Anons

Ərdoğan sərt və güclü bir liderdir

Tarix:18-10-2019, 15:30 Baxış Sayı:10 008

Ərdoğan sərt və güclü bir liderdir ABŞ prezidenti Donald Tramp, Texasda bir tədbirə qatılıb.  Tədbirdə çıxış edən Tramp Türkiyə ilə ABŞ arasında təmin edilən Suriya razılaşmasına görə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Unikal.org xəbər verir ki, o ABŞ ilə Türkiyə arasında Firatın şərqi mövzusunda əldə edilən razılaşmayla bağlı bu fikirləri səsləndirib: 
"Bu gün, Orta Şərqdə böyük  gündür. Qeyri-adi bir hal idi, amma bundan əvvəl heçkimin illərlə edə bilmədiyi bir şeyi etdik".
Heç kimlə müharibə etmək istəmədiyini vurğulayan Tramp "Prezident Ərdoğana təşəkkür edirəm. Kürdlərə və kürd liderlərə təşəkkür edirəm. Və pərdə arxasında bizi dəstəkləyən digər ölkələrə təşəkkür edirəm. Bu müqavilə möhtəşəm bir şey" deyə bildirib. 
İŞİD-in tamamilə nəzarət altında olduğunu müdafiə edən Tramp ABŞ-ın prezident köməkçisi Mayk Pens və xarici işlər naziri Mayk  Pompeoya da gördüyü işlər üçün təşəkkür edib.  скачать dle 12.1

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ