Anons

Сегодня, 00:57- "Nərmin 4 aylıq hamilə olub, qətli buna görə törədiblər" - Sensasiya

Вчера, 19:14- İcra başçısı karantin qaydalarını pozdu — FOTOFAKT

Вчера, 19:05- Şəmkirdə başçının adamları qoçuluq edir? - Müraciət...

Вчера, 18:27- Sabunçunun icra başçısı operativ qərargahın qoyduğu qaydaları pozur - Video

Вчера, 18:03- “SOCAR yenidən qurulmalıdır” - Ekspertdən xəbərdarlıq...

Вчера, 17:36- Zakir Həsənov generalı vəzifəsindən azad etdi

Вчера, 17:30- Gədəbəy icra hakimiyyətində DOST MMC alveri və vəzifə təyinatları - FOTOFAKT

Вчера, 16:06- Azərbaycanda külli miqdarda rüşvət alan orkestrin bədii rəhbəri həbs edildi

Вчера, 14:33- Kamran Əliyev əmr imzaladı

Вчера, 13:12- "Görün, kim bizə yol göstərir?" - Sabiq konsul Ramiz Mehdiyev haqda..

Вчера, 13:00- “Dövlət strukturlarına Rusiyanın kəşfiyyat orqanlarına bağlı adamları Ramiz Mehdiyev yerləşdirib”

Вчера, 01:06- Kürdəmirin icra başçısı ilə bağlı ilginc iddialar... - İmkanı olsa, istefa verib, qaçar...

7-07-2020, 23:29- “Optimal Electronics”köhnə telefonları təzə adına müştərilərə “sırıyır” - GİLEY

7-07-2020, 10:30- Şəmkirdə Alimpaşa “oyunbazlığı”: Bir yerin iki “adaxlısı” var - NARAZILIQ...

7-07-2020, 09:30- Əli Həsənov başına topladığı "media kapitanları" ilə özünə böyük imperiya yaratmışdı

7-07-2020, 01:09- Səfər Mehdiyevin bağçılıq müəssisəsində QUL İZTİRABI – 1 nəfər ölüb, xeyli “kolxozçu” yaralanıb

7-07-2020, 00:54- “Qaçqınkom” evi olanlara mənzil paylayır, evsizlər kənarda qalır” - “BU EV MƏNƏ TİKİLİB, YERLİ SAKİNƏ DEYİL”

6-07-2020, 23:05- Əhəd Abıyev koronavirusa yoluxub? — AÇIQLAMA

6-07-2020, 22:55- DTX-nın həbs etdiyi Səlim Əlizadənin qardaşı bu vəzifəli şəxsdir - FOTO

6-07-2020, 20:24- İcra başçısının “tender əməliyyatları”: Yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”

Mərkəzi Bank göstəriş verdi: Azərbaycanda dollar alanlara nəzarət gücləndirildi

Tarix:21-06-2020, 21:04 Baxış Sayı:406

Mərkəzi Bank göstəriş verdi: Azərbaycanda dollar alanlara nəzarət gücləndirildi Azərbaycanda xarici valyuta alanlara nəzarət bir qədər də gücləndirilib...
Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarına ünvanladığı təlimatda valyuta dəyişmə əməliyyatları zamanı xarici valyuta alan müştərilərdən daha detallı məlumatların alınması nəzərdə tutulur.
Artıq müştərilər baza məlumatları - ad-soyadla yanaşı, vəsaitin mənbəyi və alınan xarici valyutanın təyinatını da (yəni hansı məqsədlə alındığı və necə sərf ediləcəyi) göstərməlidirlər.
Alınan valyutanın həcmi 500 dolları keçdikdə müştərilər xüsusi blankı doldurmalıdırlar.
Burada ad-soyad, ata adı ilə yanaşı, telefon nömrəsi, konvertasiya olunan vəsaitin mənbəyi və konvertasiya olanacaq vəsaitin istiqaməti (necə istifadə olunacağı) qeyd edilir.
Başqa sözlə, dollar almaq üçün manatın mənbəyini, eləcə də alınan dolların (və ya başqa xarici valyutanın) necə sərf ediləcəyini göstərmək tələb olunur.
Alınan valyutanın məbləği 20 min manatı keçdikdə isə müştəri Maliyyyə Monitorinq Xidmətinin (MMX) nəzarət dairəsinə düşür.
Artıq bu halda müştəri təqdim etdiyi məlumatları sənədlərlə də təsdiqləməlidir. Bunun üçün valyuta dəyişmə əməliyyatı zamanı bəzi sənədləri təqdim etmək lazımdır.
Bütün bu məlumatlar Mərkəzi Bankdakı ümumi portala toplanılır və təhlil edilir.
Əgər müştəri alqı-satqı edibsə, yəni dollara çevirmək istədiyi manat məbləğini alqı-satqı nəticəsində əldə edibsə (məsələn, ev və ya digər əmlak satıbsa), notariusun təsdiqlədiyi alqı-satqı müqaviləsini təqdim etməlidir. Həmin müştəri müqavilədə göstərilən həcmdə vəsait dəyişə bilər. Məsələn, 40 min manatlıq alqı-satqı edilibsə, o qədər dollar almaq olar və sair.
Əgər vəsaitin mənbəyi kimi əmək haqqı göstərilirsə, son bir ilin əmək haqqı barədə möhürlü arayış tələb olunur.
Banklardan FED.az-a bildirilib ki, təqdim edilən məlumatlar toplanaraq yoxlanılır.
Əgər məlum olsa ki, müştəri bir gün ərzində bir neçə yerdən xarici valyuta alıb və bu məbləğ limiti keçir, məlumatlar araşdırılır, həmin şəxslə əlaqə saxlanılır və vəsaitin mənbəyi soruşulur.
Əgər müştəri vəsaitin mənbəyini sənədlərlə izah edə bilmirsə, şəxsin gəlirləri araşdırılır və həmin məbləğdən vergi hesablanıb tutulur.
Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, belə hallarda həmin şəxslər vergi qeydiyyatına alınır, onlara VÖEN hesabı açılır. Mənbəyi göstərilə bilməyən vəsait isə qeyri-sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilən vəsait hesab edilir və həmin məbləğ Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14%-lə vergiyə cəlb edilir.

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ