Ana səhifə Gündəm Siyasət Cəmiyyət
Gündəm Siyasət Sosium Təhsil Müsahibə Dünya Region Problem Analiz Mövqe Aktual Təbliğat Nəbz Cəmiyyət
KanalM5.tv Video
Sorğu

Yeni saytımızı bəyəndiniz?
Super
Əla
Orta
Xeyr
 

Köşə yazarları

Xəzər Dəniz Neft Donanması ləğv oluna bilər

04.12.12 | Bölmə: Fakt | Oxunma sayi: 3107

ARDNŞ rəhbərliyi Mübariz Mədətovun fəaliyyətindən narazıdır

 

Təmirə dayanan gəmilərdən yükdaşımada istifadə edilir

 

Ötən saylarımızda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Xəzər Dəniz Neft Donanmasında baş verənlərlə bağlı məlumat vermişdik. Xatırlatma üçün qeyd edək ki, donanmada çalışan bəzi şəxslər saxta sənədlər vasitəsilə veteran statusuna yiyələniblər. Onların hansı yollarla və kimlər tərəfindən veteran edildiklərinə də toxunmuşduq. Ancaq əldə etdiyimiz ən son məlumatlardan aydın olur ki, donanmada işlər qaydasına düşməyib. Hər gün başqa bir qanun pozuntusu baş verməkdədir.

Məlumatlara görə, Xəzər Dəniz Neft Donanmasının sədri Mübariz Mədətovun fəaliyyəti ARDNŞ rəhbərliyini bərk əsəbləşdirib. Buna səbəb isə bir neçə gəminin təyinatından kənar istifadə olunmasıdır. Bu faktların aşkar edilməsi Xəzər Dəniz Neft Donanmasının yeni ildən etibarən ləğvinə səbəb ola bilər.

Məlumatlarda deyilir ki, neft quyularının qazılmasından tutmuş, fəhlələrin buruqlara çatdırılmasına qədər işləri həyata keçirən donanmanın ləğv edilməsi isə bu qurumun rəisi Mübariz Mədətovun fəaliyyəti ilə bağlıdır. Qeyd olunur ki, Mədətovun başı daha çox başqa işlərə qarışdığından donanmanın işləri iflic vəziyyətə düşüb, sistemdən çıxıb. Üstəlik, o, ARDNŞ rəhbərliyində təmsil olunan bəzi şəxslərlə də düz əməlli yola getmir. Bildirilir ki, hər il milyonlarla manat ayrılan donanma neftçiləri vaxtlı-vaxtında iş yerinə çatdıra bilmir. Dənizdəki buruqlarda işləyən neftçilər isə bununla əlaqədar dəfələrlə ARDNŞ rəhbərliyinə müraciət edib. Hətta iclasların birində qurumun rəhbərləri Mədətova bu barədə xəbərdarlıq edib və işinə məsuliyyətli yanaşmasını istəyib. Lakin donanmanın rəisi onların sözlərinə əhəmiyyət vermədən, yenə də öz bildiyi kimi hərəkət etməyə başlayıb. Bundan sonra isə Mədətovla ARDNŞ-in söz sahibləri arasında münasibətlər soyumağa başlayıb. Amma problemin təkcə bundan ibarət olmadığı da məlum olub. Məlumatlarda vurğulanır ki, təmir adı altında porta gətirilmiş gəmilərdən bir neçəsinin taleyi məlum deyil. İddialara görə, M.Mədətov həmin gəmiləri yükdaşımada istifadə edir. Sadəcə, rəsmi sənədlərdə həmin gəmilərin təmirə dayandırıldığını yazdırıb. Məsələdən ARDNŞ rəhbərliyi xəbər tutduqdan sonra bununla bağlı araşdırmalara başlayıb. Hal-hazırda həmin gəmilərin nə daşıdığı və hansı istiqamətlərdə hərəkət etdiyi dəqiqləşdirilir. Şirkət rəhbərliyi qeyd olunan gəmiləri iş başında tutmaq fikrindədir. Əgər məlumatlar təsdiqini taparsa, Mədətovun işi çətinə düşəcək. Üstəlik, onunla bağlı müəyyən araşdırmalara da start veriləcək.

Qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.

 

Samir Rəfi

 

 


Oxşar xəbərlər :
Kiminsə haqqını yemək təəssüf ki, bizim dəyərlər kriteryasına daxil olub.

"Son vaxtlar Rüstəm İbrahimbəyovun bir sıra müxalif mətbuat orqanlarına verdiyi müsahibələrində ARDNŞ-nin nüfuzuna xələl gətirmək məqsədi daşıyan əsassız iddialar irəli sürülür.

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi üzrə xarici tərəfdaşlarına təklif etdiyi 29 faizlik payın hansı nisbətdə bölüşdürüləcəyi ilə bağlı ilkin rəqəmlər açıqlayıb.

ARDNŞ-nin "Azəriqaz” İstehsalat Birliyi xəbərdarlıq edib.  

ARDNŞ prezidenti: "Prezidentin sərəncamı qanunsuz tikililərlə bağlı indiyə qədər aparılan məhkəmə işlərinin dayandırılmasına səbəb olmayacaq"

Xəbərin başlığı Xəzər Dəniz Neft Donanması ləğv oluna bilər:
.
dle dle.
.
.
Problem
Kimin banka borcu yoxdur?
Həkimin ölüm maşını
Söküntü dəllalları
Sabunçunun zibili ətək-ətəkdir
Daha nələr çıxacaq çörəkdən?
Broyler toyuqları standartlara uyğun deyil

Qəzet 2007-ci ilin Sentyabrın 18-dən çıxır. Redaksiyanın telefonlar: (012) 568-17-42 / 568-17-43 / 568-17-51
Mob: (+994) 50 356 94 50 E-mail: gundelik-baku@rambler.ru