Anons

Сегодня, 21:30- Zakir Qaralovun vəzifədə çalışan qohumları - Siyahı

Сегодня, 20:00- İranın yük gəmisi İraq sularında batdı: Ölənlər var

Сегодня, 19:00- 4 iyun hadisələrinin 27 ili - hələ də açılmayan sirlər var

Сегодня, 18:00- “İmtahan sessiyasının tamamilə ləğv edilməsi tələbələrin təqaüd almasına maneə törədə bilər”

Сегодня, 17:00- “Cümə günü də məhdudiyyətlər tətbiq edilsin” - TƏKLİF

Сегодня, 16:00- Gəncədə vergi işçisindən ÖZBAŞINALIQ

Сегодня, 15:37- Prokuror və təhqiqatçılara əlavə səlahiyyət verildi – DETALLAR

Сегодня, 15:00- Ünvanlı sosial yardım: Hansı yeniliklər olacaq?

Сегодня, 14:00- Rusiyadan Ermənistana hədə: “Türkiyə ilə baş-başa qala bilərsiniz...”

Сегодня, 13:00- Azərbaycanlı "həkimlər" və onların dəhşətli koronavirus "arqumentləri"

Сегодня, 12:00- Balakəndə 2 tondan artıq çətənə kolu məhv edilib

Сегодня, 11:50- Azərbaycanda dərslərin nə vaxt başlayacağı açıqlandı - RƏSMİ

Сегодня, 11:36- Kamran Əliyev Nizami Qocayevin oğlunu vəzifəsindən azad etdi

Сегодня, 11:30- Xarici borcumuz böhranlı həddən iki dəfə azdır - ekspert danışır

Сегодня, 10:53- Qarabağ haqqında erməni filmi “Kann-2020”-nin siyahısına daxil edildi?..

Сегодня, 10:30- "Əli Nağıyev və Vilayət Eyvazov etimadı doğruldurlar" - deputat

Сегодня, 10:00- Fransa Rusiyanı "böyük yeddilik"də görmək istəmir

Вчера, 23:30- “Trampın “İncil”ə əl uzatması utancvericidir”

Вчера, 22:30- Özbaşınalıq və iqtisadi sabotaj - Elxan Məmmədov niyə əcnəbiləri bəsləyir?

Вчера, 21:00- "Qaçqınkom"un vəzifəli şəxsləri barədə cinayət işi başlandı

Almaniya XİN: “Dağlıq Qarabağdakı separatçı rejimi tanımırıq”

Tarix:23-05-2020, 13:00 Baxış Sayı:34

Almaniya XİN: “Dağlıq Qarabağdakı separatçı rejimi tanımırıq”

“Almaniya Federativ Respublikası qondarma “Arsax Respublikası”nı tanımır. Müvafiq olaraq, bu qondarma qurumun nə akkreditə olunmuş diplomatik və ya konsulluq nümayəndələri mövcuddur, nə də qəbul edilmiş nümayəndəliyi”.
AZƏRTAC xəbər verir ki, Almaniyanın Xarici İşlər Nazirliyi bunu Azərbaycan tərəfinin rəsmi sorğusuna cavabında bəyan edib.
“AFR Cinayət Məcəlləsinin 132-ci paraqrafına əsasən, xarici titullardan, yaxud da vəzifə və xidməti rütbələrdən, o cümlədən, bu cür adlarla qarışdırıla bilən adlardan istifadə cinayət hesab edilir. Buraya, həmçinin, o adlar da aid edilir ki, istifadə edən şəxs onların köməyi ilə mövcud olmayan ölkənin vəzifəli şəxsi görünüşünü yaradır”.
Beləliklə, rəsmi Berlin qondarma “Arsax Respublikası”nın AFR-dəki daimi nümayəndəliyi”nin qanunsuz fəaliyyəti barədə açıq-aşkar bəyan edib.
AFR-in bu bəyanatını sərbəst interpretasiya etmək cəhdlərinə yol verilməməsi məqsədilə bu ölkənin Xarici İşlər Nazirliyi bu dəfə artıq şəxsən Arutyun Qriqoryana – Almaniyada az qala “Arsaxın AFR-dəki səfiri” kimi təqdim olunan fırıldaqçıya aid aşağıdakı izahı əlavə edib.
Ölkənin xarici siyasət idarəsinin sənədində bildirilir:
“Bununla bağlı AFR XİN cənab Qriqoryandan Dağlıq Qarabağın beynəlxalq-hüquqi subyektliyinin hər hansı görünüşünün və onunla bağlı diplomatik və konsulluq nümayəndəliyinin yaradılmasını dərhal dayandırmağı yazılı şəkildə tələb edib. Tələb yerinə yetirilməyəcəyi təqdirdə hüquqi tədbirlər görüləcəyi nəzərə çatdırılıb”.

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ