Anons

Сегодня, 00:57- "Nərmin 4 aylıq hamilə olub, qətli buna görə törədiblər" - Sensasiya

Вчера, 19:14- İcra başçısı karantin qaydalarını pozdu — FOTOFAKT

Вчера, 19:05- Şəmkirdə başçının adamları qoçuluq edir? - Müraciət...

Вчера, 18:27- Sabunçunun icra başçısı operativ qərargahın qoyduğu qaydaları pozur - Video

Вчера, 18:03- “SOCAR yenidən qurulmalıdır” - Ekspertdən xəbərdarlıq...

Вчера, 17:36- Zakir Həsənov generalı vəzifəsindən azad etdi

Вчера, 17:30- Gədəbəy icra hakimiyyətində DOST MMC alveri və vəzifə təyinatları - FOTOFAKT

Вчера, 16:06- Azərbaycanda külli miqdarda rüşvət alan orkestrin bədii rəhbəri həbs edildi

Вчера, 14:33- Kamran Əliyev əmr imzaladı

Вчера, 13:12- "Görün, kim bizə yol göstərir?" - Sabiq konsul Ramiz Mehdiyev haqda..

Вчера, 13:00- “Dövlət strukturlarına Rusiyanın kəşfiyyat orqanlarına bağlı adamları Ramiz Mehdiyev yerləşdirib”

Вчера, 01:06- Kürdəmirin icra başçısı ilə bağlı ilginc iddialar... - İmkanı olsa, istefa verib, qaçar...

7-07-2020, 23:29- “Optimal Electronics”köhnə telefonları təzə adına müştərilərə “sırıyır” - GİLEY

7-07-2020, 10:30- Şəmkirdə Alimpaşa “oyunbazlığı”: Bir yerin iki “adaxlısı” var - NARAZILIQ...

7-07-2020, 09:30- Əli Həsənov başına topladığı "media kapitanları" ilə özünə böyük imperiya yaratmışdı

7-07-2020, 01:09- Səfər Mehdiyevin bağçılıq müəssisəsində QUL İZTİRABI – 1 nəfər ölüb, xeyli “kolxozçu” yaralanıb

7-07-2020, 00:54- “Qaçqınkom” evi olanlara mənzil paylayır, evsizlər kənarda qalır” - “BU EV MƏNƏ TİKİLİB, YERLİ SAKİNƏ DEYİL”

6-07-2020, 23:05- Əhəd Abıyev koronavirusa yoluxub? — AÇIQLAMA

6-07-2020, 22:55- DTX-nın həbs etdiyi Səlim Əlizadənin qardaşı bu vəzifəli şəxsdir - FOTO

6-07-2020, 20:24- İcra başçısının “tender əməliyyatları”: Yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”

“Yerli hakimiyyətlər xalqın iradəsi ilə formalaşmalıdır”

Tarix:28-05-2020, 17:57 Baxış Sayı:45

“Yerli hakimiyyətlər xalqın iradəsi ilə formalaşmalıdır” Təyinatlı bələdiyyə ilə təyinatlı icra hakimiyyəti başçısının fərqi yoxdur”
“Yerli idarəetmədə islahatların zəruriliyini  əsaslandırmaq üçün istinad etdiyim qənaətlərin və müşahidələrin düzgün başa düşülməməsi  və ya məqsədli şəkildə təhrif edilməsi səbəbindən  bu mövzuya yenidən qayıdıram. Öncə qeyd edim ki, əvvəlki  postda Elçibəy hakimiyyəti dövründə də yerində olmayan icra başçılarından bəhs etməklə, bu institutun hazırkı probleminin hakimiyyətlə  deyil, sistemlə əlaqəsini qurmaq istəmişəm”. Hurriyyet.org xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu deyib.
“Hazırkı hakimiyyətdən təyinat alan bütün icra başçılarının korrupsioner fəaliyyəti göz qabağındadır”
“Bir daha qeyd edim ki, Elçibəy hakimiyyəti dövründə işində peşəkar və fəaliyyətində dürüst olan vətənpərvər icra başçıları indiyədək öz rayonlarında yaxşı nümunə olaraq qalırlar. Məsələn, İmişli rayon icra hakimiyyətinin başçısı İltizam bəy, Salyan rayon icra hakimiyyətinin başçısı Ədalət bəy. Əvvəlki postda da yazmışam, indi də yazıram ki, belələrinin siyahısı İltizam bəy və Ədalət bəylə bitmir.  Amma heç kəsə sirr deyil ki, o dövrdə məsuliyyətsiz və səriştəsiz hərəkətləri ilə rayonlarda Elçibəy hakimiyyətini gözdən salan icra başçıları da az olmayıb. Onları yada salmaq üçün Füzuli və Beyləqan rayon icra hakimiyyətlərinin başçılarını xatırlamaq bəhs edər. İndiki icra hakimiyyətlərinin başçıları ilə müqayisədə hətta onlar da təmiz və vətənpərvər hesab oluna bilər. Çünki  hazırkı hakimiyyətdən təyinat alan bütün icra başçılarının korrupsioner fəaliyyəti də göz qabağındadır. Odur ki, bir daha bildirmək istəyirəm, problemin həlli kadrların dəyişməsində deyil, islahatlardadır. Əvvəl də, indi də çatdırmaq istədiyim budur. Belə islahatın örnəkləri çoxdur, onlardan birini Ukraynanın timsalında  hazırda  orda yaşayan o dövrün nümunəvi icra başçılarından sayılan  Əli Quliyev və ya Elxan Nuriyev təqdim edə bilər”,-deyə ADR sədri əlavə edib.
“İcra hakimiyyətlərinin səlahiyyətləri azad və ədalətli seçkilərdə formalaşan  bələdiyyə institutlarına verilməlidir”
Q. İbadoğlu bələdiyyə idarəçiliyinin beynəxalq təcrübəsindən çıxış edərək bildirib ki, ölkədə fiskal və inzibati əskmərkəzləşdirmə islahatlarının alternativi qalmayıb: “Yerli hakimiyyətlər xalqın iradəsi ilə formalaşmalıdır. İcra hakimiyyətlərinin səlahiyyətləri azad və ədalətli seçkilərdə formalaşan  bələdiyyə institutlarına verilməlidir. Problemin həlli buradadır. Amma onu da indi etmək mümkün deyil, çünki təyinatlı bələdiyyə ilə təyinatlı icra hakimiyyəti başçısının fərqi yoxdur”.

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ