Anons

Bu gün, 10:30- Kataloniyada kütləvi tətillər başladı - Yollar, aeroportlar, mağazalar bağlandı

Bu gün, 10:00- Nazir Azad Rəhimov vətəndaşlarla görüşdü

Bu gün, 09:00- Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb

Bu gün, 08:30- Vilayət Eyvazov bu dəfə Rəşadət Babayevi işdən çıxardı

Dünən, 18:30- Bakıda yağış gözlənilir - HAVA PROQNOZU

Dünən, 18:00- Vahid məktəbli forması ilə bağlı bir neçə nümunənin təsdiqi gözlənilir - Nazir

Dünən, 18:00- Ölkə əhalisi ticarət mərkəzlərində 27,6 milyard manat xərcləyib - Daha çox nəyə?

Dünən, 17:00- Mobil telefon uşaqların diqqətini və yaddaşını zəiflədir

Dünən, 17:00- İki baş inəyə görə iki nəfər saxlanıldı

Dünən, 16:30- Türkiyəli nazir Azərbaycanı təbrik etdi

Dünən, 16:30- ABŞ və Türkiyə razılığa gəldi: atəşkəs elan ediləcək

Dünən, 16:30- Qanvermə hansı xəstəliklərə müsbət təsir edir?– Qan verməyin şərtləri,əks-göstərişi

Dünən, 16:00- Azərbaycana səfər edən çinli turistlərin sayı 64 faiz artıb

Dünən, 16:00- “İstədiklərimizi aldıq” - Çavuşoğlu detalları açıqladı

Dünən, 15:30- İsmayıllıda müstəqilliyimizin bərpasının 28-ci ildönümü qeyd edildi

Dünən, 15:30- Ərdoğan sərt və güclü bir liderdir

Dünən, 15:30- Uşaq hüquqları aylığına start verilir

Dünən, 15:00- "Ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmlərinin hazırlanması üzərində iş aparılır"

Dünən, 15:00- "Ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmlərinin hazırlanması üzərində iş aparılır"

Dünən, 14:30- Penisyalar artırılacaq, 11 min vətəndaş işlə təmin olunacaq - Nazir

Ekspert: “İpək Yolu İqtisadi Kəməri” layihəsi Azərbaycanla Çin arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdi"

Tarix:8-10-2019, 14:00 Baxış Sayı:10 096

Ekspert: “İpək Yolu İqtisadi Kəməri” layihəsi Azərbaycanla Çin arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdi" Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə dövlət səfəri çərçivəsində imzalanmış "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqi üzrə Azərbaycan və Çin hökumətləri arasında anlaşma memorandumu və bir sıra digər əməkdaşlıq sənədləri iki ölkə arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə böyük töhfə verdi.
Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Azərbaycan-Çin münasibətlərinin hazırkı vəziyyətini şərh edərkən deyib.
Onun sözlərinə görə, bu gün "Bir kəmər, bir yol" təşəbbüsü Çinlə Azərbaycanın münasibətlərində xüsusi yer tutur və bütün dünyanın diqqətini cəlb edir:
"Bir kəmər, bir yol" təşəbbüsü fasiləsiz ticarət, yüklərin sərbəst hərəkəti kimi sahələri əhatə etməklə yanaşı, eyni zamanda tərəflərin münasibətlərində strateji əhəmiyyət kəsb edir, daha açıq, inklüziv və qarşılıqlı səmərəli inkişaf istiqamətində iqtisadi qloballaşmaya xidmət edir, eləcə də beynəlxalq münasibətlərin yeni modelinin qurulması üçün möhkəm özül rolunu oynayır. Ona görə də Azərbaycanın və Çinin bu layihədə iştirakı ikitərəfli əməkdaşlıqda vacib amildir".
O qeyd edib ki, Azərbaycanın Avropa və Asiya arasında vacib nəqliyyat mərkəzi qismində coğrafi üstünlüyü ölkəmiz üçün regionda yeni nəqliyyat imkanları yaradır:
"Xüsusilə, Bakı-Tbilisi-Qars dəmir yolu ilə konteyner yükdaşımaları Çin və Azərbaycan müəssisələrinin beynəlxalq nəqliyyat və logistika sahələrində fəal əməkdaşlığına kömək edir".
Ekspert xatırladıb ki, 2017-ci ilin fevralında Azərbaycan hökuməti Pekində Bakı-Tbilisi-Qars dəmir yolunun və Trans-Xəzər nəqliyyat dəhlizinin təqdimatını keçirib.
E.Məmmədovun fikrincə, iki ölkə arasında bir çox sahələrdə, o cümlədən turizm sahəsində əməkdaşlıq üçün böyük imkanlar mövcuddur:
"Çin hökuməti ilə Azərbaycan hökuməti arasında çinli turistlərin Azərbaycana qrup səfərlərinin sadələşdirilməsi barədə anlaşma memorandumu" birmənalı olaraq əməkdaşlığın genişlənməsinə yönəlib və biz bu gün artıq Azərbaycana turist axınının göstəriciləri üzrə müsbət inkişaf dinamikasını müşahidə edirik".скачать dle 12.1

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ