Ana səhifə Gündəm Siyasət Cəmiyyət
Gündəm Siyasət Sosium Təhsil Müsahibə Dünya Region Problem Analiz Mövqe Aktual Təbliğat Nəbz Cəmiyyət
KanalM5.tv Video
Sorğu

Yeni saytımızı bəyəndiniz?
Super
Əla
Orta
Xeyr
 

Köşə yazarları

Saxta diplomluların siyahısı niyə açıqlanmır?

13.04.12 | Bölmə: Aktual | Oxunma sayi:

altHacıbaba Əzimov: "Əlbəttə ki, bu adların açıqlanması çoxlarına sərf etməyəcək"

 

Təxminən, 2 həftə öncə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məlekyə Abbaszadə ölkədə 22 min 332 nəfərin saxta diplom alması haqqında açıqlama vermişdi. Bu açıqlama müxtəlif söz-söhbətə səbəb olmuş, ilk növbədə isə Təhsil Nazirliyi tərəfindən etirazla qarşılanmışdı. Lakin çox keçməmiş, nazirlik də belə bir faktın ola biləcəyini qəbul etmiş, daha doğrusu, 22 mindən çox şəxsin TQDK-nın qəbul proqramından kənar imtahan verdiyini bildirmişdi.

Bu günlərdə TQDK sədri keçirdiyi mətbuat konfransında yenidən sözügedən məsələyə toxundu. O, TQDK xəttindən kənar imtahan verərək ali məktəbdə oxumuş şəxslərin ad və soyadlarını bildiklərini, lakin ictimaiyyətə açıqlamadıqlarını bildirmişdi. Səbəb kimi isə bu işin məsuliyyət tələb etdiyini göstərmişdi.

Maraqlıdır, niyə bu siyahılar gizlədilir? Təhsil Nazirliyi TQDK ilə birgə siyahını cəmiyyətə açıqlaya bilməzmi? Məleykə Abbaszadənin dediyi "məsuliyyət" kəlməsinin arxasında nə durur? Axı bu adlar dövlət sirri deyil ki, onları bu şəkildə gizlətsinlər.

Sözügedən məsələyə münasibət bildirən Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimovun fikrincə, saxta diplom alanların sayı göstərilənlərdən daha artıq ola bilər: "Bir sıra özəl ali məktəblər guya öz daxili nizamnamələrinə əsaslanaraq TQDK-dan kənar qəbul həyata keçirirlər. Əslində isə dövlət qanunvericiliyinə görə, Azərbaycan ərazisində tələbə qəbulu yalnız TQDK-nın xətti ilə həyata keçirilə bilər. Özəl ali məktəblərin özbaşına qəbul keçirməsi bu günün problemi deyil. Artıq 15-17 ildir ki, bu qanun pozuntusu davam edir. Təhsil sistemimizdə ABU kimi mənfi təcrübələrimiz olub. Yaxşı ki, o universitet bağlandı."

H.Əzimov bu işlərin arxasında təkcə ali məktəblərin durduğunu düşünmür: "Prestijli hesab edilən hüquq fakültəsi uzun illər demək olar, bütün ali məktəblərdə var idi. Hər il o fakültəni yüzlərlə gənc bitirirdi. Bu qəbuldan milyonlarla pul qazanılırdı. Amma bu pullar da tək "yeyilməyib". Hər ali məktəbin yuxarıdakı məmurlar arasında öz "krışası" olub.

Qeyri-qanuni deyilən diplomları Təhsil Nazirliyi özü verib. Hər halda, nazirlik universitetdə nə qədər tələbə oxuduğunu, buraxılış sayını bilməmiş olmaz. Nazirlik o diplomları verməmişdən tələbələrin o ali məktəbə hansı yolla qəbul olunduğunu yoxlamalı idi. Qəbul sayı ilə buraxılış sayı arasındakı fərqi görmürlərmi yəni? Əlbəttə, burada Təhsil Nazirliyi də günahkardır."

Hacıbaba Əzimov bu məsələnin indi gündəmə gəlməsini belə əsaslandırır: "Bu gün TQDK ilə Təhsil Nazirliyi arasında konflikt var. Elə bu səbəbdən də yalnız indi saxta diplom məsələsini üzə çıxarırlar. Bu faktı indiyə qədər niyə demirdilər? Halbuki, cəmiyyət belə faktların mövcudluğundan xəbərdar idi".

Partiya sədrinin fikrincə, özəl ali məktəblərin fəaliyyəti də uzun müddət qeyri-qanuni olub: "Ümumiyyətlə, özəl ali məktəblərin yaranması da tamamilə qeyri-qanuni olub. 1993-ci ildə qəbul edilmiş "Təhsil haqqında" Qanuna görə özəl ali məktəblər yalnız xeyriyyə məqsədi ilə yaradıla bilərdi. Bununla belə, həmin ali məktəblər kommersiya, biznes xarakterli fəaliyyətə başladılar. Yalnız sonuncu qanuna əsasən ali məktəblərin fəaliyyəti indiki kimi tənzimlənib. Qeyri-qanuni fəaliyyət göstərən ali məktəbin tələbə qəbulu prosesi də bu cür olmalıydı."

H.Əzimov siyahının açıqlanmama səbəbi haqqında belə düşünür: "Qeyri-qanuni şəkildə qəbul olunan tələbələrin əksəriyyəti biliyi olmayan, lakin imkanlı şəxslərin övladlarıdır. Bəziləri də yüksək mövqe tutan məmur balalarıdır. Onların əksəriyyətinin savadı olmasa da, diplomu var. İndi də çox yaxşı vəzifələrdə işləyirlər. Əlbəttə ki, bu adların açıqlanması çoxlarına sərf etməyəcək. Elə, rəsmilər də bu adları çəkməkdən qorxurlar.

TQDK təhsil qurumları arasında ən yaxşı çalışanlardandır. Onların fəaliyyəti yüksək səviyyədədir. Lakin Məleykə xanım da bir çox hallarda cəsarətli addım atmaqdan çəkinir."

Şəbnəm Xeyrulla


Oxşar xəbərlər :

altBir neçə gün bundan əvvəl Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə mətbuata açıqlama verərkən, Azərbaycanda 22332 nəfər saxta diplomlu şəxs olduğunu qeyd etmişdi.


altTəhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bir-birinin bostanına daş atmaqda davam edirlər.


altBir məsələni başa düşə bilmirəm.


alt"Gündəlik Bakı" qəzetinin martın əvvəllərində işıq üzü görən saylarından birində Təhsil Nazirliyi, habelə Tələbə Qəbulu üzrə Dövlət Komitəsi (TQDK) tərəfindən saxta diplomlarla bağlı araşdırmaların başlanması barədə xəbər vermişdik.


altBir neçə həftə bundan əvvəl ölkə prezidenti Təhsil Nazirliyinin bəzi səlahiyyətlərinin TQDK-ya verilməsi ilə bağlı sərancam imzaladı.


Xəbərin başlığı Saxta diplomluların siyahısı niyə açıqlanmır?:
.
dle dle.
.
.
Problem
Mərhum əsgərin ailəsi fəryad edir
Ağciyər Xəstəlikləri İnstitutunun həkimi vətəndaşı bu hala salıb
Metro ticarətinin ləğvi bahalaşmaya səbəb oldu
Ana və uşaq ölümünə səbəb hamilə qadınlar, yoxsa həkim səhlənkarlığıdır?
Yol terroru ildən-ilə daha çox can almaqdadır
Novruz şənliyi adıyla pul yığımı

Qəzet 2007-ci ilin Sentyabrın 18-dən çıxır. Redaksiyanın telefonlar: (012) 568-17-42 / 568-17-43 / 568-17-51
Mob: (+994) 50 356 94 50 E-mail: gundelik-baku@rambler.ru