Ana səhifə Gündəm Siyasət Cəmiyyət
Gündəm Siyasət Sosium Təhsil Müsahibə Dünya Region Problem Analiz Mövqe Aktual Təbliğat Nəbz Cəmiyyət
KanalM5.tv Video
Sorğu

Yeni saytımızı bəyəndiniz?
Super
Əla
Orta
Xeyr
 

Köşə yazarları

İşi suya verilən Bərdə sakini

24.01.11 | Bölmə: Problem | Oxunma sayi:

Neçə ildir icra başçısı İlham Ağayevin təzyiqlərinə məruz qalan vətəndaş ölkə prezidentindən yardım istəyir

Cəmil Fətəliyev şikayətinə baxılmayacağı təqdirdə xarici ölkə səfirliklərinə müraciət edəcəyini bildirib

 

altÖlkədə yeni iş yerlərinin açılmasına baxmayaraq, hələ də əhalinin böyük bir qismi işsizdir. İşsiz vətəndaşların iş yerləri ilə təmin olunmamasının bir qisminin günahkarı da məhz bəzi məmurlardır. Çünki bəzilərinin əlində monopoliyaya çevrilən bu iş yerləri, heç də hər işsizə qismət olmur.

Belə olanda isə vətəndaşların hüquqları növbəti dəfə pozulur. Belə vətəndaşlardan biri də Bərdə rayon Mirazalıbəyli kəndinin sakini, təqaüddə olan polis mayoru, Qarabağ veteranı Fətəliyev Cəmil Fətəli oğludur. Şikayətçi bildirib ki, hazırda işsiz olan 6 nəfərlik ailəsi yalnız onun aldığı təqaüdlə dolanır və bu da onların yalnız dərman puluna çatır. Özünün deməsinə görə, dəfələrlə Bərdə rayon İcra Hakimiyyətində və bir sıra dövlət idarələrində olaraq, öz ixtisasına dair iş istəməsinə baxmayaraq, ona iş verməyiblər. Şikayətçi bunun səbəbini pulunun və adamının olmamasında görür. Məhz buna görə də, C.Fətəliyev ölkə başçısı İlham Əliyevə məktubla müraciət etmək qərarına gəlib: "Mənim sizdən xahişim odur ki, mənə ailəmi dolandırmaq üçün iş, ya da bələdiyyə torpağından əkib-becərmək üçün icarəyə torpaq və yaxud da bunlar da olmasa, aşağı faizlə uzunmüddətli kredit almaqdır ki, yaşamaq üçün dolanaq. Mən və mənim ailə üzvlərim dəfələrlə bununla əlaqədar Bərdə rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayevin qəbulunda olmuşuq. O çətinliklə də olsa, bizi qəbul edib və mənə bildirib ki, bizdə iş yoxdur. Eyni zamanda bizə deyib ki, "İşi Bakıdakı nazirlər verir, mən yox. Mən sənə iş verməyəcəyəm. Ona görə ki, sən məndən şikayət ərizəsi yazmısan. Get, onlar da sənə iş versin. Mən bu barədə sizə, 11, 18, 19, 31/5.2010-cu il, 02, 04, 05, 11, 16, 26, 30/06.2010-cu il, 02, 05, 10/08.2010-cu il və 04/01.2011-ci il tarixlərində sifarişli ərizələr yazmışam. Ancaq mən yazmış olduğum sifarişli ərizələrimin heç birinə cavab almamışam. Lakin 25 avqust 2010-cu il tarixində "Gündəlik Bakı" qəzetində bizim ailəmizə iş verilməməsi barədə şikayət ərizəmə əsasən məqalə verildi. Əgər bu dəfə də şikayətimə baxılmasa, mən məcburam ki, xarici dövlətlərin səfirliklərindən yaşayıb, ailəmi dolandırmaq üçün iş istəyim".

Şikayətçi 2010-cu il parlament seçkiləri ilə bağlı yenidən icra başçısı və millət vəkili Zahid Orucovun (Oruc - A.Ə) onu qəbul etdiklərini də bildirib: "Qəbulda hörmətli deputatımız Zahid Orucov və icra başçısı İlham Ağayev mənə bildirdilər ki, yaxın günlərdə səni işlə təmin edəcəyik. Hətta mənə Bərdə rayon icra başçısı İlham Ağayevin adından 11 avqust 2010-cu il tarixli 3/341 saylı məktubda yazılmışdır ki, guya onlar mənə Su İdarəsində və idarələrdə iş tapıblar, mən şəxsiyyətimə sığışdırıb getmirəm. Buna görə də mən onlarla razılaşdım və 15.09.2010-ci il tarixdə Su İdarəsinə getdim".

Şikayətçi burada da onu aldatdıqlarını və 3 ay işə gedib-gəlməsinə baxmayaraq, ona maaş verilmədiyini bildirib: "İdarə müdirinin adına ərizə verdim, o da ərizəmin üstünü yazdı və kadrlar şöbəsinə tapşırdı ki, guya məni işə qəbul etdi. İşə gedid-gəldim və bu ay yarımda mən aylıq məvacibimi ala bilmədim. Müdir mənə dedi ki, burada belə olur, 3-4 ay yığışıb birgə pul alınır. Mən də buna inandım. Amma 27.12.2010-cu il tarixdə mən müdirə dedim ki, sənədlərimi, əmək kitabçamı verin. Ona görə ki, mən buradan aylıq məvacibimi ala bilmirəm. O da mənimlə razılaşıb kadra dedi ki, onun əmək kitabçasını və sənədlərini qaytarın. Sənədlərimə baxanda isə gördüm ki, mənim ərizəmi kitaba salmayıb və məni işə qəbul etməyiblər. Mənə yalandan deyiblər. Mən Su İdarəsindən soruşdum ki, nə üçün məni aldadırsan, o da mənə dedi ki, Bərdə rayon icra başçısı İlham Ağayev demişdi ki, ona belə de ki, guya səni işə götürmüsən. Qoy, 7 noyabr 2010-cu il seçkisi keçsin, sonra sənədlərini geri verərsən. Ona görə də səni işə götürməmişik. Sən ondan yuxarılara yazmısan və qəzetə vermisən. O, səni qoymayacaq işə düzələsən. Sənin işini də Su İdarəsində bu cür suya verdik getdi".

Şikayətçi daha sonra İlham Ağayevin öz dostlarına onu cinayətə sövq etdirməyi tapşırdığını və onu tutdurmaq istədiyini də məktubunda qeyd edib: "Məni işə düzəltmək əvəzinə dostlarını yığıb deyir ki, vəzifə, pul məndədir, siz onu hər hansı cinayətə sövq etdirin, mən onu tutduraram. Bununla da bu işə son qoydular. Ancaq o bilmir ki, hörmətli prezidentimiz bizim hər birimizin arxasında durub. O bu cür neqativ halların baş verməsinə yol verdirməz. Əgər mənə və ailəmə nə isə olsa, bilin ki, bunu İlham Ağayev etdirib. İlham Ağayevin Prezident Administrasiyasında işləyən Taryel Ağayev kimi qohumu var. Ona görə də İ.Ağayev deyir ki, nə qədər yazsan da, sənin şikayətinə baxan olmayacaq. 01.01.2009-cu ildən indiyə qədər yazmısan, sənin ərizənə baxan və ya cavab verən olubmu? Yox! Mən nə qədər icra başçısıyam, Bərdədə sənə və ailənizə iş verməyəcəm".

Şikayətçinin yazdıqlarına inansaq, Bərdənin icra hakimi özünü rayonun ağası hesab edir, vətəndaşlara yuxarıdan-aşağı baxır. Hər bir icra başçısının vəzifələrindən biri öz əhalisini işlə təmin etməli olduğu halda, İlham Ağayev adam tutdurmaq istəyir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

 

P.S. Görəsən Prezident Administrasiyasına gedən məktubları nə üçün prezidentə çatdırmırlar? Görəsən bu işdə məsul şəxs kimdir?

 

Anar ƏHMƏDOV


Oxşar xəbərlər :

altÖtən saylarımızdan birində Masallı rayonu, Xıl kənd sakini Zamanov Nadir Niyazəli oğlunun rayon icra başçısı Qəzənfər Ağayevdən şikayəti barədə geniş yazı dərc etmişdik. Çernobl əlili olan N.Zamanov mənzil növbəsinə dayandığını, lakin icra başçısının özbaşınalığı nəticəsində mənzil ala bilmədiyini söyləmişdi.


altAzərbaycanda elə məmurlar var ki, onların fəaliyyət(sizliy)i yalnız xalqın narazılığı ilə qarşılanır, vətəndaşların kütləvi etirazları ilə müşahidə olunur. Belə məmurlardan biri İmişli rayon İcra Hakimiyyətinin başçısı, sabiq müsavatçı Əbülfəz Ağayevdir.


altÖtən gün Suraxanı rayonu Hərbi Komissarlığında bir sıra neqativ halların baş verdiyini bildirmişdik. Yazının davamı olaraq bildirmək istəyirik ki, qanunsuzluqlar və Təvəkkül Ağayevin özünün yaratdığı "qanun"lar bu gün də Suraxanı rayon Hərbi Komissarlığında həyata keçirilir.


altSon illər regionların inkişafı istiqamətində atılan mütərəqqi addımlar göz qabağındadır. Paytaxt Bakı ilə yanaşı, rayonların abadlaşdırılması və əhalinin sosial durumunun yaxşılaşdırılması üçün mühüm addımlar atılmasına baxmayaraq, hələ müəyyən çatışmazlıqlar qalmaqdadır.


altÖlkədə yaşanan tikinti bumu Masallı rayonundan da yan keçməyib. Rayonda bir sıra ticarət obyektlərinin tikilib istifadəyə verilməsi dediklərimizi təsdiq edir. Ancaq maraqlı odur ki, burada tikinti bumu ayrı-ayrı şirkətlərin deyil, birbaşa icra başçısı Qəzənfər Ağayevin nəzarətindədir.


Xəbərin başlığı İşi suya verilən Bərdə sakini:
.
dle dle.
.
.
Problem
Füzuli Ələkbərovdan nə xəbər?
Azərbaycanın miqrant problemi
Füzulinin səhiyyə sistemi problemlər girdabında...
Sakinlər qaz üzünə həsrət qalıblar
Kimin banka borcu yoxdur?

Qəzet 2007-ci ilin Sentyabrın 18-dən çıxır. Redaksiyanın telefonlar: Mob: (+994) 50 201 12 60 E-mail: gundelik-baku@rambler.ru