Anons

Сегодня, 23:00- Merkel böyük siyasətdən gedir - Özü açıqladı

Сегодня, 21:30- Zakir Qaralovun vəzifədə çalışan qohumları - Siyahı

Сегодня, 20:00- İranın yük gəmisi İraq sularında batdı: Ölənlər var

Сегодня, 19:00- 4 iyun hadisələrinin 27 ili - hələ də açılmayan sirlər var

Сегодня, 18:00- “İmtahan sessiyasının tamamilə ləğv edilməsi tələbələrin təqaüd almasına maneə törədə bilər”

Сегодня, 17:00- “Cümə günü də məhdudiyyətlər tətbiq edilsin” - TƏKLİF

Сегодня, 16:00- Gəncədə vergi işçisindən ÖZBAŞINALIQ

Сегодня, 15:37- Prokuror və təhqiqatçılara əlavə səlahiyyət verildi – DETALLAR

Сегодня, 15:00- Ünvanlı sosial yardım: Hansı yeniliklər olacaq?

Сегодня, 14:00- Rusiyadan Ermənistana hədə: “Türkiyə ilə baş-başa qala bilərsiniz...”

Сегодня, 13:00- Azərbaycanlı "həkimlər" və onların dəhşətli koronavirus "arqumentləri"

Сегодня, 12:00- Balakəndə 2 tondan artıq çətənə kolu məhv edilib

Сегодня, 11:50- Azərbaycanda dərslərin nə vaxt başlayacağı açıqlandı - RƏSMİ

Сегодня, 11:36- Kamran Əliyev Nizami Qocayevin oğlunu vəzifəsindən azad etdi

Сегодня, 11:30- Xarici borcumuz böhranlı həddən iki dəfə azdır - ekspert danışır

Сегодня, 10:53- Qarabağ haqqında erməni filmi “Kann-2020”-nin siyahısına daxil edildi?..

Сегодня, 10:30- "Əli Nağıyev və Vilayət Eyvazov etimadı doğruldurlar" - deputat

Сегодня, 10:00- Fransa Rusiyanı "böyük yeddilik"də görmək istəmir

Вчера, 23:30- “Trampın “İncil”ə əl uzatması utancvericidir”

Вчера, 22:30- Özbaşınalıq və iqtisadi sabotaj - Elxan Məmmədov niyə əcnəbiləri bəsləyir?

Hotellərə xüsusi loqo vurulacaq - RƏSMİ

Tarix:21-05-2020, 15:00 Baxış Sayı:28

Hotellərə xüsusi loqo vurulacaq - RƏSMİ “Müştəri hoteli tərk etdikdən sonra həmin otağa 48 saat müddətində heç kəsin buraxılmaması məsələsinə sahibkar özü qərar verməlidir”.
Bunu Oxu.Az-a açıqlamasında Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə bildirib.
Onun sözlərinə görə, turizm sahəsində koronavirus infeksiyasının idarə olunmasının profilaktikası ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən müvafiq metodiki göstərişlər təqdim edilib:
“Bu göstərişlər ictimai nəqliyyata, iaşə obyektlərinə, turizm və hotelçilik sektoruna aiddir. Sənədlərdə obyektlərdə bir sıra addımların atılması qeyd edilib. Eyni zamanda, göstərişlərdə qonaqların qəbul olunması, onlara xidmət göstərilməsi, sosial məsafənin saxlanılması və digər məsələlər detallı şəkildə açıqlanıb”.
K.Quluzadə bildirib ki, DTA bu istiqamətdə marketinqlə məşğuldur:
“Məqsəd Azərbaycan turizminin rəqabət qabiliyyətini artırmaqdır. Bu metodik göstərişlərə əməl edən iaşə və yerləşdirmə obyektləri könüllü olaraq, təşəbbüs proqramımıza qoşula bilər. Bu, SAHMAN (Sanitation and Hygiene Methods and Norms – Sanitariya və Gigiyena Metodları və Normaları) proqramı adlanır. Tərəfimizdən SAHMAN-a könüllü qoşulan sahibkarlara təlim keçiriləcək, onlara müəyyən dəstək veriləcək. Həmin obyektlərin üzərinə SAHMAN loqosu vurulacaq.
Obyektlərdə olan bu loqo insanlarda sağlamlıqlarının qorunması ilə bağlı əminlik yaradacaq. Proqramın monitorinqi daxili və xarici mütəxəssislər tərəfindən aparılacaq”.
DTA rəsmisi əlavə edib ki, bu, ilk mərhələdə daxili turizm çərçivəsində olacaq:
“Ölkədə elan edilən xüsusi karantin rejimi bitdiyi gündən 24 saat sonra Azərbaycanda yeni turizm mövsümü açıq elan ediləcək. Növbəti mərhələdə isə gəlmə turizmə yönəlmiş addımlar atılacaq”.

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ