Anons

Вчера, 23:09- İcra başçısı: “Bağıra-bağıra ölürlər...” - Video

Вчера, 22:57- 8103 SMS icazə sistemində yeni qaydalar - İcazələr belə alınacaq...

Вчера, 21:18- “Çox vüqarlar haqqın qarşısında əyilib, yox olub” — Akif Aşırlı

Вчера, 20:24- Vilayət Eyvazovdan DYP-də kadr dəyişikliyi

Вчера, 19:32- Həbs olunan bank sədrinin xaricdəki əmlakları üzə çıxdı

Вчера, 16:32- Azərbaycanda koronavirusa yoluxan həkim evdə öldü

Вчера, 16:20- 190 manatlıq yardım prosesi niyə uzanır?

Вчера, 16:05- Fəaliyyətinə icazə verilən şəxslər bu halda avtomobillərindən istifadə edə bilməz

Вчера, 15:53- Bakıda 30 yaşlı kişi bıçaqlanıb

Вчера, 15:02- İcra başçısının analoqu olmayan “yaradıcılıq fantaziyası”…

3-07-2020, 22:52- "Əli İnsanov dedi ki, bu işlərin başında Ramiz Mehdiyev dayanır" - 15 ilin sirri

3-07-2020, 22:40- Vilayət Eyvazovdan yeni təyinat

3-07-2020, 22:14- “Polis postları ləğv olunmayıb, sadəcə...“ - Vaqif Əsədovdan AÇIQLAMA

3-07-2020, 19:06- Baş Nazir sərt karantinlə bağlı qərarı təsdiqlədi

3-07-2020, 18:00- Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu - Fotolar

3-07-2020, 16:33- Eldar Əzizov koronavirusa görə Bakı meriyasına təcili yardım çağırdı - Foto

3-07-2020, 16:23- Ramiz Mehdiyevdən sonra sifarişli mitinqlər də dayanıb

3-07-2020, 13:47- XİN-də əməliyyat keçirilir - DTX məlumat yaydı

3-07-2020, 12:40- Ağciyər Xəstəlikləri İnstitutunun sabiq direktoru da koronavirusdan öldü

3-07-2020, 12:30- DİN-dən Müdafiə Nazirliyinin məlumatına münasibət

“Nikol Paşinyan xarici dövlətlərin maraqlarına xidmət edir”

Tarix:12-05-2020, 16:40 Baxış Sayı:53

“Nikol Paşinyan xarici dövlətlərin maraqlarına xidmət edir” Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra ölkə xarici təsir altına düşdü. Bu, Rusiyanın deyil, Qərbin təsiri oldu. Xalqın qarşı çıxdığı və Ermənistanın Baş naziri Nikol Paşinyanın təkid etdiyi Amulsar mədəninin açılması ilə bağlı qalmaqallı hadisələr də bunu sübut edir. Belə ki, bir neçə gün əvvəl Yerevanın “Epress” nəşrində Böyük Britaniya və ABŞ-ın Amulsar yatağı məsələsində Ermənistana təzyiq etməsi ilə bağlı material dərc olundu.
Xatırladaq ki, 2018-ci ildə baş vermiş “məxməri inqilab”dan sonra Ermənistan əhalisi və fəallar 400 milyon dollar həcmində qiymətləndirilən Amulsar qızıl yatağına gedən yolu bağlamışdılar. Bu mədəndə hasilatla Cersidə qeydiyyatdan keçmiş “Lydian International” məşğul olurdu və şirkət bu hadisələrə cavab kimi Ermənistan hökumətini beynəlxalq arbitrajla təhdid etmişdi.
“OpenDemocracy”nin məlumatına görə, Aİ-nin hesabatında Britaniya və ABŞ-ın bu ölkədəki mübahisəli qızıl mədəni proqramı ilə əlaqədar Ermənistana təzyiq göstərdiyi vurğulanıb. Yataqda hasilat işlərinin aparılmasının əleyhdarları ətraf mühitə ziyan vurması ilə bağlı ciddi narahatlıqlarının olduğunu deyirlər.
“İnqilab” zamanı Nikol Paşinyanın tərəfdarları arasında çoxlu ekoloji fəallar da var idi. Onlar “demokratiya və ətrafa qayğı”nın hakimiyyəti ələ keçirmək istəyən populistin vəd etdiyi boş sözlər olmadığına ümid edirdilər. Lakin artıq onlar da məyus olublar.
“Bu gün ölkəmizə kim rəhbərlik edir? Ermənistan hara gedir?”, - ötən ilin sonunda Sorbonnada yaşayan erməni politoloq Ayk Martirosyan belə suallarla müraciət edirdi.
Ermənistandakı bir sıra aparıcı ekoloji təşkilatların fikrincə, mədənin istismarı ciddi ekoloji risklərə səbəb olacaq. Belə ki, yataq ərazisində tikinti işləri zamanı “Lydian International” yaxınlıqdakı yaşayış məntəqələrinin (Cermuk, Qndevaz) içməli su borularını bir neçə dəfə zədələyib, içməli su çirklənib, suvarma rezervuarları zərər görüb, mədəndən yayılan toza görə Amulsar yaxınlığındakı əkin sahələri və otlaqlar yararsız hala düşüb.
Media.Az dünya ölkələrinin xarici idarəçiliyi məsələləri ilə məşğul olan ukraynalı beynəlxalq ekspert Sergey Slobodçukdan bununla bağlı münasibət öyrənib.
Onun sözlərinə görə, “yüksək vəzifəli şəxslərin və siyasətçilərin öz cəmiyyətlərinin əhval-ruhiyyələrinə zidd, lakin xarici şirkətlərin və ya xarici dövlətlərin maraqlarına uyğun davranışlarını təsvir etmək üçün “komprador elita” termini uyğun gəlir:
“Komprador - xarici bizneslə milli bazar arasında vasitəçidir. Kompradorun qazancı və statusu xarici şirkətdən və ya xarici dövlətdən asılıdır, buna görə də onların maraqları doğma ölkələrinin maraqlarından daha yaxındır”.
“Ədəbiyyatdan yaxşı bir nümunə kimi Prosper Merimenin hekayəsindən afrikalı lider Tamanqonu göstərmək olar. Tamanqo nə işlə məşğuldur? O, silahlı dəstəsi ilə cəngəllikləri gəzir, afrikalıları tutur və fransız qul tacirinə satırdı. Afrikalı lider köləliyə satdığı insanların əzabından narahatdırmı? Bu barədə o, düşünmür belə. Komprodarlar İkinci Dünya Müharibəsinin sonuna qədər mövcud oldular, bundan sonra isə milli azadlıq hərəkatları və müstəmləkələrin müstəqillik əldə etmələri səbəbindən azalmağa başladılar. İndi isə görürük ki, komprador burjuaziya və siyasi elita yenidən doğulur.
“Rəngli inqilab” nəticəsində (Ermənistanda olduğu kimi - red.) kompradorların hakimiyyətə gətirilməsi tez-tez baş verir. Bundan əlavə, unutmaq olmaz ki, “rəngli çevrilişlər”, adətən, özəl-dövlət tərəfdaşlığıdır. Mədən və ya nüvə yanacağı təchizatı kimi maraqları olan kommersiya şirkətləri müəssisəni maliyyələşdirir, sonra hakimiyyətə gələn kompradorlar lazım olan qərarları qəbul edirlər”, - deyə S.Slobodçuk vurğulayıb.
“Buna görə də baş nazir və ya nazirin xarici şirkətin tərəfində olması ilə bağlı oxşar halları görürük. Baxmayaraq ki, onun formal doğma ölkəsində ictimaiyyət buna qarşı çıxır, ekspertiza isə ətraf mühitə dəyən ziyandan danışır”, - deyə ekspert sözlərini yekunlaşdırıb.

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ