Ana səhifə Gündəm Siyasət Cəmiyyət
Gündəm Siyasət Sosium Təhsil Müsahibə Dünya Region Problem Analiz Mövqe Aktual Təbliğat Nəbz Cəmiyyət
KanalM5.tv Video
Sorğu

Yeni saytımızı bəyəndiniz?
Super
Əla
Orta
Xeyr
 

Köşə yazarları

BSU rektoru vəzifəsi uğrunda gərgin mübarizə başlayıb

04.03.14 | Bölmə: Gündəm, menşet2 | Oxunma sayi: 2177

Kamal Abdullanın boş qalmış yerinə 5 nəfər iddialıdır

 

Keçmiş rektor, millət vəkilləri və prorektorlar Slavyan Universitetinin rəhbərliyinə gəlməyə can atırlar

 

Ötən sayımızda qeyd etdiyimiz kimi, bu günlərdə ölkə başçısı Kamal Abdullanı Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsindən azad edib. Prezidentin verdiyi sərəncamda qeyd olunur ki, Kamal Abdulla tutduğu vəzifədən azad olunaraq Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri təyin olunsun.

Qeyd edək ki, məhz bundan, yəni Kamal Abdullanın BSU rektoru vəzifəsindən azad edilməsindən sonra onun yerinə bir neçə şəxsin namizədliyi məsələsi gündəmə gəlib. Mövzu ilə əlaqədar əldə etdiyimiz məlumatlarda bildirilir ki, hazırda Bakı Slavyan Universitetinin boş qalmış rektoru postu uğrunda qızğın savaş, gəngin mübarizə başlayıb. Bununla bağlı redaksiyamızı bilgiləndirən mənbə iddia edir ki, Kamal Abdullanın yerinə ən şanslı namizədlər sırasında Sumqayıt Dövlət Universitetinin keçmiş rektoru Nadir Qəhrəmanovun da adı çəkilir. SDU-dakı vəzifəsini itirəndən sonra onun Bakı Slavyan Universitetinin rektoru olmaq üçün çalışdığını qeyd edən məlumatlı şəxsin sözlərinə görə, Nadir Qəhrəmanov bu gün yaranmış vəziyyətdən öz xeyrinə istifadə etməyə can atır: «Bunun üçün o, əlaqələrini işə salaraq bir sıra nüfuzlu şəxslərə minnətçi də düşüb. O, Bakı Slavyan Universitetinin başına keçməyi düşünür. Kamal Abdullanın bu vəzifədən azad edilməsi onun üçün əla fürsət oldu. Odur ki, SDU-nun keçmiş rəhbəri planını reallaşdırmaqdan ötrü bütün mümkün variantlara baş vurmaqdadır».

Nadir Qəhrəmanovun Bakı Slavyan Universitetinin rektoru olması üçün ilkin razılığın verildiyini deyən məlumatlı şəxs keçmiş rektorun yaxın günlərdə BSU-nun rəhbəri olacağını bildirir: «Düzdür, Nadir Qəhrəmanovun adı bu günədək müxtəlif olaylarda hallanıb. Lakin bu, onun rektor olması üçün ciddi əngəl hesab olunmur. Çünki o, bir sıra yollarla ölkənin nüfuzlu şəxslərindən birini inandırmağa, onun etimadını qazanmağa müvəffəq olub. Odur ki, yaxın günlərdə onun Bakı Slavyan Universitetinin rektoru vəzifəsinə gətirilməsi reallaşa bilər».

Mövzu ilə əlaqədar əldə etdiyimiz digər məlumatlarda isə qeyd olunur ki, Bakı Slavyan Universitetinin rektorları da Kamal Abdullanın boş qalmış yerinə iddialıdırlar. Belə ki, hazırda BSU-nun tədris işləri üzrə prorektoru Asif Hacıyevin, elmi işlər üzrə prorektor Seyfəl Həsənovun, beynəlxalq əlaqələr üzrə prorektor, millət vəkili Sahibə Qafarovanın, eləcə də adıçəkilən ali təhsil ocağının ingilis filologiyası kafedrasının müdiri, deputat Sevinc Fətəliyevanın Bakı Slavyan Universitetinin rəhbərliyinə gəlməyə can atdıqları bildirilir. «Kamal Abdullanın yerinə təyin ediləcək rektor universitetin prorektorlarından biri olacaq» deyən məlumatlı şəxs iddia edir ki, hazırda adları çəkilən 5 namizəd - Nadir Qəhrəmanov, Asif Hacıyev, Seyfəl Həsənov, Sahibə Qafarova və Sevinc Fətəliyeva arasında seçim edilir: «Həmin şəxslərdən əsas 2 nəfərin - Nadir Qəhrəmanov və Sevinc Fətəliyevanın şansları digərlərinə nisbətən daha yüksəkdir. Çünki onların əlaqələri, əhatə dairəsi digər namizədlərə baxanda daha genişdir. Odur ki, Bakı Slavyan Universitetinin yeni rektoru bu iki şəxs arasından seçilə bilər».

Məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.

P.S. «Gündəlik Bakı»nın yazılarından istifadə edərkən istinad etməyənlər ləyaqətsizdir.

 

Sərxan Məlikbəyli


Oxşar xəbərlər :
Bu gün ölkədə fəaliyyət göstərən elə ali təhsil ocaqları var ki, onların adı çox nadir hallarda mətbuat səhifələrində yer alır.

Odlar Yurdu Universitetinin rektoru, deputat Əhməd Vəliyevin nəhəng biznes şəbəkəsinə malik olması, əlində külli miqdarda kapitalı cəmləməsi artıq çoxlarına bəllidir.

Məlum olduğu kimi, ötən ilin dekabr ayının 16-da prezidentin müvafiq sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Nadir Qəhrəmanov tutduğu vəzifədən azad olundu. Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə Elxan Hüseynov SDU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə təyin edilib.

Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Nadir Qəhrəmanov vəzifəsindən istefa verməsi barədə ərizə yazıb.

altDeməli, dünən kimsə informasiya yaydı ki, Slavyan Universitetinin rektoru, yazıçı Kamal Abdullanın "Nobel" mükafatına namizədliyi qeydə alınıb.


Xəbərin başlığı BSU rektoru vəzifəsi uğrunda gərgin mübarizə başlayıb:
.
dle dle.
.
.
Problem
Yol polisinin ağac dalında gizlənməsi qəti qadağandır!
Şəhər
Adil Vəliyevdən daha bir özbaşınalıq
DSMF-nin Ucar rayonu şöbəsi ilə bağlı ilginc fakt
Muğan Salahov təhsil sistemindən kənarlaşdırılmalıdır

Qəzet 2007-ci ilin Sentyabrın 18-dən çıxır. Redaksiyanın telefonlar: (012) 568-17-42 / 568-17-43 / 568-17-51
Mob: (+994) 50 356 94 50 E-mail: gundelik-baku@rambler.ru