Anons

Сегодня, 23:00- Merkel böyük siyasətdən gedir - Özü açıqladı

Сегодня, 21:30- Zakir Qaralovun vəzifədə çalışan qohumları - Siyahı

Сегодня, 20:00- İranın yük gəmisi İraq sularında batdı: Ölənlər var

Сегодня, 19:00- 4 iyun hadisələrinin 27 ili - hələ də açılmayan sirlər var

Сегодня, 18:00- “İmtahan sessiyasının tamamilə ləğv edilməsi tələbələrin təqaüd almasına maneə törədə bilər”

Сегодня, 17:00- “Cümə günü də məhdudiyyətlər tətbiq edilsin” - TƏKLİF

Сегодня, 16:00- Gəncədə vergi işçisindən ÖZBAŞINALIQ

Сегодня, 15:37- Prokuror və təhqiqatçılara əlavə səlahiyyət verildi – DETALLAR

Сегодня, 15:00- Ünvanlı sosial yardım: Hansı yeniliklər olacaq?

Сегодня, 14:00- Rusiyadan Ermənistana hədə: “Türkiyə ilə baş-başa qala bilərsiniz...”

Сегодня, 13:00- Azərbaycanlı "həkimlər" və onların dəhşətli koronavirus "arqumentləri"

Сегодня, 12:00- Balakəndə 2 tondan artıq çətənə kolu məhv edilib

Сегодня, 11:50- Azərbaycanda dərslərin nə vaxt başlayacağı açıqlandı - RƏSMİ

Сегодня, 11:36- Kamran Əliyev Nizami Qocayevin oğlunu vəzifəsindən azad etdi

Сегодня, 11:30- Xarici borcumuz böhranlı həddən iki dəfə azdır - ekspert danışır

Сегодня, 10:53- Qarabağ haqqında erməni filmi “Kann-2020”-nin siyahısına daxil edildi?..

Сегодня, 10:30- "Əli Nağıyev və Vilayət Eyvazov etimadı doğruldurlar" - deputat

Сегодня, 10:00- Fransa Rusiyanı "böyük yeddilik"də görmək istəmir

Вчера, 23:30- “Trampın “İncil”ə əl uzatması utancvericidir”

Вчера, 22:30- Özbaşınalıq və iqtisadi sabotaj - Elxan Məmmədov niyə əcnəbiləri bəsləyir?

Azərbaycan-Türkiyə sazişi: Güzəşt və üstünlük siyahısına düşən mallar

Tarix:22-05-2020, 19:00 Baxış Sayı:34

Azərbaycan-Türkiyə sazişi: Güzəşt və üstünlük siyahısına düşən mallar Azərbaycan Türkiyə ilə Preferensial Ticarət Sazişinə əsasən, 15 mal qrupu üzrə hər iki ölkə arasında kvota müəyyənləşir. Eyni zamanda, 15 mal qrupu üzrə rüsumun sıfıra endirilməsi nəzərdə tutulur.
Oxu.Az həmin məhsulların siyahısını əldə edib.
Türkiyə Respublikası tərəfindən preferensial ticarət rejiminin tətbiq olunduğu Azərbaycan mənşəli bəzi malların siyahısına tətbiq olunacaq kvotanı təqdim edirik:
“Chester”, “Parmessan”, “Dutch” və oxşar pendirlər, həmçinin, saçaq pendir üçün kvota 100 ton nəzərdə tutulur;
Süfrə növlərinə 3500, gavalı və göyəmə 3000, xurmaya isə 30 min ton kvota müəyyən edilir;
İlkin qablaşdırmalarda çəkisi 3 kiloqramdan çox olmayan qara çay üçün kvota 300 tondur;
Sazişə əsasən, ağ şəkərə 5000, xiyar və kornişona 500, diabet xəstələri üçün məhsullara, fındıq, alma, ərik və gavalı püresinə, alma kompotuna 3000 ton kvota tətbiq olunacaq.
Azərbaycan Respublikası tərəfindən preferensial ticarət rejiminin tətbiq olunduğu Türkiyə mənşəli bəzi məhsulların da siyahısını təqdim edirik:
İçlikli və içliksiz şəkərli karamelinə 1500 ton, toffi, digər karamel və analoji şirniyyatlara 4000 ton, preslənmiş həblərə 200 ton, şokolad minasına 500 ton, tərkibində kakao olan şəkəri əvəz edən məhsullardan hazırlanmış, şəkərdən qənnadı məmulatları və onların əvəzedicilərinə 1500 ton kvota nəzərdə tutulur.
Preferensial rejim nədir?
Sənəddə qeyd olunur ki, preferensial rejim malların hərəkətində tariflərin azaldılması və ya ləğvi, qeyri-tarif maneələrinin ləğvi yolu ilə razılığa gələn tərəfdən bu saziş çərçivəsində verilmiş hər hansı güzəşt və ya üstünlükdür.  
Sazişin məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, paratariflərin və qeyri-tarif maneələrinin ləğv olunması, iqtisadi əlaqələrin harmonik inkişafı vasitəsilə ticarətin genişləndirilməsi və təşviq edilməsindən ibarətdir. 
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Xəzər Bəşirov bildirib.
Eyni zamanda, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması, ticarətin davamlı artımı üçün proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılması da bura daxildir.
Sənədə əsasən, tərəflərin nümayəndələrindən ibarət Birgə Komitə təsis edilib. Bu komitə əldə olunan irəliləyişin nəzərdən keçirilməsi üçün ildə ən azı bir dəfə görüş keçirəcək.
Saziş müddətsiz olaraq bağlanıb və tərəflərdən birinin diplomatik kanallar vasitəsilə onu ləğv etmək barədə niyyətini bildirənədək etibarlıdır. 
Sözügedən saziş bu il fevralın 25-də Bakıda imzalanıb.
Sənəd Milli Məclisin mayın 31-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ