Anons

Bu gün, 10:30- Kataloniyada kütləvi tətillər başladı - Yollar, aeroportlar, mağazalar bağlandı

Bu gün, 10:00- Nazir Azad Rəhimov vətəndaşlarla görüşdü

Bu gün, 09:00- Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb

Bu gün, 08:30- Vilayət Eyvazov bu dəfə Rəşadət Babayevi işdən çıxardı

Dünən, 18:30- Bakıda yağış gözlənilir - HAVA PROQNOZU

Dünən, 18:00- Vahid məktəbli forması ilə bağlı bir neçə nümunənin təsdiqi gözlənilir - Nazir

Dünən, 18:00- Ölkə əhalisi ticarət mərkəzlərində 27,6 milyard manat xərcləyib - Daha çox nəyə?

Dünən, 17:00- Mobil telefon uşaqların diqqətini və yaddaşını zəiflədir

Dünən, 17:00- İki baş inəyə görə iki nəfər saxlanıldı

Dünən, 16:30- Türkiyəli nazir Azərbaycanı təbrik etdi

Dünən, 16:30- ABŞ və Türkiyə razılığa gəldi: atəşkəs elan ediləcək

Dünən, 16:30- Qanvermə hansı xəstəliklərə müsbət təsir edir?– Qan verməyin şərtləri,əks-göstərişi

Dünən, 16:00- Azərbaycana səfər edən çinli turistlərin sayı 64 faiz artıb

Dünən, 16:00- “İstədiklərimizi aldıq” - Çavuşoğlu detalları açıqladı

Dünən, 15:30- İsmayıllıda müstəqilliyimizin bərpasının 28-ci ildönümü qeyd edildi

Dünən, 15:30- Ərdoğan sərt və güclü bir liderdir

Dünən, 15:30- Uşaq hüquqları aylığına start verilir

Dünən, 15:00- "Ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmlərinin hazırlanması üzərində iş aparılır"

Dünən, 15:00- "Ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmlərinin hazırlanması üzərində iş aparılır"

Dünən, 14:30- Penisyalar artırılacaq, 11 min vətəndaş işlə təmin olunacaq - Nazir

XİN: Ermənistanın Şuşada məscid "təmir" edərək guya ki, dini dəyərlərə hörmət nümayiş etdirmək cəhdi riyakarlıqdır

Tarix:9-10-2019, 12:30 Baxış Sayı:10 002

XİN: Ermənistanın Şuşada məscid "təmir" edərək guya ki, dini dəyərlərə hörmət nümayiş etdirmək cəhdi riyakarlıqdır "Azərbaycanın işğal olunmuş torpaqlarında tam etnik təmizləməni həyata keçirərək yerli müsəlman azərbaycanlıları öz doğma evlərindən, mülklərindən didərgin salan təcavüzkar Ermənistanın bu gün Şuşada məscid "təmir" edərək guya ki, dini dəyərlərə verdiyi hörməti nümayiş etdirmək cəhdi riyakarlıqdan başqa bir şey deyildir".
Milli.Az xəbər verir ki, bunu Trend-ə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Erməni KİV-də Şuşadakı Yuxarı Gövhərağa məscidində təmir işlərinin yekunlaşacağı ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.
L.Abdullayeva qeyd edib ki, bundan öncə də dəfələrlə qeyd etdiyimiz kimi, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində Azərbaycanın tarixi, maddi-mədəni irsinə, dini abidələrinə böyük zərər vurulmuş, çoxsaylı abidələrimiz dağıdılmış, talan edilmişdir və hazırda Ermənistan tərəfindən abidələrimizin mənşəyinin və təyinatının dəyişdirilməsi siyasəti həyata keçirilməkdədir:
"Bu xüsusda vurğulamaq istərdim ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrində ölkəmizin tarixi və mədəni irsinin işğalçı Ermənistan tərəfindən məhv edilməsi ilə bağlı konkret faktlara əsaslanan hesabatlar bu günədək UNESCO başda olmaqla, əsas beynəlxalq təşkilatlara, həmçinin BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ISESCO-ya təqdim edilib. Məlum olduğu kimi, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam dininə aid tarixi və mədəni irsin və məbədlərin dağıdılması və təhqir edilməsi barəsində mütəmadi əsasda qətnamələr qəbul edilir. Sonuncu belə bir qətnamə 2019-cu ildə İƏT Xarici İşlər nazirlərinin Abu-Dabi şəhərində keçirilən 46-cı iclası nəticəsində qəbul olunub.
Azərbaycanın Şuşa şəhərində Qarabağ hökmdarı İbrahim xanın qızı Gövhərağanın sifarişi ilə 19-cu əsrdə tikilmiş Yuxarı Gövhərağa (Cümə) məscidinin Ermənistan tərəfindən "təmir olunması" bu işğalçı ölkənin Azərbaycan ərazilərindəki maddi-mədəniyyət və dini abidələrin mənimsənilməsi və onların mənşəyinin dəyişdirilməsi siyasətinin bir hissəsidir. Belə ki, Gövhərağa məscidini "bərpa" edərək, fars məscidi kimi qələmə verməyə çalışan işğalçı tərəfin əsas məqsədi Şuşanın əzəli Azərbaycan şəhəri olması faktının üzərinə kölgə salmaq niyyətidir.
Azərbaycanın işğal olunmuş torpaqlarında tam etnik təmizləməni həyata keçirərək yerli müsəlman azərbaycanlıları öz doğma evlərindən, mülklərindən didərgin salan təcavüzkar Ermənistanın bu gün Şuşada məscid "təmir" edərək guya ki, dini dəyərlərə verdiyi hörməti nümayiş etdirmək cəhdi riyakarlıqdan başqa bir şey deyildir. Dini və dünyəvi dəyərlərə, hörmət edən tərəf özünün viran etdiyi dini yerləri sonradan bərpa edirmiş kimi tarixi saxtalaşdırmaqla məşğul olmaz".скачать dle 12.1

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ