Anons

Vilayət Eyvazov bu dəfə Rəşadət Babayevi işdən çıxardı

Tarix:19-10-2019, 08:30 Baxış Sayı:10 014

Vilayət Eyvazov bu dəfə Rəşadət Babayevi işdən çıxardı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində önəmli kadr dəyişikliyi edib.
Gundelik-Baki.com BakuPost.az-a istinadən xəbər verir ki, polkovnik Rəşadət Babayev rəis müavini vəzifəsindən çıxarılıb.
Onun yerinə polkovnik-leytenant Rəşid Piriyev gətirilib. Yeni rəis müavini bundan əvvəl Beyləqan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.
Rəşadət Babayev rəis müavini olmaqla yanaşı həm də alayın komandiri vəzifəsini daşıyırdı. İndi o yalnız alaya rəhbərlik edəcək.
Məsələ ilə bağlı qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov danışmaq istəməyib: “Bəli, polkovnik Rəşadət Babayev Alayın komandiri olmaqla yanaşı, həm də rəis müavini idi. Dəyişikliklə bağlı isə mən dəqiq bir söz deyə bilmərəm. Siz bunu kadrlardan və ya DİN-in mətbuat xidmətindən dəqiqləşdirin”.скачать dle 12.1

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ