Ana səhifə Gündəm Siyasət Cəmiyyət
Gündəm Siyasət Sosium Təhsil Müsahibə Dünya Region Problem Analiz Mövqe Aktual Təbliğat Nəbz Cəmiyyət
KanalM5.tv Video
Sorğu

Yeni saytımızı bəyəndiniz?
Super
Əla
Orta
Xeyr
 

Köşə yazarları

Çörək bol olarsa...

24.11.10 | Bölmə: Köşə | Oxunma sayi:

Basılmaz vətən

 

altSəməd Vurğun yazmışdı bunu: "Çörək bol olarsa, basılmaz vətən". Bəzi yazar dostlarım Səməd Vurğunu ciddi şair kimi qəbul etməsələr də, şəxsən mən bəzi məqamlarda Səməd qağa ilə tam razılaşıram. Ona görə ki, onun dedikləri bu gün də həyatımızın reallığında özünü göstərir. Axı, o həm də realist şair olub. Çoxu Səmədi Şaumyanı Qafqazın qartalı adlandırdığına görə ittiham edir. "Aşıq gördüyünü çağırar" məsəli boşuna yaranmayıb. Bu gün şairi ittiham edənlərin çoxunun ata-babası bir zamanlar Səmədlə yanaşı, həm də Bakının mərkəzində Şaumyanın heykəlinə baş əyiblər. Şair də bu "əyilmə" prosesindən ilhamlanaraq bu əsəri qələmə alıb. Əgər nəzərə alsaq ki, Səməd Vurğun xalq şairi adını daşıyan ilk şairimiz olub, onda ona bu təbi verən də xalq olub. Deməli, Səməd qağanın heç bir günahı yoxdur. Günahkar olan biri varsa, o da xalqdır. Stalinə yazdığı "Rəhbərə salam" şeirinə gəldikdə isə, bu gün ölkəmizdə stalinizmi təbliğ edən kommunist təfəkkürlü insanlar az deyil. Belə çıxır ki, onları çarmıxa çəkməliyik? Və ya ölkəmizdə fəaliyyət göstərən Azərbaycan Kommunist Partiyasını ləğv etməliyik? Gəray bəyi komsomol Bəxtiyara uduzdurmağına gəldikdə isə, mən burada qəbahət görmürəm. Bəxtiyar komsomol da olsa, öz uşağımız idi, avropalı-zad deyildi. Cəlal da Şəkər bəyin oğlu idi. Dünyaya da "Yanıq Kərəmi"  üstündə gəlmişdi. Kim deyə bilər ki, Peykanlının kəttası olan Gəray qəddar adam olmayıb? İndi gəl, Səməd Vurğunda günah axtar da...Yenə təzad yaranır. Yerli oliqarx məmurların zülmündən demokratik Avropaya üz tuturuq. Belə çıxır ki, gələcək nəsillər bizim Səməd qağaya qarşı irəli sürdüyümüz iddiaları bizə də qarşı sürəcəklər. Yaxşı, bəs bizim kömək umduğumuz Andreas Qross, Andress Herkel, Barak Obama və s.kimin uşaqlarıdır? Ona görə də mən Səməd qağaya haqq qazandırmalı oluram. Qorxun ki, bir gün bizi də vətən xaini-zad adlandıracaqlar. İndi gəlin, Səməd qağanın dediyi sözləri bir-bir sadalayaq. Elə çörək məsələsini götürək. Kişi düpbədüz yazıb. İlk qurban ADR oldu, məhz çörəyin olmamasının qurbanı. Yenicə qurulmuş dövlətin iqtisadi imkanları yetərli deyildi (Onu da deyim ki, Cumhuriyyətin tarixi xidmətlərini heç kəs dana bilməz və buna haqqı da çatmır). Əyalətlərdə bəy, kətta, naçalnik, qubernator və s. kimi adamlar camaata zülm edirdilər. Bakı yenicə azad olunmuşdu. Neft mədənlərində işləyən fəhlələr istismar olunurdu, kütləvi işsizlik vardı. Belə bir zamanda Volodiya - Lenin peyda oldu. Əlində əppək tutaraq fəhlə və kəndliləri ətrafına topladı. Söz verdi ki, sizin dövlətinizi quraram, bəy, xan zülmü bitəcək. Camaat da ona tərəf getmək məcburiyyətində qaldı. Belə bir hadisəni ötən əsrin sonlarında - 90-cı illərində də yaşamalı olduq. SSRİ dağılan kimi çörək ceyran belinə çıxdı. Ara qarışdı, məzhəb itdi. Kim nə vəd verdisə, xalq ona tərəf üz tutmağa başladı. Əyalətlər yaddan çıxdı. Bir də onda ayılıb gördük ki, erməni bərəni kəsib. Qarabağ getdi, ermənilər yeddi rayonun da üstündən bir fincan su içdilər. Əgər çörək bol olsaydı, erməninin ağzı nə idi ki, torpaq ala biləydi. Artıq bu problemlə yenidən üz-üzə dayanmışıq. Bir neçə gün bundan öncə çörəyin qiyməti 30 qəpikdən 40 qəpiyə qalxdı. Uzun qalmaqal və hay-küydən sonra İqtisadi İnkişaf Nazirliyi başını qaldırıb ölkəyə baxdı. Bir də gördü ki, qatar çıxıb gedib. Nəhayət, bir cür, bir təhər qiyməti aşağı endirə bildi. Amma problem paytaxtın bəzi yerlərində hələ də həllini tapmayıb. Və çörək böhranı yaşanır. Ona görə də, Səməd qağanın vəsiyyətini nəzərə alıb nəyin bahasına olursa-olsun borca-xərcə düşüb xarici ölkələrdən çörək almalıyıq ki, bir də vətənimizin üstündən yaman yel əsməsin. Axı, çörək bol olanda heç kəs vətəni basmağa ürək eləmir. Qoy, çörəyimiz bol olsun. Allah bizi aclıqla imtahana çəkməsin. Bir də torpaqlarımız işğal olunmasın və şairlərimiz vətən həsrəti mövzusunda qıtlıq çəksinlər. Sonda bir şeyi də deyim ki, çörək bol olarsa, Kənd Təsərrüfatı Nazirliyi xəcalət çəkməz...

 

shemshadbey@gmail.com

Şəmşad Ağayev


Oxşar xəbərlər :

altÖtən əsrin əvvəllərində çarizmin bütün ərazilərində istiqlal şüarları səslənməyə başlanmışdı. Hər bir millət öz dövlətini qurmaq və çar rejimi  boyunduruğundan qurtulmaq istəyirdi.


altNazim Hikmət Ran... Bu ad çoxlarına tanışdır. Bütün dünya oxucusunu öz sehrində saxlayan bu şair Türkiyədə - qardaş ölkədə göz açdı dünyaya.


alt"Ucuz ətin şorbası olmur" deyirlər. Amma elə ailələr var ki, nə əti var, nə də şorbası... Dostlarımdan biri tez-tez işlədir bu ifadəni. Hiss edirəm ki...


altDağlıq Qarabağ ətrafında gedən müzakirələr və çıxışlar o qədər pafosa köklənib ki, artıq çoxları bu müzakirələrin ciddi olub-olmayacağının fərqində deyillər.


altÖlkəmizdə intihar hadisələri günü-gündən artır. Artıq insanların intihara cəhdi kütləviləşir. Cəmiyyətə gəldikdə isə o, çoxdan intihar edib. Cəmiyyət intihar etdikdə isə hər gün eybəcərliklərin şahidi olursan.


Xəbərin başlığı Çörək bol olarsa...:
.
dle dle.
.
.
Qonaq
 Müəllif: rgR  | 7 yanvar 2014 19:30
WRWgGwrwrgRWGwrggWGRD4egrr
Problem
DSMF-nin Ucar rayonu şöbəsi ilə bağlı ilginc fakt
Muğan Salahov təhsil sistemindən kənarlaşdırılmalıdır
İsmayıllı Məşğulluq Mərkəzində qanunun tələblərinə əməl olunmur
DSMF-nin Oğuz Rayon Şöbəsində bir sıra neqativ hallar yaşanır
Beyləqanda su və kanalizasiya sistemləri üçün ayrılan vəsaitlər necə xərclənir?

Qəzet 2007-ci ilin Sentyabrın 18-dən çıxır. Redaksiyanın telefonlar: (012) 568-17-42 / 568-17-43 / 568-17-51
Mob: (+994) 50 356 94 50 E-mail: gundelik-baku@rambler.ru