Anons

Сегодня, 21:30- Zakir Qaralovun vəzifədə çalışan qohumları - Siyahı

Сегодня, 20:00- İranın yük gəmisi İraq sularında batdı: Ölənlər var

Сегодня, 19:00- 4 iyun hadisələrinin 27 ili - hələ də açılmayan sirlər var

Сегодня, 18:00- “İmtahan sessiyasının tamamilə ləğv edilməsi tələbələrin təqaüd almasına maneə törədə bilər”

Сегодня, 17:00- “Cümə günü də məhdudiyyətlər tətbiq edilsin” - TƏKLİF

Сегодня, 16:00- Gəncədə vergi işçisindən ÖZBAŞINALIQ

Сегодня, 15:37- Prokuror və təhqiqatçılara əlavə səlahiyyət verildi – DETALLAR

Сегодня, 15:00- Ünvanlı sosial yardım: Hansı yeniliklər olacaq?

Сегодня, 14:00- Rusiyadan Ermənistana hədə: “Türkiyə ilə baş-başa qala bilərsiniz...”

Сегодня, 13:00- Azərbaycanlı "həkimlər" və onların dəhşətli koronavirus "arqumentləri"

Сегодня, 12:00- Balakəndə 2 tondan artıq çətənə kolu məhv edilib

Сегодня, 11:50- Azərbaycanda dərslərin nə vaxt başlayacağı açıqlandı - RƏSMİ

Сегодня, 11:36- Kamran Əliyev Nizami Qocayevin oğlunu vəzifəsindən azad etdi

Сегодня, 11:30- Xarici borcumuz böhranlı həddən iki dəfə azdır - ekspert danışır

Сегодня, 10:53- Qarabağ haqqında erməni filmi “Kann-2020”-nin siyahısına daxil edildi?..

Сегодня, 10:30- "Əli Nağıyev və Vilayət Eyvazov etimadı doğruldurlar" - deputat

Сегодня, 10:00- Fransa Rusiyanı "böyük yeddilik"də görmək istəmir

Вчера, 23:30- “Trampın “İncil”ə əl uzatması utancvericidir”

Вчера, 22:30- Özbaşınalıq və iqtisadi sabotaj - Elxan Məmmədov niyə əcnəbiləri bəsləyir?

Вчера, 21:00- "Qaçqınkom"un vəzifəli şəxsləri barədə cinayət işi başlandı

“Kontakt Home”də MTN izi

Tarix:23-05-2020, 12:37 Baxış Sayı:84

“Kontakt Home”də MTN izi Parlament seçkilərində hakim YAP tərəfindən namizədliyi dəstəklənən və deputat mandatı qazanan Elnur Allahverdiyevin qaranlıq keçmişi şübhəli siyasi bioqrafiyası yenidən KİV-in gündəmini zəbt edib. Hansı yollarla YAP siyahısına düşdüyünü dəqiq bilməsək də zamanında atası Marat Abdullayevin ümummilli lider Heydər Əliyevin qatı əleyhdarı olduğu, barəsində sərt çıxışlar etdiyi barəsində bilməyən yoxdur. Onun atası, Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədri müavin, daha sonra sədri, “Bərpaçı” mərkəzinin rəisi, mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri kimi vəzifələrdən işləmiş Marat Allahverdiyev bir zamanlar Heydər Əliyevə qarşı müxalif mövqeyi ilə tanınıb, hətta ümummilli lider barəsində kəskin ifadələr də işlədib. Lakin sonradan E.Allahverdiyev atasından fərqli olaraq qəflətən YAP-ın funksionerinə çevrilməyi bacarıb. Amma, necə deyərlər heç kim və heç nə unudulmur! Ümumiyyətlə E.Allahverdiyevin keçdiyi yollarda qaranlıq məqamlar kifayət qədərdir. Keçmiş “MTN çetesi” ilə olduqca sıcaq münasibətləri olan E.Allahverdiyev general Elçin Əliyevin himayəsində olub. Onların dostluğu isə hələ E.Əliyev MTN Səbail İdarəsində rəis işləyən vaxtdan yaranıb. Sonradan bu münasibətlər ortaqlığa qədər irəliləyib. E.Əliyev uzun müddət dostunun sahibi olduğu “Kontakt Home” mağazalar şəbəkəsinə “krışalıq” edib. Bu işbirliyi onların hər ikisinə külli miqdarda pul qazandırsa da sular bulanan vaxt zamanın nəbzini tutmağı yaxşı bacaran E.Allahverdiyev “MTN işi”ndən də sudan quru çıxmağı bacarır. Təkcə siyasi fəaliyyətində deyil, iş həyatında da E.Allahverdiyev cəmiyyətdə müsbət ampulada tanınmayıb. Xatırladaq ki, E.Allahverdiev “Azercell” üzərindən kontur kartı və nömrə satışından milyonlar qazanan 3 monopolist şirkətdən birinin – “ABC-Telekom” MMC-nin sahibidir.Eyni zamanda “Kontakt Home”nin adını çəkmək kifayətdir ki, deputatın biznes fəaliyyəti gözlər önündə canlansın. Media üzərindən qısa araşdırma aparsaq “Kontakt Home”nin adının hallandığı yüzlərlə qalmaqalın şahidi olarıq. “Kontakt Home” mağazalar şəbəkəsində bir sıra qanunsuzluqlara, özbaşınalıqlara, istehlakçıların hüquqlarını pozmağa yol verilir. “Kontakt Home” mağazalarında telefon alqı-satqısına dair “kredit” müqaviləsi alıcı ilə “ABC-Telekom” MMC arasında bağlanılır. Niyə məhz “ABC-Telekom” MMC? “Kontakt Home” mağazalar şəbəkəsi faizsiz reklam fırıldağı ilə vətəndaşları aldadaraq cəlb edir, ancaq əslində isə heç bir faizsiz kampaniyadan söhbət gedə bilməz. Əksinə, bütün mallara əlavə olaraq 15, 26, 31 faiz malın üzərinə əlavə olunur. Vətəndaşlar da yalançı reklama aldanaraq özləri də bilmədən bu şirkətin qurbanına çevrirlir. Göründüyü kimi istər siyasi,istərsə də biznes fəaliyyətində qaranlıq məqamlar üstünlük təşkil edən E.Allahverdiyev deputat mandatı qazanmaqla keçmişini pərdələmək istəyir. Amma tarixin gedişini dəyişmək mümkün deyil. Bir gün həqiqətlər dil açıb danışanda bir zamanlar “Azərnəşr”də olan söhbətlər, mübahisələr də xatırlanacaq.
Qarşı tərəfi də dinləməyə hazırıq.

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ