Ana səhifə Gündəm Siyasət Cəmiyyət
Gündəm Siyasət Sosium Təhsil Müsahibə Dünya Region Problem Analiz Mövqe Aktual Təbliğat Nəbz Cəmiyyət
KanalM5.tv Video
Sorğu

Yeni saytımızı bəyəndiniz?
Super
Əla
Orta
Xeyr
 

Köşə yazarları

Qubada bir yox, iki məmur həbs edilibmiş

15.07.14 | Bölmə: Aktual | Oxunma sayi: 506

Mustafa Mehtalayevlə yanaşı, onun qonağı da polis tərəfindən saxlanılıb

 

Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Mehtalayevin polis bölməsinə aparılması ilə bağlı qəzetimizin ötən saylarında məlumat vermişdik. Bildirmişdik ki, Quba Rayon Polis Şöbəsindən verilən məlumata görə, tədbir Quba rayon mərkəzində baş tutub. Tədbirdə iştirak edən Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Mehtalayevlə polislər arasında insident baş verib. İnsident zamanı Mustafa Mehtalayev polis əməkdaşları ilə dalaşıb. Polisin tənqidlərinə tabe olmayan Mustafa Mehtalayev bölməyə aparılıb.

Dünən qəzetimizə verilən məlumata görə, Quba rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi tədbirdəki gözlənilməz hadisənin təfərrütları başqa imiş. Sən demə, həbs edilən bir yox, iki nəfər imiş. Belə ki, Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Mehtalayyevlə yanaşı, Xaçmaz rayon Gənclər və İdman İdarəsinin rəisi Qalib Səfərəliyev də polis tərəfindən həbs olunubmuş. Polis əməkdaşları hər iki dövlət məmurunu insanların gözü qarşısında məcburi qaydada post ptrul xidməti maşınına oturdaraq Quba Rayon Polis Şöbəsinə aparıb. Qeyd etdiyimiz kimi, Qubada həmin gün baş tutan tədbirin təşkilatçısı məhz Quba rayon Gənclər və İdman İdarəsinin rəisi olub və polisdə tədbirin başlamasına 10 dəqiqə qalmış təşkilatçını həbs edərək polisə aparması və 1 saatdan sonra tədbirin sonuna yaxın sərbəst buraxması maraq doğurub. Maraqlı məqamlardan biri də Quba rayon Gənclər və İdman İdarəsinin rəisinin polislərlə mübahisə edən zaman tədbirdə iştirak edən Quba rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənovaya məlumat verilməsi, icra müavininin buna heç bir reaksiya sərgiləməməsidir. Əldə etdiyimiz xəbərlərdə bildirilir ki, icra başçısının müavini gənclər və idman idarəsinin rəisini işdən çıxarmaq istəsə də, buna nail ola biməyib. Qubada tədbir keçirmək istəyən idarə rəislərinin həbs olunması gənclər və idman nazirinə də məruzə olunub.

"Tədbir başlayan zaman polislə başqa bir qonaq arasında anlaşılmazlıq yarandı və mən müdaxilə edib aranı sakitləşdirdim. Sona qədər qonaqlarla tədbirdə əyləşmişik, yay fəsli olduğu üçün Qubada tanınmış müğənnilərin konsertlərinin təşkili ilə bağlı müzakirələr aparmışıq” - deyən Mustafa Mehtalayevin yalan deməsi hər kəsə gün kimi aydındır. Qeyd edək ki, Gənclər və İdman Nazirliyi də Qubadakı qalmaqala reaksiya verib. "Gənclər və İdman Nazirliyi Qubada baş verən hadisə ilə bağlı verilən məlumatları araşdırdı” - deyə nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib. Səmayə Məmmədova iddia edib ki, verilən məlumatın həqiqəti əks etdirmədiyi bəlli olub: "Biz hərtərəfli araşdırma apardıq və məlumat təsdiqini tapmadı. Ümumiyyətlə, bu məlumat başdan-ayağa yanlışdır”. Təəccüblüdür, axı Qubada Gənclər və İdman Nazirliyinin gənclər üçün təşkil etdiyi tədbirdə qalmaqalın yaşanması haqda xəbəri Quba Rayon Polis Şöbəsi «ANS-press»ə vermişdi. Belə olan halda sual ortaya çıxır: - kim yalan satır - Quba Rayon Polis Şöbəsi, yoxsa Quba rayon Gənclər və İdman İdarəsinin rəisi, Gənclər və İdman Nazirliyinin sözçüsü?

 

Rəhman Abdullayev


Oxşar xəbərlər :
Acı təəssüf hissi ilə qeyd etmək istərdik ki, bəzi rəsmi strukturlar respublikamızın ayrı-ayrı rayon və şəhərlərində fəaliyyət göstərən maliyyə idarələrində baş verən mənfi hallara, bu qurumların rəhbərləri tərəfindən həyata keçirilən müxtəlif maxinasiyalara və vətəndaş hüquqlarının pozulması hallarına son qoymaq əvəzinə ən müxtəlif vasitələrdən yararlanırlar.

Nazirliyin gənclər üçün təşkil etdiyi tədbirdə qalmaqal yaşanıb.

Gənclər və idman naziri Azad Rəhimovun həyata keçirdiyi bir sıra layihələr uğursuzluğa düçar olub.


APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Sabirabad rayon Polis Şöbəsinin rəis müavini Rauf Məcidov Tərtər rayon Polis Şöbəsinə rəis təyin edilib.Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Sabirabad rayon Polis Şöbəsinin rəis müavini Rauf Məcidov Tərtər rayon Polis Şöbəsinə rəis təyin edilib. 

AXCP sədri Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənov saxlanılıb.

Xəbərin başlığı Qubada bir yox, iki məmur həbs edilibmiş:
.
dle dle.
.
.
Problem
Sənədsiz qalan ev sahibləri
Yeni binalarda ağılagəlməz fırıldaqlıqlar…
Meyvə şirəsinin içində
23 saylı Hövsan Poliklinikasından gələn xəbərlər
9 saylı internat evində nə yaşanır?
Əkbər Hacıyevin işçilərinin özbaşınalığı vətəndaşları bezdirib

Qəzet 2007-ci ilin Sentyabrın 18-dən çıxır. Redaksiyanın telefonlar: (012) 568-17-42 / 568-17-43 / 568-17-51
Mob: (+994) 50 356 94 50 E-mail: gundelik-baku@rambler.ru