Ana səhifə Gündəm Siyasət Cəmiyyət
Gündəm Siyasət Sosium Təhsil Müsahibə Dünya Region Problem Analiz Mövqe Aktual Təbliğat Nəbz Cəmiyyət
KanalM5.tv Video
Sorğu

Yeni saytımızı bəyəndiniz?
Super
Əla
Orta
Xeyr
 

Köşə yazarları

AMİ-nin Quba filialının rektoru yuxarılara meydan oxuyur

14.03.12 | Bölmə: Gündəm | Oxunma sayi: 9125

altMəmməd Əliyev onu tutduğu vəzifədən heç kimin çıxarmağa gücü çatmayacağını bəyan edib

 

Ötən saylarımızın birində Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Zaqatala filialında yaranmış narazılıqlar və bir sıra özbaşınalıqlar barədə geniş məlumat vermişdik. Qeyd etmişdik ki, AMİ-nin sözügedən filialının rektoru Tovuz Eminli işçi kimi qəbul etdiyi şəxsləri bir neçə müddət sonra müxtəlif bəhanələrlə işdən kənarlaşdırır. Bir müddət sonra isə onların yerinə yenilərini işə qəbul edir. Eyni zamanda, təhsil ocağında baş verən digər qanunsuzluqlara da toxunmaqla yanaşı, bildirmişdik ki, Tovuz Eminli müxtəlif yollardan istifadə edərək, AMİ-nin rektoru postuna yiyələnməyə çalışır.
 
Bu gün isə institutun Quba filialı və onun rektoru Məmməd Əliyevlə bağlı əldə etdiyimiz ən son məlumatları diqqətinizə çatdıracağıq. İlk öncə, məlumat üçün bildilər ki, AMİ-nin Quba filialı 13 iyun 2000-ci il tarixdə ADMİU-nun Quba filialının bazasında yaradılıb. Filialda yarandığı gündən iki istiqamətdə - ixtisasartırma təhsili, bakalavr hazırlığı üzrə təhsil aparılır. 2000-ci ildən 2007/2008-ci tədris ilinə qədər iki ixtisas üzrə kadr hazırlığı həyata keçirilib. 2007-ci ildən isə filialda daha iki ixtisas - "Azərbaycan dili və ədəbiyyatı", "Tarix və coğrafiya" üzrə kadr hazırlığına başlanılıb. Filialda 2 fakültə - "pedaqoji" və "filologiya" fakültələri fəaliyyət göstərir. "Pedaqoji" fakültədə əyani şöbədə ibtidai təhsilin pedaqogika və metodikası, tarix - coğrafiya və məktəbəqədər təhsil ixtisasları üzrə, "Filologiya" fakültəsində isə "Azərbaycan dili və ədəbiyyatı" ixtisası üzrə tədris aparılır. Eyni zamanda, filialın dislokasiyasına daxil olan Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının tədris müəssisələrində dayaq məntəqələri fəaliyyət göstərib.
Bu günlərdə adıçəkilən təhsil ocağı ilə bağlı əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, filialın direktoru Məmməd Əliyev nə AMİ-nin rektoru Aqiyə Naxçıvanlını, nə də təhsil naziri Misir Mərdanovu saya salır. Elə bu səbəbdən də o, rəhbəri olduğu təhsil müəssisəsində hərc-mərcliyə şərait yaradır. Məsələ ilə bağlı redaksiyamıza məlumat verən bir qrup Qusar rayon sakininin sözlərinə görə, 2000-ci ildən bu günə kimi bu təhsil ocağında bir çox neqativ hallar baş verib: "AMİ-nin Quba filialı yarandığı gündən savadsız kadrlar, qəbuldan kənar tələbə axını və təhsil sisteminə aid digər problemlərin bir çoxu burada geniş vüsət aldı. Filialın direktorunun az qala hər ay müəllim və tələbələrlə nəyinsə naminə fərdi söhbətlər etdiyini deyən Qusar sakinlərinin bildirdiyinə görə, Quba filialı bir çox səbəblərdən AMİ-nin digər filialları içərisində özünə əməlli-başlı ad çıxarıb: "İnanmayan varsa, gəlib araşdıra bilər. O zaman görəcəksiniz ki, bu gün bu təhsil müəssisəsində təhsilin aşağı səviyyədə olması və digər qeyri-qanuni hallar mövcuddur. AMİ-nin Quba filialında tələbələrin təqaüdünün mənimsənilməsi, institutda işləməyən şəxslərin adlarına əməkhaqqı yazıb əlavə qazanc əldə edilməsi faktı da artıq rayon camaatına sirr deyil. Tələbələrin bir çoxu bu haqsızlıqdan narazıdırlar. Çünki oxuyub-oxumamasından asılı olmayaraq, az qala hamıdan nə isə alınır. Belə ki, şərti olaraq qiymət kitabçasına "3" qiyməti 30-40 manata, "4" qiyməti 40-50 manata, "5" isə ən yaxşı halda 60-70 manata yazılır".
Əldə etdiyimiz məlumatda həmçinin o da qeyd olunur ki, rektor Məmməd Əliyev AMİ-nin Quba filialını özünün yaratdığını əsas gətirərək, onu tutduğu vəzifədən heç kimin çıxarmağa gücü çatmayacağını bəyan edib: "Odur ki, istədiyim adamı Quba filialından qova, uzaqlaşdıra bilərəm".
Ümid edirik ki, aidiyyəti qurumlar AMİ-nin Quba filialında baş verənlərə və Məmməd Əliyevin fikirlərinə tez bir zamanda reaksiya verəcək və bununla bağlı müvafiq tədbirlər görüləcək.
Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
 
Sərxan Mehdizadə

 


Oxşar xəbərlər :
"Gündəlik Bakı" qəzeti olaraq əldə etdiyimiz dəqiq məlumatlar əsasında dəfələrlə qeyd etmişik ki, Bakının, həmçinin ölkənin əksər rayon və şəhər hərbi komissarlıqlarında bir sıra neqativ hallar mövcuddur.

Bu ildən etibarən hər hansı bir ixtisasa daxil olan tələbə əyani və qiyabi təhsil alacağını özü seçir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012–2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olanların qeydiyyat müddətinin uzadılması barədə qərar qəbul edib.

İyulun 9-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında iclas keçirilib

"Azərbaycanın orta məktəblərində 3 mindən çox müəllimə ehtiyac var. Onların 90 faizi rayon məktəblərinin payına düşür". APA-nın məlumatına görə, bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib.

Xəbərin başlığı AMİ-nin Quba filialının rektoru yuxarılara meydan oxuyur:
.
dle dle.
.
.
Problem
Bina evlərində isinmək qış gəlməmiş problemə çevrilib
Sənədsiz qalan ev sahibləri
Yeni binalarda ağılagəlməz fırıldaqlıqlar…
Meyvə şirəsinin içində
23 saylı Hövsan Poliklinikasından gələn xəbərlər
9 saylı internat evində nə yaşanır?

Qəzet 2007-ci ilin Sentyabrın 18-dən çıxır. Redaksiyanın telefonlar: (012) 568-17-42 / 568-17-43 / 568-17-51
Mob: (+994) 50 356 94 50 E-mail: gundelik-baku@rambler.ru