Anons

İdmançımız Avropa çempionu oldu

Tarix:21-10-2019, 17:00 Baxış Sayı:6 819

İdmançımız Avropa çempionu oldu Azərbaycanın triatlon yığmasının üzvü Rostislav Pevtsov Portuqaliyanın Funşal şəhərində təşkil olunan sprint üzrə Avropa kuboku finalında qızıl medal qazanıb.
gundelik-Baku.com xəbər verir ki, təmsilçimiz 58 idmançının mübarizə apardığı yarışı 52 dəqiqəlik nəticə ilə başa vurub. R.Pevtsov 750 metrlik su məsafəsini 8 dəqiqə 57 saniyəyə qət edib. Ardınca idmançımız 20 kilometrlik velodistansiyanı 27 dəqiqə 9 saniyəyə başa vurub. Nəhayət, yarışların sonuncu mərhələsi - 5 kilometrlik qaçış zolağını təmsilçimiz 14 dəqiqə 56 saniyə nəticə ilə tamamlayıb.
Qadınların mübarizəsində isə komandamızın üzvü Kseniya Levkovskaya 1 saat 2 dəqiqə 47 saniyəlik nəticə ilə 10-cu olub.скачать dle 12.1

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ