Anons

Сегодня, 17:32- Spiker və müavinlərinin rəsmi maaşı ilə bağlı AÇIQLAMA

Сегодня, 17:00- Azərbaycanda it itə yedizdirilib

Сегодня, 16:00- "Söyüş söyənlərin başında Əli Kərimli dayanır"

Сегодня, 15:00- İrandan gələn iş adamı gömrükdə “ilişdi”

Сегодня, 14:00- “Evdə qal”ıb döyülənlər: Sığınacağa nə qədər qadın aparılıb?

Сегодня, 13:11- Komitənin qarşısından ucalan qarğışlar

Сегодня, 13:00- Dünya təcriddən çıxır: Ölkələr sərhədlərini açır - Azərbaycan 15 iyunadək gözləyəcək?

Сегодня, 12:30- Vüqar Səfərli ayrılan pulları necə yeyibsə...

Сегодня, 12:00- "Bu il dünyada neftə tələbat 9-15% azala bilər"

Сегодня, 11:27- Bakıda məhkəmə sədrinin evi yanır-VİDEO

Сегодня, 11:00- Əli Kərimlinin qəzəbinin pərdəarxası…

Сегодня, 10:30- "Kənd təsərrüfatında gənc kadrlar yetişməlidir" - deputat

Сегодня, 10:00- İtaliyada idman zalları, fitnes klubları və hovuzlar açıldı

Сегодня, 09:00- Azərbaycanda kişinin təmirə pulu olmadı, qonşuların evlərini soydu

Вчера, 23:00- Avropadan Bakıya müharibə üçün “yaşıl işıq”

Вчера, 21:00- Koronavirusa yoluxan idmançı 23 kilo ARIQLADI - FOTO

Вчера, 20:00- 17 kiloqramdan çox narkotiki onlayn yolla satmaq istədilər

Вчера, 19:00- Gömrük rəisinin müavini milyonluq obyekti hansı vəsaitlə tikir? - FOTO

Вчера, 18:00- “Yuventus” argentinalı ulduzunun satış qiymətini açıqladı

Вчера, 17:00- Önümüzdəki 10 il işğal ərazilərinin ermənilərlə məskunlaşma illəri olacaq

Əməkdar artist qəzəbləndi: “Bu addımlarına görə o qədər döyərəm ki…”

Tarix:15-05-2020, 23:00 Baxış Sayı:39

Əməkdar artist qəzəbləndi: “Bu addımlarına görə o qədər döyərəm ki…” “Gənc qızların gözəlləşmək üçün bıçaq altına uzanmalarını qəbul etmirəm. Buna çox pis baxıram və əleyhinəyəm. Onları bu addımlarına görə, o qədər döyərəm ki…”
Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində Əməkdar artist Nüşabə Ələsgərli deyib.

Gənc xanımların plastik və estetik cərrahiyyə əməliyyatı “sevdaları” bəzən uğurlu, bəzən də ağır fəsadlarla, ölümlə nəticələnə bilər. Belə ki, bir neçə gün öncə 24 yaşlı Turanə Musazadə keçirdiyi omba əməliyyatı zamanı dünyasını dəyişib.
Gözəlləşmək üçün ən təhlükəli yolu seçən gənc xanımları Əməkdar artist tənqid edib:
“Hamınız əməliyyat olunmaq üçün sıraya düzülmüsünüz. Cavanlıq özü bir gözəllikdir. Gəncsiniz, gözəlsiniz, bu addımı atmağa ehtiyac yoxdur. Əgər ehtiyac yaranarsa, anadangəlmə qüsur olarsa, o zaman əməliyyata getmək olar. Mən bu qızları başa düşmürəm, düşmək də istəmirəm.
Mənim yaşımda olan xanımlar plastik əməliyyat oluna bilər. Üzdəki qırışları, göz kənarındakı artıq ətləri aradan qaldırmaq yaşlı xanım üçün normal haldır”.

Blefaroplastika əməliyyatı keçirən N.Ələsgərli inyeksiyalardan qorxduğunu və bu cür estetik prosedurlara müraciət etmədiyini bildirib:
“Plastik əməliyyatı yalnız üzümdə etdirə bilərəm. Bir neçə il öncə blefaroplastika əməliyyatı keçirmişəm. Piy aldırma əməliyyatı o qədər ağırdır ki, çox qorxuram. Ağrıya dözümsüz insanam. Adicə üzə vurulan inyeksiyalara dözümüm yoxdur. Ona görə belə prosedurlara getmirəm. İnsanlar ağızlarını bağlasalar, arıqlaya bilərlər. Heç əməliyyata da ehtiyac qalmaz. Buna sübut elə özüməm. Kifayət qədər arıqlamışam”.

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ