Anons

Nazir xanımı ilə birgə konsertdə - Fotolar

Tarix:9-11-2019, 15:00 Baxış Sayı:10 009

Nazir xanımı ilə birgə konsertdə - Fotolar Noyabrın 8-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq artisti Yalçın Adıgözəlovun 60 illiyinə həsr olunmuş konsert keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, konsertdə Yalçın Adıgözəlovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.

Konsertdən əvvəl çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, Yalçın Adıgözəlovun yaradıcılığına nəzər salmaq olduqca xoşdur. O, dirijoru yubileyi münasibətilə təbrik edib və Azərbaycan Prezidenti İlham Əliyevin Yalçın Adıgözəlovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncamını oxuyub. Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Yalçın Adıgözəlova təbrikləri çatdırılıb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirib ki, Yalçın Adıgözəlovdan əvvəl bu səhnədə onun babası Zülfü Adıgözəlov çıxış edib.

Konsert zamanı Dmitri Şostakoviçin “Bayram uvertürası”, Asəf Zeynallının “Ölkəm”, Vasif Adıgözəlovun “Qərənfil”, Moris Ravelin “Dafnis və Xloya” baletindən 2 nömrəli süita və digər simfonik musiqilər səsləndirilib.

скачать dle 12.1

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ