Anons

Bu gün, 10:30- Kataloniyada kütləvi tətillər başladı - Yollar, aeroportlar, mağazalar bağlandı

Bu gün, 10:00- Nazir Azad Rəhimov vətəndaşlarla görüşdü

Bu gün, 09:00- Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb

Bu gün, 08:30- Vilayət Eyvazov bu dəfə Rəşadət Babayevi işdən çıxardı

Dünən, 18:30- Bakıda yağış gözlənilir - HAVA PROQNOZU

Dünən, 18:00- Vahid məktəbli forması ilə bağlı bir neçə nümunənin təsdiqi gözlənilir - Nazir

Dünən, 18:00- Ölkə əhalisi ticarət mərkəzlərində 27,6 milyard manat xərcləyib - Daha çox nəyə?

Dünən, 17:00- Mobil telefon uşaqların diqqətini və yaddaşını zəiflədir

Dünən, 17:00- İki baş inəyə görə iki nəfər saxlanıldı

Dünən, 16:30- Türkiyəli nazir Azərbaycanı təbrik etdi

Dünən, 16:30- ABŞ və Türkiyə razılığa gəldi: atəşkəs elan ediləcək

Dünən, 16:30- Qanvermə hansı xəstəliklərə müsbət təsir edir?– Qan verməyin şərtləri,əks-göstərişi

Dünən, 16:00- Azərbaycana səfər edən çinli turistlərin sayı 64 faiz artıb

Dünən, 16:00- “İstədiklərimizi aldıq” - Çavuşoğlu detalları açıqladı

Dünən, 15:30- İsmayıllıda müstəqilliyimizin bərpasının 28-ci ildönümü qeyd edildi

Dünən, 15:30- Ərdoğan sərt və güclü bir liderdir

Dünən, 15:30- Uşaq hüquqları aylığına start verilir

Dünən, 15:00- "Ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmlərinin hazırlanması üzərində iş aparılır"

Dünən, 15:00- "Ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmlərinin hazırlanması üzərində iş aparılır"

Dünən, 14:30- Penisyalar artırılacaq, 11 min vətəndaş işlə təmin olunacaq - Nazir

"Bizə qarşı tərbiyəsizlik edən ölkənin cavabını layiqincə verdik" - Əmrah Çelikəl

Tarix:5-10-2019, 10:00 Baxış Sayı:10 050

"Bizə qarşı tərbiyəsizlik edən ölkənin cavabını layiqincə verdik" - Əmrah Çelikəl "Qələbə ilə qayıtdığımıza görə çox sevincliyik. Matçda xoşagəlməz hadisələr yaşandı. Ancaq biz öz mədəniyyət və fəlsəfəmizlə Azərbaycana yaraşan şəkildə ölkəmizi təmsil etdik".
Unikal.org xəbər verir ki, bu fikirləri jurnalistərə açıqlamasında "Qarabağ"ın direktoru Əmrah Çelikəl Lüksemburqda "Düdelanj" üzərində 4:1 hesablı qələbə qazandıqları Avropa Liqasının II tur matçı barədə danışarkən deyib.
Klub rəsmisi həmin qarşılaşmada hadisələrin böyüməməsi üçün əllərindən gələni etdiklərini bildirib: "Qələbəmizlə bizə qarşı tərbiyəsizlik edən ölkənin cavabını layiqincə verdik. Lüksemburqda bizdən üzr istədilər. Oyunda hər hansı bir hadisənin yaşanmayacağına söz verdilər. Biz ona görə matça davam etdik. Burada Lüksemburqu günahlandıra bilmərik, mənfur düşmənlərin etdiyi əməldir. Onlar da lazım olan tədbirləri gördülər".
Əmrah Çelikəl deyib ki, bu cür təxribatlara hazır olmalıdırlar: "Biz futbol oynayırıq. Ən gözəl cavabı oyunumuzla və qələbələrimizlə verəcəyik. Bunu indi bacardıq. İnanıram ki, gələcəkdə də yaxşı nəticələrə nail olmağa çalışacağıq. Biz futbol klubuyuq. Azərbaycanı təmsil edirik. Bunu da layiqincə yerinə gətirməyə çalışırıq. AFFA lazım olan tədbirləri görəcək və onlarla birlikdə işləyəcəyik. Biz həmin an baş katib Elxan Məmmədovla əlaqədə idik. Mənə tez-tez zəng edirdi və onu məlumatlandırırdıq".
Qeyd edək ki, “Düdelanj” – “Qarabağ” oyunu erməni təxribatı ilə əlaqədar dayandırılıb. Matçın 30-cu dəqiqəsində Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin rəqib qapısına vurduğu 2-ci qoldan sonra dron vasitəsilə stadionun üzərinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bundan sonra şotlandiyalı referi Con Biton Ağdam komandasının futbolçularının tələbi ilə matçı saxlayıb. Ardınca Lüksemburqun idman naziri Dan Kerş Azərbaycan çempionunun soyunub-geyinmə otağına gələrək üzr istəyib. Nazir ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi saydığını, təxribatçıların tapılaraq cəzalandırılacağını deyib. D.Kerş üzrxahlığını stadionun diktor otağında da elan etdikdən sonra oyun davam etdirilib.
AFFA rəhbərliyi də baş vermiş erməni təxribatına reaksiya verib. Milli assosiasiya bəyanat yayaraq baş verənləri pisləyib скачать dle 12.1

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ