Anons

Сегодня, 16:00- "Söyüş söyənlərin başında Əli Kərimli dayanır"

Сегодня, 15:00- İrandan gələn iş adamı gömrükdə “ilişdi”

Сегодня, 14:00- “Evdə qal”ıb döyülənlər: Sığınacağa nə qədər qadın aparılıb?

Сегодня, 13:11- Komitənin qarşısından ucalan qarğışlar

Сегодня, 13:00- Dünya təcriddən çıxır: Ölkələr sərhədlərini açır - Azərbaycan 15 iyunadək gözləyəcək?

Сегодня, 12:30- Vüqar Səfərli ayrılan pulları necə yeyibsə...

Сегодня, 12:00- "Bu il dünyada neftə tələbat 9-15% azala bilər"

Сегодня, 11:27- Bakıda məhkəmə sədrinin evi yanır-VİDEO

Сегодня, 11:00- Əli Kərimlinin qəzəbinin pərdəarxası…

Сегодня, 10:30- "Kənd təsərrüfatında gənc kadrlar yetişməlidir" - deputat

Сегодня, 10:00- İtaliyada idman zalları, fitnes klubları və hovuzlar açıldı

Сегодня, 09:00- Azərbaycanda kişinin təmirə pulu olmadı, qonşuların evlərini soydu

Вчера, 23:00- Avropadan Bakıya müharibə üçün “yaşıl işıq”

Вчера, 21:00- Koronavirusa yoluxan idmançı 23 kilo ARIQLADI - FOTO

Вчера, 20:00- 17 kiloqramdan çox narkotiki onlayn yolla satmaq istədilər

Вчера, 19:00- Gömrük rəisinin müavini milyonluq obyekti hansı vəsaitlə tikir? - FOTO

Вчера, 18:00- “Yuventus” argentinalı ulduzunun satış qiymətini açıqladı

Вчера, 17:00- Önümüzdəki 10 il işğal ərazilərinin ermənilərlə məskunlaşma illəri olacaq

Вчера, 16:00- “İcra başçıları var ki, məmnuniyyətlə vəzifəsindən gedərdi”

Вчера, 15:16- "Amalya Pənahovanı teatrdan incik saldılar"

Rusiyada məşhurlaşan azərbaycanlı aktyor: “Evdə də yarıçılpaq gəzirəm”

Tarix:11-05-2020, 18:30 Baxış Sayı:36

Rusiyada məşhurlaşan azərbaycanlı aktyor: “Evdə də yarıçılpaq gəzirəm” Rusiyada yaşayan, aktyorluq və modellik fəaliyyətini uğurla davam etdirən əslən azərbaycanlı Anar Xəlilovun Oxu.Az-a müsahibəsi:
 - Karantin günlərini necə keçirirsiniz?
- Hamı kimi mən də çalışıram karantini evdə keçirim. Amma buna rəğmən vaxtaşırı küçəyə çıxıb gəzirəm. Dostlarımla görüşləri azaltmışam.
- “Instagram” hesabınızın hekayə bölümündə paylaşdığınız görüntülərdə nə maskadan, nə də əlcəkdən istifadə etmədiyiniz aydın görünür. Yoxsa siz də bəzi insanlar kimi koronavirusun mövcudluğuna inanmırsınız?
- Hesab edirəm ki, maska ilə əlcək insanı bu virusdan qorumur. Məhz bu səbəbdən onlardan istifadə etmirəm. Küçəyə çıxanda əlimi üzümə vurmuram və saatlarla əlcəkdə gəzmək dəri üçün zərərlidir. Əllərimi yaxşıca sabunla yuyub, dezinfeksiyaedici məhlulla silirəm. Maskaya gəldikdə isə hər 20 dəqiqədən sonra onu dəyişmək tələb olunur. Bir maskanı taxıb saatlarla gəzmək doğru deyil.
- Hazırda yaşadığınız Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusla bağlı vəziyyət necədir? İnsanlar dövlətin tətbiq etdiyi karantin rejiminə əməl edirlər?
- Hər yerdə olduğu kimi əksər insanlar karantini evdə keçirirlər. Karantin rejiminə rəğmən yalnız dövlət və strateji əhəmiyyətli müəssisələrdə çalışan şəxslər işə gedirlər. Moskvada metropoliten xüsusi gücləndirilmiş iş rejimində çalışır. İctimai nəqliyyat sistemi fəaliyyətini davam etdirir. Fikrimcə, karantində nəqliyyat sisteminin çalışması doğru deyil. Çünki ara məsafəsi gözlənilmir, insanların çoxu qoruyucu vasitələrdən istifadə etmirlər. Belə olan təqdirdə yoluxma riski birə beş artır.

- Az öncə söylədiniz ki, küçəyə çıxırsınız. İctimai nəqliyyatdan istifadə edirsiniz?
- Çalışıram ki, ictimai nəqliyyatdan istifadə etməyim. Karantində bir-iki dəfə metroya minmişəm. Moskvada az sayda insan metrodan istifadə edir.
- Hazırda ailənizlə birlikdə, yoxsa tək yaşayırsınız?
- Hazırda qız dostumla birlikdə yaşayıram. Düşünürəm ki, bu çətin zamanda atam-anamla birlikdə qalmağım doğru olmazdı. Onları riskə ata bilmərəm. Çünki bilmədən koronavirusa yoluxsam, çox asanlıqla onların da həyatlarını təhlükəyə ata bilərəm. Məhz bu səbəbdən valideynlərimlə ayrı qalmağım həm özüm, həm də onlar üçün daha yaxşıdır.
- Karantin bitəndən sonra nə etməyi düşünürsünüz?
- Hazırda bütün çəkilişlərim təxirə salınıb. Karantin bitdikdən sonra yenidən işlərimin dönəcəyəm. Çəkilişlərimi yekunlaşdırandan sonra isti ölkələrin birinə səfər etməyi düşünürəm. Bu, Yunanıstan olacaq. Moskva çox soyuqdur, günəşə və istiyə ehtiyacım var.
- Bakıda da hava artıq isinib. Bura gəlməyi düşünürsünüz?
- Keçən il sentyabr ayının əvvəlində Bakıda keçirilən “Salam” adlı uşaq festivalında iştirak etdim. Bakı gözəl, müasir və hər zaman olduğu kimi küləkli şəhərdir. Turistik binaları isə adamı heyrətləndirir. Bakıya aşiq olmamaq mümkün deyil. Bakı təəssüratlarım turistlərinki kimi deyil. Axı mən bakılıyam. Bakıda olmağı çox sevirəm. Əgər hansısa festivala dəvət alsam, Bakıya məmnuniyyətlə gələrəm. Açığı deyim ki, Xəzər dənizi məni cəlb etmir. İspaniya, İtaliya sahillərini daha çox sevirəm. Ora məni özünə maqnit kimi çəkir.
Ermənistanla müharibə başlandığı zaman ailəmizlə Bakını tərk edib Moskvaya köçdük. O zaman mən çox balaca idim.
- Bakıda qohumlarınız, dostlarınız var?
- Bakıda nə qohumlarım, nə də ki dostlarım var. İncəsənət sahəsində, xüsusən film və model sahəsində çalışan həmkarlarım kifayət qədərdir. Onlarla da yalnız sosial şəbəkə vasitəsilə əlaqə saxlayıram.
- Azərbaycan mahnılarını dinləyirsiniz?
- Xeyr, nə Azərbaycan, nə də ki Rusiya musiqilərini dinləmirəm. Yalnız xarici mahnılara qulaq asıram. Daha çox ispan ifaçılarını və onların musiqilərini bəyənirəm.
- Azərbaycan müğənnilərindən kimi tanıyırsınız?
- Rusiyada hamı Azərbaycanın Xalq artisti Emin Ağalarovu tanıyır. Mənim onunla şəxsi və yaxın tanışlığım yoxdur. Həm də o işini şou-biznesdə qurub. Mən isə film sənayesində... Buna görə, biz heç üz-üzə gəlmirik. Onu da deyim ki, vokal dərsləri alıram. Aktyor hərtərəfli istedadlı olmalıdır. Bu sahədə nə qədər bacarıqlı və istedadlı olsan, bir o qədər üzünə çoxlu qapı açıq olacaq. Bilmək olmaz, bəlkə mən də nə zamansa ifaçı olmaq qərarına gəldim.

- Azərbaycan mətbəxinin hansı təamı üçün darıxırsınız?
- Azərbaycan mətbəxi həyat tərzimə uyğun deyil. Çünki mən vegeterianam. Bakıda olanda İçərişəhərdə bir restoranda ətdən hazırlanan nəfis yeməyin dadına baxdım. Çox dadlı və ləzzətli idi. Amma indi Azərbaycan mətbəxindən çox uzağam. Ət yeməklərindən sonra özümü halsız və gücsüz hiss edirəm. Enerji almaqdansa, itirirəm.
Baxmayaraq ki, bütün dünyada idmançılar formada qalmaq üçün ətli yeməkləri qida rasionuna salmamağı məsləhət görürlər. Məndə bu proses əksinədir. İşimlə əlaqədar hər zaman enerjili və formada olmalıyam. Məhz buna görə daha çox meyvə və tərəvəz məhsulları ilə qidalanıram. Səhərlər müxtəlif buğda növlərindən hazırlanan sıyıqlar yeyirəm. Formada qalmaq üçün isə idman zalına getmirəm. Evimdə idman hərəkətləri etməyim yetərlidir ki, formada qalım.
- Bir çox serial və filmlərə çəkilirsiniz. Onların verdiyi qonorar sizi qane edir?
- Serial çəkilişləri həm yorucudur, həm də həddindən artıq çox zaman alır. Bu səbəbdən film təkliflərini serialdan daha üstün tuturam. Teatrı da çox sevirəm. Teatr ofis işinə bərabərdir. Səhər tezdən axşama kimi orada olmalısan. Teatr aktyorlarının aldığı məvacib də yüksək deyil. Film çəkilişlərində isə azadlıq var. Sənin üçün yazılan səhnələrdə çəkildin, pulunu aldın, dincələ bilirsən. Yəni, sən azad olursan. Başqa bir filmə də çəkilə bilərsən. Azadlığı hər şeydən üstün tuturam. Tezliklə “Ailələr arasında düşmənçilik” serialının ikinci mövsümünün çəkilişlərinə başlayacağıq. Bu serial Rusiyanın “TNT” kanalında yayımlanacaq. Əsas qəhrəmanlardan birini canlandıracağam.
Film çəkilişlərindən kifayət qədər qonorar alıram. Amma elə də olur ki, iki-üç ay dalbadal filmə çəkilirəm və birdən ümumiyyətlə, film çəkilişləri olmur. Heç proqnoz edə bilmirsən ki, yenidən səni çağıracaqlar, ya yox? Çəkilişlər olmayanda, pul da olmur. Seriallarda az çəkilirəm. Ümumiyyətlə, aktyorların əksəriyyəti bədii filmlərdə çəkilməyi seriallardan üstün tuturlar. Amma bir məsələ var ki, elə möhtəşəm film və obraz canlandırmamışam ki, bütün Rusiyaya səs salım.
Belə deyim ki, aktyorlar qazanc üçün seriala, sevgi üçün filmə çəkilirlər. Filmlərdən aldığım qonorara yaşamaq mümkündür. Amma teatrda çalışan aktyorlar üçün aldıqları məvaciblə yaşamaq çox çətindir. Ac-yalavac gəzirsən. Filmlərə stabil çəkilən dostlarımın pula ehtiyacı yoxdur.
- “Instagram”da kifayət qədər aktivsiniz. Açıq-saçıq fotosessiyalarınız bir-birini əvəzləyir. Çəkdiyiniz videolarda da yarıçılpaqsınız. Soyunmaqda məqsəd nədir?

- Etiraf edim ki, indi də mən yarıçılpağam. Köynəkdə, “mayka”da gəzməyi sevmirəm. Mənə yarıçılpaq olmaq daha rahatdır. “Instagram”ın hekayə bölümünə qoyduğum videoların əksəriyyətini evdə olan zaman çəkmişəm. Evdə də yarıçılpaq gəzirəm. İzləyicilərimlə səmimi olmağa çalışıram. Həm də sosial şəbəkədəki kontentim “seksualdır”, “açıq-saçıqdır”. Videolarımın əksəriyyətində yumora daha çox üstünlük verirəm. İnsanlara pozitivlik ötürmək istəyirəm. Professional fotoqrafların məni yarıçılpaq halda lentə almaqlarına gəlincə, düşünürəm ki, kifayət qədər uğurludur.
- Porno və ya erotik filmlərdə çəkilmək təklifi gəlsə, razılaşarsınız?
- Əlbəttə ki, yox. Mənim üçün heç maraqlı da deyil. Əgər Almodovar və ya Tarantino kimi bir rejissordan bədii filmdə tamamilə çılpaq bir səhnəni canlandırmaq təklifi gəlsə, böyük məmnuniyyətlə razılıq verərəm. Yaxşı ssenari və güclü rejissor işi olan bədii filmdə seks səhnələrinə çəkilərəm. Mənə bu sualı çox verirlər. Amma mən gülüb keçirəm. Təbii ki, aktyor hər bir səhnəyə hazır olmalıdır. Amma sərhədləri aşmaq olmaz.
- Söylədiniz ki, sosial media hesabınızdakı izləyiciləriniz və kontentiniz “seksual” və “açıq-saçıq”dır. Belə olan təqdirdə izləyiciləriniz sizə intim təkliflər yollayanda reaksiyanız necə olur?
- Sosial şəbəkə istifadəçilərinin heç biri mənə açıq şəkildə seks təklif etmirlər. Sadəcə, ona yönəlmiş sms-lər yazırlar. Onlarla görüşməyimi istəyirlər. Gizli görüşlər istəyirlər. Heç demirlər ki, yazan kişidir, yoxsa qadın. Bağlı və şəkilsiz hesablardan yazırlar. İzləyicilərimin 90 faizindən çoxu qadınlardır. İnanmıram ki, mənə seks təklifləri edənlər geylərdir. Amma mən bu sms-lərə gülüb keçirəm.
Pul müqabilində bədəni satmaq məni maraqlandırmır. Əgər kimsə mənim xoşuma gəlirsə və görüşmək istəyirəmsə, özüm buna addım atıram. Həmin insanla danışıb, tanış oluram. Məni heç kim pulla nə sata, nə də ki ala bilər. Mən maddi tərəfi sevən və buna can atan insan deyiləm. Helikopter, təyyarə, çoxmərtəbəli binalar, villalar həqiqətən maraqlı deyil. Yəqin bu, ailəmdən aldığım tərbiyədən irəli gəlir.
- Yaxın beş il ərzində evlənib, ailə sahibi olmaq haqqında düşünürsünüz?
- Sevgi, məhəbbət və eşq üçün yaranmış bir insan deyiləm. Yalnız filmdə aşiq olan bir şəxsi canlandıra bilərəm. Daha çox filmlərdə məhəbbət rollarını ifa etmək təkliflərini alıram. Real həyatda isə mən yalnız və yalqızam.



ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ