Anons

Bu gün, 10:30- Kataloniyada kütləvi tətillər başladı - Yollar, aeroportlar, mağazalar bağlandı

Bu gün, 10:00- Nazir Azad Rəhimov vətəndaşlarla görüşdü

Bu gün, 09:00- Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb

Bu gün, 08:30- Vilayət Eyvazov bu dəfə Rəşadət Babayevi işdən çıxardı

Dünən, 18:30- Bakıda yağış gözlənilir - HAVA PROQNOZU

Dünən, 18:00- Vahid məktəbli forması ilə bağlı bir neçə nümunənin təsdiqi gözlənilir - Nazir

Dünən, 18:00- Ölkə əhalisi ticarət mərkəzlərində 27,6 milyard manat xərcləyib - Daha çox nəyə?

Dünən, 17:00- Mobil telefon uşaqların diqqətini və yaddaşını zəiflədir

Dünən, 17:00- İki baş inəyə görə iki nəfər saxlanıldı

Dünən, 16:30- Türkiyəli nazir Azərbaycanı təbrik etdi

Dünən, 16:30- ABŞ və Türkiyə razılığa gəldi: atəşkəs elan ediləcək

Dünən, 16:30- Qanvermə hansı xəstəliklərə müsbət təsir edir?– Qan verməyin şərtləri,əks-göstərişi

Dünən, 16:00- Azərbaycana səfər edən çinli turistlərin sayı 64 faiz artıb

Dünən, 16:00- “İstədiklərimizi aldıq” - Çavuşoğlu detalları açıqladı

Dünən, 15:30- İsmayıllıda müstəqilliyimizin bərpasının 28-ci ildönümü qeyd edildi

Dünən, 15:30- Ərdoğan sərt və güclü bir liderdir

Dünən, 15:30- Uşaq hüquqları aylığına start verilir

Dünən, 15:00- "Ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmlərinin hazırlanması üzərində iş aparılır"

Dünən, 15:00- "Ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmlərinin hazırlanması üzərində iş aparılır"

Dünən, 14:30- Penisyalar artırılacaq, 11 min vətəndaş işlə təmin olunacaq - Nazir

Quba və Qusarda ağacları kütləvi olaraq qıran dəstə üzvləri saxlanıldılar

Tarix:8-10-2019, 14:00 Baxış Sayı:7 773

Quba və Qusarda ağacları kütləvi olaraq qıran dəstə üzvləri saxlanıldılar Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə respublikanın meşə fondunun qorunması istiqamətində uğurlu əməliyyat tədbirləri həyata keçirilib.
DİN-dən Milli.Az-a verilən məlumata görə, Quba və Qusar rayonları ərazilərində meşə massivlərində ağacların kütləvi olaraq qırılması halları barədə Baş İdarəyə əməliyyat məlumatı daxil olub. Qeyd edilən ərazilərə polis əməkdaşları tərəfindən baxış keçirilən zaman ağacların kütləvi kəsilməsi faktı ilə bağlı daxil olan məlumat təsdiqini tapıb. Qanunsuz olaraq kəsilən ağacların kötükləri polis əməkdaşları və ekspertlərin iştirakı ilə müayinədən keçirilib.
Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qeyd edilən rayonların meşə massivlərində ağacların kütləvi olaraq qırılması ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvlərinin şəxsiyyəti qısa zamanda müəyyənləşdirilib. Həmin dəstəyə daxil olan 12 nəfər qısa zamanda saxlanılaraq Baş İdarəyə gətirilib.
Mütəşəkkil dəstənin Quba və Qusar rayonlarında fəaliyyət göstərən ağac emalı sexlərinə baxış zamanı qanunsuz kəsilmiş fıstıq, vələs, qoz, palıd və sair ağaclarının oduncaqları aşkar olunub. Təyin edilmiş ekspertiza nəticəsində müəyyən olunub ki, məhv edilən yaşıllıqlar qiymətli ağac növlərinə aiddir və kəsilməsi qanunla qəti qadağan olunur.
Saxlanılan şəxslər barəsində Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılaraq istintaqı aparılır.
Qeyd edək ki, Quba və Qusar rayonları ilə yanaşı respublikanın digər meşə sahələrinin qanunsuz qırılmasına qarşı Daxili İşlər, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə tədbirlər davam etdirilir. Qanunsuz olaraq meşə sahələrində ağac kəsimi ilə məşğul olan şəxslərə xəbərdarlıq edilərək bildirilir ki, bu əməllərə yol verən şəxslər qısa zamanda müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunacaqlar.скачать dle 12.1

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ