Anons

Bu gün, 10:30- Kataloniyada kütləvi tətillər başladı - Yollar, aeroportlar, mağazalar bağlandı

Bu gün, 10:00- Nazir Azad Rəhimov vətəndaşlarla görüşdü

Bu gün, 09:00- Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb

Bu gün, 08:30- Vilayət Eyvazov bu dəfə Rəşadət Babayevi işdən çıxardı

Dünən, 18:30- Bakıda yağış gözlənilir - HAVA PROQNOZU

Dünən, 18:00- Vahid məktəbli forması ilə bağlı bir neçə nümunənin təsdiqi gözlənilir - Nazir

Dünən, 18:00- Ölkə əhalisi ticarət mərkəzlərində 27,6 milyard manat xərcləyib - Daha çox nəyə?

Dünən, 17:00- Mobil telefon uşaqların diqqətini və yaddaşını zəiflədir

Dünən, 17:00- İki baş inəyə görə iki nəfər saxlanıldı

Dünən, 16:30- Türkiyəli nazir Azərbaycanı təbrik etdi

Dünən, 16:30- ABŞ və Türkiyə razılığa gəldi: atəşkəs elan ediləcək

Dünən, 16:30- Qanvermə hansı xəstəliklərə müsbət təsir edir?– Qan verməyin şərtləri,əks-göstərişi

Dünən, 16:00- Azərbaycana səfər edən çinli turistlərin sayı 64 faiz artıb

Dünən, 16:00- “İstədiklərimizi aldıq” - Çavuşoğlu detalları açıqladı

Dünən, 15:30- İsmayıllıda müstəqilliyimizin bərpasının 28-ci ildönümü qeyd edildi

Dünən, 15:30- Ərdoğan sərt və güclü bir liderdir

Dünən, 15:30- Uşaq hüquqları aylığına start verilir

Dünən, 15:00- "Ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmlərinin hazırlanması üzərində iş aparılır"

Dünən, 15:00- "Ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmlərinin hazırlanması üzərində iş aparılır"

Dünən, 14:30- Penisyalar artırılacaq, 11 min vətəndaş işlə təmin olunacaq - Nazir

Dindarları ziyarət adı ilə aldadıb pullarını aldı

Tarix:10-10-2019, 12:00 Baxış Sayı:10 033

Dindarları ziyarət adı ilə aldadıb pullarını aldı Bakıda xeyli vətəndaşı xarici ölkəyə ziyarətə aparmaq adı ilə aldadaraq pullarını mənimsəyən şəxs saxlanılıb.
Gundelik-Baki.com qafqazinfo-ya istinadən xəbər verir ki, İsmayılov Xəyal Nazim oğlu özünü dindar şəxslərə Ramil, Amil və Kamran kimi tanıdaraq onları Kərbəlaya aparacağını söz verib və hər bir şəxsdən 300-600 manat arası pul alıb. Ziyarət zamanı gəldikdə isə zəvvarlar onu tapa bilməyiblər. Şikayətçilərin verdiyi məlumata görə, həmin şəxs bu yolla 100-ə yaxın adama pul "atıb".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik Orxan Mansurzadə "Qafqazinfo"ya açıqlamasında bildirib ki, 1997-ci il təvəllüdlü Xəyal İsmayılov bir neçə vətəndaşın şikayəti əsasında saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə gətirilib: "Bu şəxs əvvəllər də bir qrup şəxs tərəfindən törədilən soyğunçuluğa görə məhkum olunub. Vətəndaşları müqəddəs ziyarətgahlar olan - Məkkə, Kərbəla, Məşhəd və digər müqəddəs yerlərə ziyarət turları təşkil etmək adı ilə onların əmlakını mənimsəyib.
Hazırda bununla bağlı polisə 5 vətəndaş ərizə ilə müraciət edib. Onlar da ərizələrində bu faktı qeyd ediblər. Həmin şəxslə bağlı 29-cu Polis Bölməsi tərəfindən təhqiqat davam etdirilir. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs oxşar əməllərini təkcə Yasamal rayonu ərazisində deyil, paytaxtın digər rayonlarında da həyata keçirib. Buna görə də vətəndaşlardan xahiş olunur ki, bu şəxsin dələduzluq əməllərindən zərər çəkən varsa, aidiyyatı üzrə Yasamal Rayon Polis İdarəsinə müraciət etsinlər. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün istintaq orqanına təqdim ediləcək".скачать dle 12.1

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ