Anons

Вчера, 16:08- Səhiyyə böhranı yaxınlaşır: Bu ölkədə koronavirus xəstələri ölümə tərk ediləcək

Вчера, 15:30- Mingəçevirdə karantin rejimini pozan 3 nəfər həbs edilib

Вчера, 15:05- Prezident Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış oldu - Yeniləndi

Вчера, 14:47- Virusa yoluxmuş qadın: “ Ciyərim sanki partlayırdı”

Вчера, 14:16- Azərbaycan BMT-nin COVID-19-la mübarizə qətnaməsinin tərəfdarlarından biri oldu

Вчера, 13:43- Karonovirusa görə sevgilisini öldürdü

Вчера, 13:39- Axtarışda olan şəxsin üstündə qumbara tapıldı

Вчера, 13:12- Azərbaycanda daha bir yüksək vəzifəyə TƏYİNAT

Вчера, 13:01- Bir avtomobillə bir neçə ailə üzvü gedirsə, hər biri üçün ayrılıqda icazə alınmalıdır - RƏSMİ

Вчера, 11:54- Putin koronavirusa görə karnatin vaxtını uzatdı

Вчера, 09:58- Karantindən çıxan Azərbaycan vətəndaşları yaşayış yerlərinə necə qayıdacaq? - AÇIQLAMA

Вчера, 07:52- 298 Azərbaycan vətəndaşı ölkəyə qayıtdı

2-04-2020, 21:08- Biri-biriləri yumruqlayan qohumlar və şifer əhvalatı-Abıyevlərin sərgüzətləri

2-04-2020, 15:17- Azərbaycandan Ermənistanla bağlı SƏRT AÇIQLAMA: "Əvvəl-axır işğalçı cavab verəcək"

2-04-2020, 15:12- İcma Kəlbəcərin işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yaydı

2-04-2020, 15:06- İsrailin baş naziri karantinə alındı

2-04-2020, 14:58- Əli Əsədov Milli Məclisdə hesabat verəcək

2-04-2020, 13:43- "Koronavirus xəstələrinin sayı artarsa..." - TƏBİB

2-04-2020, 13:35- Rusiyanın “Urals” nefti “su qiyməti”nə oldu-10 dollar

2-04-2020, 13:30- “Dünya dağılır, bunlar deyir ki, Həbib döyüşsün”

Prezidentdən ƏDV ilə bağlı MÜHÜM FƏRMAN

Tarix:21-03-2020, 14:13 Baxış Sayı:41

Prezidentdən ƏDV ilə bağlı MÜHÜM FƏRMAN

Prezident İlham Əliyev “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında fərmanı imzalayıb. 

1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası” təsdiq edilsin 

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi on beş gün müddətində:

2.1. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bu Fərmanla təsdiq edilmiş Qaydanın 2.0.7-ci yarımbəndində nəzərdə tutulan operatoru seçsin;

2.2. bu Fərmanla təsdiq edilmiş Qaydanın 2.1.4-cü yarımbəndində nəzərdə tutulan müvəkkil bankı (bankları) Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən etsin;

2.3. fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi ilə bağlı maarifləndirmə (təbliğat) işi aparılmasını təmin etsin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

3.1. istehlakçı tərəfindən ödənilmiş ƏDV-nin, bu Fərmanla təsdiq edilmiş Qaydanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan ƏDV üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına geri qaytarılmasını təmin etsin;

3.2. bu Fərmanla təsdiq edilmiş Qaydanın 5.9-cu bəndində nəzərdə tutulan rəyin formasını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin.

4. Bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına tapşırılsın ki, bu Fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və digər səlahiyyətli dövlət qurumlarına kömək göstərilməsini təmin etsinlər.

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ