Anons

Сегодня, 01:25- Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin pandemiya dövründə məcburi köçkünlərin evlərindən mənimsədiyi milyonlar-Məcburi Köçkünlər Prezident İlham Əliyevdən imdad diləyir-VİDEOFAKT

Вчера, 22:39- Arif Qasımovun qovulmasının sirri açılır: "Qara Kassa" Ramin Əhmədov kimdir? - Fotolar

Вчера, 19:47- Vilayət Eyvazov generalı təqaüdə göndərdi

Вчера, 18:50- “Qaçqınkom”-da maxinasiya – Nazirlər Kabinetinin qərarı olmadan 3 “JEK” yaradılıb

Вчера, 17:13- “Səhvim oldu, prezident də çıxardı” - Arif Qasımov

Вчера, 16:45- Prezident İlham Əliyev Cahangir Əsgərovu təltif etdi

Вчера, 16:42- İcra başçısının işdən çıxarılmasına səbəb olan obyekt söküldü - Video

Вчера, 00:40- “Bandotdel”-in KTN əməliyyatı sırasında nazir müavinləri bir-birini bıçaqlayıb – NƏ BAŞ VERİR?

10-07-2020, 22:18- Biznesmen icra başçısı rayonun problemlərini niyə həll etmir? - Özünü toxunulmaz sayır?

10-07-2020, 22:13- Səfər Mehdiyevdən PA rəhbərinə şikayət olundu - Qanunsuz ƏDV tələb olunur...

10-07-2020, 21:59- Şəmkirdən KTN-ə qədər uzanan subsidiya maxinasiyası – İnam Kərimovun “sağ əli” həbs olunub?

10-07-2020, 18:08- Elman Rüstəmova vaxt verildi - 1 milyardı qaytarmalıdır

10-07-2020, 17:06- Bu gün 41 şəhər və rayonda qəbul imtahanları keçirilib — Yenilənib

10-07-2020, 16:46- Zibilxanaya çevrilən “Qum hamamı” təmizlənir - Fotolar

10-07-2020, 16:18- 190 manatın verilməsi başa çatdırıldı

10-07-2020, 15:59- Koronavirusla bağlı Çin və Kubadan ekspertlər gələcək

10-07-2020, 15:07- Bəxtiyar Hacıyev BNA-ya müraciət edtdi: “1-2 milyon da bizə ayırın, fifty-fifty də bölək”

10-07-2020, 14:10- Deputatın istirahət mərkəzi bələdiyyə büdcəsinə niyə vergi ödəmir? — RƏSMİ AÇIQLANDI

10-07-2020, 14:05- İcra başçısı Leyla Əliyevanın abadlaşdırdığı parkda özünə restoran tikdirir — FOTOLAR

10-07-2020, 08:00- Sərdar Cəlaloğludan Əli Kərimli və Cəmil Həsənli haqda sərt ittihamlar

Gəncədə vergi işçisindən ÖZBAŞINALIQ

Tarix:5-06-2020, 16:00 Baxış Sayı:82

Gəncədə vergi işçisindən ÖZBAŞINALIQ Gəncədə Ərazi Vergilər idarəsinin əməkdaşı”quş” məhsullarını öz monopoliyasına götürüb.

Bildiyimiz kimi, ölkə başçısı sahibkarlıq fəaliyyətinə müdaxilə edən, maneə törədən məmurların cəzalandırılacağını dəfələrlə açıq şəkildə bəyan edib.Buna baxmayaraq bölgələrdə hələ də xırda ranqlı məmurlar var ki,özünə yığışmayıblar,Heç kimdən qorxmadan, çəkinmədən sahibkarlıq subyektlərinə əngəllər yaradırlar.

Belə bir faktla bağlı Kanal32.az-a Gəncədə məskunlaşan Kəlbəcərli sahibkar Mürsəlov Ramin Əhməd oğlu şikayət edib. Onun sözlərinə görə, uzun illərdir quşçuluq təssərüffatında “ət və ət məhsulları”nın istehsalı ilə məşğuldur..Qərb bölgəsində ictimai iaşə obyektlərinə kəsilmiş toyuqlar verməklə ailə-uşağını dolandırmaq üçün çörəkpulu qazanır.

Sahibkar şikayət məktubunda qeyd edir ki, son günlər istehsal etdiyim məhsulları müştərilərimə verə bilmirəm.Çünki 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin rəisi Rüfət Famlet oğlu Alıyev tərəfindən təzyiq edilir ki,məhsulları Ramin Mürəslovdan yox, başqa adamdan almalısan.Məhz buna görə də heş kəs şikayətçidən quş əti məhsullarını almır.

Ramin Müsrəlov deyir ki, mən vergi ödəyicisiyəm və vaxtlı vaxtında üzərimə düşən vəzifələri yerinə yetirirəm. Ancaq bu qəbildən olan məmurlar bizlərə süni manelər yaratmaqla dövlətlə vətəndaş arasında uçurum yaradır.

Xatırladaq ki, ölkə başçısı İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən bu məsələnin üzərində xüsusi dayanmışdı. Prezident qeyd etmişdi ki, inkişaf etmiş ölkələrdə ümumdaxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayırlar: “Bizdə isə hələ ki, belə deyil. Biz də çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir şəxs bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər kəsilməlidir. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir”.

Sonda sahibkar mətubat vasitəsi ilə İqtisadiyyat naziri Mikayıl Cabbarovdan sahibkarlıq fəaliyyətinə mane olan Rüfət Alıyev barəsində qanuna müvafiq olaraq ölçü götürülməsini xahiş edir.

Redaksiya olaraq bildiririk ki, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ