Ana səhifə Gündəm Siyasət Cəmiyyət
Gündəm Siyasət Sosium Təhsil Müsahibə Dünya Region Problem Analiz Mövqe Aktual Təbliğat Nəbz Cəmiyyət
KanalM5.tv Video
Sorğu

Yeni saytımızı bəyəndiniz?
Super
Əla
Orta
Xeyr
 

Köşə yazarları

"Heyvanları qoruyaq" missiyası

28.04.12 | Bölmə: Köşə | Oxunma sayi:

altVə ya itlər üçün möhtəşəm toy...

 

Bu gün heyvanlara olan qayğı mövzusu bir o qədər də aktual olmasa da, nədənsə bu mövzuya toxunmaq istədim. Gündəlik internetdə maraqlı xəbərlər rubrikasını saytlarda izlədiyim üçün əmin idim ki, qeyri-adi bir xəbərlə mütləq rastlaşacam. Fikrimdə də yanılmadım. Yerli teleziya kanallarından birinin rəsmi saytında itlərlə bağlı maraqlı bir məlumat yerləşdirmişdilər. Belə ki, ABŞ-ın Kaliforniya ştatında qeyri adi bir hadisə baş verib. İtlər üçün böyük bir nikah mərasimi keçiriblər.

İzdivac mərasiminin heyvan sığınacağı üçün xeyriyyə toplamaq məqsədi daşıdığını deyən toy təşkilatçıları - Rubin və Karter, əslində mərasimdə bu qədər insanın iştirak edəcəyini gözləmədiklərini bildirib. Əvvəl az adamın iştirakı nəzərdə tutulsa da, hadisənin qeyri-adiliyi ətrafda yaşayanların böyük marağına da səbəb olub. Onlar toydan Kimsəsiz İtlərə Yardım Cəmiyyəti üçün xeyli miqdarda xeyriyyə pul yığıldığını diqqətə çatdırıblar.

Bizdə heyvanlara qayğının yüksək səviyyədə olmamasına baxmayaraq, ABŞ-da və digər xarici ölkələrdə bu məsələ çox aktualdır. Canlıların mühafizəsi mövzusu onlar üçün önəmlidir. Ona görə də bu xəbər məni bir o qədər də düşündürmədi, sadəcə gülüşə səbəb oldu.

Düzdür, bizim də zooparkımız var.. amma axırıncı dəfə ora getməyimdən təqribən 1 il ötür. O zaman gördüyüm mənzərə ilə indi ki, zooparkın əlbəttə ki, heç fərqi olmadığını bir tanışımla telefon zəngində bildim. Heyvanlardan çox orada uşaqların istirahəti üçün nəzərdə tutulmuş attraksionlar, nə bilim içərisində satılan oyuncaqlar, kukuruzlar bir sözlə, heyvanlara aid olmayan hər bir şey ... düşünürəm ki, heyvanların qaldıqları yerin təmizliyi, onların normal qidalanması və s. üçün nəzərdə tutulan işlərin görülməsi daha vacibdir. Düzdür, ora ən çox baş çəkənlərin içərisində balacaların çox olması və bu səbəbdən də onlar üçün orada rahat istirahətin düşünülməsi də çox gözəl bir haldır. Lakin bütün bunlar başqa bir yazının mövzusudur.

Bizdə əlbəttə ki, heyvanların mühafizəsi mövzusu bir o qədər də aktual olmasa da,  digər hallarda kimlərinsə gündəmdə qalması üçün əlverişli şərait yaradır. Bu missiyanı isə bizim müğənnilərimiz öz öhdələrinə götürüb. İtlərə toy edən Rubin və Karterdən heç də geridə qalmayan sevimli müğənnimiz Elza Seyidcahan bir neçə ay əvvəl heyvanları ətrafına toplayaraq onlar üçün pulsuz konsert vermişdi. Ölkədə böyüyündən tutmuş balacasına kimi bu mövzunu müzakirə edirdi. Kanallarda, şou verilişlərində ən tez-tez verilən xəbərlər siyasına da düşmüşdü. Bununla da həm kanallar həm də Elza xanım özünə böyük bir reytinq də toplamışdı... Bütün dünya Elza xanımın heyvansevərliyindən, bu layihəsindən danışmağa başlamışdı. Hələ bu da az deyilmiş kimi, bir müddət bundan əvvəl mediada yayımlanan xəbərlərə görə, müğənni Xuraman Şuşalının da itlərə  konsert verəcəyi barədə də yazılmışdı.

Nə deyirəm ki, əgər bu yolla mügənnilər öz gülünc və bayağı mahnılarını insanlara sevdirə bilmədikləri üçün heyvanlara sevdirmək istəyirlərsə buyursunlar...     

 

Vəfa Kazımova


Oxşar xəbərlər :

altBizimkilərin heyvanata olan məhəbbəti çoxdan məlumdur.


altƏməkdar artist və bəstəkar Elza xanım Seyidcahan səhnəyə gəldiyi ilk gündən özünün bənzərsiz ifası, oxşarsız bəstələri ilə dinləyicilərin və tamaşaçıların diqqətini cəlb edib.


altNəinki uşaqların əyləncə zövqünə uyğun olan, eyni zamanda gənc və yetkin yaşlı insanların marağına səbəb olan zooparklar, çoxdandır ki, haqqında müzakirə gedən mənbələrdən birinə çevrilmişdi.


altNəbiyəm, Koroğluyam, Azərbaycan oğluyam. Bu, bizlərin sevə-sevə oxuduğu qəhrəmanlıq mahnılardan biridir. Qeyd edim ki, qəhrəmanlıq, vətənpərvərlik mövzularında yazılmış mahnılarımız çox da olmasa, az deyil.


altBir neçə gün bundan öncə ATV telekanalının rəhbərliyinin dəyişildiyi xəbərini hamımız eşitdik.


Xəbərin başlığı "Heyvanları qoruyaq" missiyası:
.
dle dle.
.
.
Problem
Payız yağışı sakinlərə problemlər yaratdı
Gədəbəylilər icra başçısının əməllərindən cana doyublar
Xətai rayonunda daha bir acınacaqlı durum
Novruz Abdullayev Qazaxın varlı məmuruna necə çevrilib?
Ağcabədidə ünvanlı sosial yardımların verilməsində problem yaşanır

Qəzet 2007-ci ilin Sentyabrın 18-dən çıxır. Redaksiyanın telefonlar: (012) 568-17-42 / 568-17-43 / 568-17-51
Mob: (+994) 50 356 94 50 E-mail: gundelik-baku@rambler.ru