Anons

Bu gün, 10:30- Kataloniyada kütləvi tətillər başladı - Yollar, aeroportlar, mağazalar bağlandı

Bu gün, 10:00- Nazir Azad Rəhimov vətəndaşlarla görüşdü

Bu gün, 09:00- Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb

Bu gün, 08:30- Vilayət Eyvazov bu dəfə Rəşadət Babayevi işdən çıxardı

Dünən, 18:30- Bakıda yağış gözlənilir - HAVA PROQNOZU

Dünən, 18:00- Vahid məktəbli forması ilə bağlı bir neçə nümunənin təsdiqi gözlənilir - Nazir

Dünən, 18:00- Ölkə əhalisi ticarət mərkəzlərində 27,6 milyard manat xərcləyib - Daha çox nəyə?

Dünən, 17:00- Mobil telefon uşaqların diqqətini və yaddaşını zəiflədir

Dünən, 17:00- İki baş inəyə görə iki nəfər saxlanıldı

Dünən, 16:30- Türkiyəli nazir Azərbaycanı təbrik etdi

Dünən, 16:30- ABŞ və Türkiyə razılığa gəldi: atəşkəs elan ediləcək

Dünən, 16:30- Qanvermə hansı xəstəliklərə müsbət təsir edir?– Qan verməyin şərtləri,əks-göstərişi

Dünən, 16:00- Azərbaycana səfər edən çinli turistlərin sayı 64 faiz artıb

Dünən, 16:00- “İstədiklərimizi aldıq” - Çavuşoğlu detalları açıqladı

Dünən, 15:30- İsmayıllıda müstəqilliyimizin bərpasının 28-ci ildönümü qeyd edildi

Dünən, 15:30- Ərdoğan sərt və güclü bir liderdir

Dünən, 15:30- Uşaq hüquqları aylığına start verilir

Dünən, 15:00- "Ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmlərinin hazırlanması üzərində iş aparılır"

Dünən, 15:00- "Ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmlərinin hazırlanması üzərində iş aparılır"

Dünən, 14:30- Penisyalar artırılacaq, 11 min vətəndaş işlə təmin olunacaq - Nazir

"Cəhənnəmdən gəlmə" sanksiyalar Konqresdə: Ərdoğan, köməkçisi və nazirlər... - 90 gün VAXT VERİLDİ

Tarix:10-10-2019, 14:30 Baxış Sayı:9 270

"Cəhənnəmdən gəlmə" sanksiyalar Konqresdə: Ərdoğan, köməkçisi və nazirlər... - 90 gün VAXT VERİLDİ ABŞ Senatı ötən gün Suriya sərhədindəki YPG/PKK terror təşkilatına qarşı başladılan “Sülh Çeşməsi” (Barış Pınarı) hərəkarı ilə əlaqədar Türkiyəyə qarşı sanksiyalar paketi hazırlayıb.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, respublikaçı senator Lindsi Qrehem və demokrat senator Kris Van Hollen tərəfindən hazırlanan sanksiyalar paketində Türkiyəni hədəf alan ağır maddələr yer alıb.
Paketin layihəsini tvitterdəki hesabından paylaşan Qrehem Konqresdəki iki tərəfin partiyanın sanksiya mövzusunda razılaşdıqlarını bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğan, həmçinin vitse-prezident Fuat Oktay və bəzi nazirlərın adları layihəyə daxil edilib. Bundan başqa, Suriyadakı əməliyyatların 90 gün ərzində dayandırılmayacağı halda, hərbi və ticarət sektorlarına ağır sanksiyaların tətbiqi, Türkiyə Silahlı Qüvvələrinə təyyarə, avtomobil və onlara aid bütün ehtiyat hissələrinin satışının və hərbi kəşfiyyat məlumatlarının paylaşmasının dayandırılması yer alıb.
Həmçinin, enerji və neft satışı mövzusunda Türkiyəyə və Türkiyə ilə əməkdaşlıq edən xarici ölkə və təşkilatlara sanksiyaların tətbiqi təklif edir. Senatorlar Rusiyadan S-400 zenit-raket sistemlərinin alınması ilə əlaqədar da sanksiyaların tətbiq olunmasını istəyiblər.
Sanksiyalar paketi Senatda qəbul olunarsa, prezident Donald Trampın masasına gəlmədən əvvəl Nümayəndələr Palatası tərəfindən də qəbul edilməlidir. Ancaq Trampın belə bir qanun layihəsinə veto qoymaq səlahiyyəti var. Lakin Konqresin hər iki palatasında üçdə iki səs çoxluğu ilə qəbul edilərsə, Trampın veto səlahiyyətini keçərək qüvvəyə minir.
Qeyd edək ki, Qrehemin əməliyyata qarşı son günlərdəki paylaşımları Türkiyənin reaksiyasını çəkib. O, Türkiyənin Suriyanın şimalına əməliyyat təşkil edəcəyi halda, “cəhənnəmdən gəlmə” sanksiyalarla üz-üzə qalacağını bildirib.
“Türkiyə Suriyaya daxil olarsa, Konqresin “cəhənnəmdən gəlmə” sanksiyaları işə düşəcək. Əhatəli, dərin və dağıdıcı sanksiyalardır”, - deyə senator bildirib.
Bundan öncə də Qrehem Türkiyəni sanksiyalarla, NATO-dan çıxarılacağı ilə hədələmişdi.скачать dle 12.1

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ