Anons

Сегодня, 00:57- "Nərmin 4 aylıq hamilə olub, qətli buna görə törədiblər" - Sensasiya

Вчера, 19:14- İcra başçısı karantin qaydalarını pozdu — FOTOFAKT

Вчера, 19:05- Şəmkirdə başçının adamları qoçuluq edir? - Müraciət...

Вчера, 18:27- Sabunçunun icra başçısı operativ qərargahın qoyduğu qaydaları pozur - Video

Вчера, 18:03- “SOCAR yenidən qurulmalıdır” - Ekspertdən xəbərdarlıq...

Вчера, 17:36- Zakir Həsənov generalı vəzifəsindən azad etdi

Вчера, 17:30- Gədəbəy icra hakimiyyətində DOST MMC alveri və vəzifə təyinatları - FOTOFAKT

Вчера, 16:06- Azərbaycanda külli miqdarda rüşvət alan orkestrin bədii rəhbəri həbs edildi

Вчера, 14:33- Kamran Əliyev əmr imzaladı

Вчера, 13:12- "Görün, kim bizə yol göstərir?" - Sabiq konsul Ramiz Mehdiyev haqda..

Вчера, 13:00- “Dövlət strukturlarına Rusiyanın kəşfiyyat orqanlarına bağlı adamları Ramiz Mehdiyev yerləşdirib”

Вчера, 01:06- Kürdəmirin icra başçısı ilə bağlı ilginc iddialar... - İmkanı olsa, istefa verib, qaçar...

7-07-2020, 23:29- “Optimal Electronics”köhnə telefonları təzə adına müştərilərə “sırıyır” - GİLEY

7-07-2020, 10:30- Şəmkirdə Alimpaşa “oyunbazlığı”: Bir yerin iki “adaxlısı” var - NARAZILIQ...

7-07-2020, 09:30- Əli Həsənov başına topladığı "media kapitanları" ilə özünə böyük imperiya yaratmışdı

7-07-2020, 01:09- Səfər Mehdiyevin bağçılıq müəssisəsində QUL İZTİRABI – 1 nəfər ölüb, xeyli “kolxozçu” yaralanıb

7-07-2020, 00:54- “Qaçqınkom” evi olanlara mənzil paylayır, evsizlər kənarda qalır” - “BU EV MƏNƏ TİKİLİB, YERLİ SAKİNƏ DEYİL”

6-07-2020, 23:05- Əhəd Abıyev koronavirusa yoluxub? — AÇIQLAMA

6-07-2020, 22:55- DTX-nın həbs etdiyi Səlim Əlizadənin qardaşı bu vəzifəli şəxsdir - FOTO

6-07-2020, 20:24- İcra başçısının “tender əməliyyatları”: Yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”

Yunanıstan mətbuatı Azərbaycan aktrisasından yazıb

Tarix:20-06-2020, 10:00 Baxış Sayı:45

Yunanıstan mətbuatı Azərbaycan aktrisasından yazıb Yunanıstanın aparıcı mətbu orqanları "Ta Nea" və "Ethnos" qəzetlərində Azərbaycan səhnəsinin tanınmış teatr və kino aktrisası pont yunan məşəlli Pamfiliya Tanailidinin həyat və yaradıcılığından bəhs edən məqalə dərc edib.
Məqalədə aktrisanın 1891-ci ildə İrəvan xanlığının Zəngəzur mahalının Başkənd kəndində doğulduğu və bu ərazinin əvvəllər, Azərbaycan xanlıqları - Qarabağ, Naxçıvan və İrəvanın ərazilərini təşkil etdiyi bildirilir. Doğulduğu torpağa sıx tellərlə bağlı olan aktrisa hər fürsətdə istirahət günlərini keçirdiyi Zəngəzur mahallında ilk teatr yaratmaq arzusunda olub. Lakin qeyd olunur ki, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Stalin tərəfindən Zəngəzurun Ermənistana verilməsi nəticəsində Tanailidi bir daha bu mahala qayıtmayıb.
Yazıda göstərilir ki, erkən yaşlarından incəsənətə, xüsusən teatr sənətinə həvəs göstərən aktrisa Tbilisidə Azərbaycan dram truppasının hazırladığı müxtəlif tamaşalarda Sürəyya Zəngəzurlu təxəllüsü ilə çıxışlar edib. 1924-cü ildə Bakı şəhərinə köçdükdən sonra öz yaradıcılığını Azərbaycan Dövlət Dram Teatrında davam etdirən Tanailidi qısa müddət ərzində tamaşaçıların rəğbətini qazana bilib. Eyni zamanda, böyük səhnə ustası olan aktrisa teatr truppasının tərkibində qonşu ölkələrə qastrol səfərlərində ölkəmizin teatr mədəniyyətini yüksək səviyyədə təmsil edib.
1937-ci ildə tüğyan edən repressiyanın qurbanı olan Tanailidi saxta casusluq ittiham ilə həbs edilib. Məhkəmənin hökmü ilə 1938-ci ildə güllələnən aktrisaya yalnız 1957-ci ildə Stalinin ölümündən sonra bəraət verilib.
Məqalədə Azərbaycanda tarixən mövcud olan zəngin multikultural, tolerantlıq və dini dözümlülük mühitində yaşayıb-yaradan aktrisanın xatirəsinin unudulmadığı qeyd olunub.
Qeyd edək ki, zəngin yaradıcılığı dövründə Pamfiliya Tanailidi Kəblə Fatma ("Ölülər"), Emiliya ("Otello"), Şamama cadu ("Pəri cadu"), Tükəz ("Hacı Qara"), Köylü qadın ("Topal Teymur"), Marqo ("Knyaz"), Tamara ("Oqtay Eloğlu"), Böyükxanım ("Aydın") və bir sıra obrazlar yaratmış, iki bədii filmdə ("İsmət" və "Almaz") çəkilib.

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ