Anons

Elmə ayrılan xərclər əsaslı şəkildə artırılacaq - Nazirlik

Tarix:21-10-2019, 18:00 Baxış Sayı:6 872

Elmə ayrılan xərclər əsaslı şəkildə artırılacaq - Nazirlik 2020-ci ildə elm xərclərinə 193,7 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
gundelik-Baku.com xəbər verir ki, bu barədə məlumat Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində qeyd edilib.
Layihəyə görə, bu vəsait 2019-cu illə müqayisədə 57,4 milyon manat və ya 42,1 faiz çoxdur.
2020-ci ildə elm xərcləri üzrə proqram və tədbirlərin həyata keçirilməsi üçün 12,3 milyon manat vəsait nəzərdə tutulub. Həmin vəsait fundamental elmi tədqiqatlarla məşğul olan təşkilatların idarə edilməsi, dövlət və qeyri-dövlət elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən fundamental tədqiqatlara yardım üzrə xərclərin maliyyələşdirilməsi üçün yönəldiləcək.скачать dle 12.1

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ