətə başlayıb

28-07-2020, 15:19- AMB valyuta məzənnələrini açıqlayıb

28-07-2020, 15:15- Qurban bayramı ilə əlaqədar onlayn satış yarmarkası təşkil olunacaq

28-07-2020, 15:06- SOCAR payızda yeni strateji inkişaf planını təsdiqləyə bilər

Deputatın 15 milyonluq tender qalmaqalı böyüyür - Kimlər cəzalandırılmalıdır?

Tarix:29-07-2020, 23:41 Baxış Sayı:227

Deputatın 15 milyonluq tender qalmaqalı böyüyür - Kimlər cəzalandırılmalıdır? Bu birbaşa korrupsiyadır, burada birbaşa cinayət tərkibi var”.

Bu sözləri sfera.az-a açıqlamasında deputat Mahir Abbaszadənin rəhbəri olduğu Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun 15 milyon manatlıq 3 sifarişi öz şirkəti olan "AZ. İNŞAAT –M.V.” MMC-yə verməsinə münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:

"Bu hal ciddi şəkildə araşdırılmalıdır. Bu, hüquq-mühafizə orqanları, məhkəmələr tərəfindən korrupsiya faktlarının sübut olunması üçün əsaslar yaradır. Azərbaycanın Tender və Satınalmalar Haqqında Qanununa görə maraq toqquşması baş verəndə bu cinayət tərkibli fakt kimi qeydə alınır”.

Həmsöhbətimiz qeyd etdi ki, belə halların olması aparılan araşdırmalar nəticəsində öz təsdiqini taparsa iş məhkəməyə getməlidir:

"Bu olmasa bir daha ölkədə ədalətin zədələndiyinin şahidi ola bilərik. Məhkəmə yolu ilə bu halın sübut olunması həmin şəxsə və onun ətrafında olanlara qarşı ciddi tədbirlərin görülməsinə gətirib çıxarmalı, Cinayət Məcəlləsi və hüququn diqtə etdiyi bütün formalarda onlara qarşı addımlar atılmalıdır ki, digərlərinə də dərs olsun. Bu yolla ayrılan vəsaitlərin qeyri-rasional xərclənməsi nəticəsində dəymiş ziyan ödənilməlidir”.



N. Cəfərlinin fikrincə, belə vəziyyətin yaranmasının əsas səbəbi cəzasızlıq mühitidir: "Cəza olmayanda insanlar bu tip qanunsuz əməllərə gedir. Ona görə də həmin addımı atanlar ciddi şəkildə cəzalanmalıdır ki, digərləri üçün də dərs olsun”.

Hüquqşünas Ələsgər Əhmədoğluna görə də bu əməldə korrupsiya ehtimalı var: "Korrupsiyaya qarşı mübarizə haqqında qanun var. Bir qurumun rəhbəri öz yaratdığı quruma 15 milyon manatlıq tender veribsə, burada artıq mənafelərin toqquşması məsələsi var. Çünki həm verən, həm də alan tərəf eynidir. Bu da korrupsiya ehtimalı yaradır. Əlbəttə ki, korrupsiya qanunvericiliyinə görə bu hal yolverilməzdir.Belə tenderlərdə yaxın adamların, qohumların iştirakı qadağan olunur”.

Hüquqşünas düşünür ki, burada səlahiyyətdən sui-istifadə halına yol verilib və nəzarətin olmaması həmin neqativ proseslərin baş verməsinə gətirib çıxarır:

"Bu baş veribsə, deməli burada hansısa şəkildə bilavasitə səlahiyyətlərdən sui-istifadə halına yol verilib. Problem ondadır ki, belə proseslərə nəzarət yoxdur. Ona iki istiqamətdə, hüquqi və ictimai müstəvidə nəzarət olmalıdır. Amma ölkədə qeyri-hökumət təşkilatları və medianın nəzarət imkanları məhdudlaşdırılıb. Hüquqi nəzarətə gələndə isə istər Hesablama Palatası və istərsə də hüquq-mühafizə orqanları bu faktları mediada yayılan andan etibarən araşdırmalıdır.

Çünki Cinayət Prosesual Məcəlləsinə görə cinayət ehtimalı olan informasiya mətbuatda yayılırsa, bu artıq prosesi araşdırmaq və cinayət işinə başlamaq üçün əsaslardan biridir. Amma bu nəzarət olmadığından vəzifəli şəxslər özlərini daha rahat hiss edir. Nəticə etibarı ilə yaranmış vəziyyət belə korrupsiya ehtimallarının baş verməsinə şərait yaradır”

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ