Anons

Сегодня, 01:25- Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin pandemiya dövründə məcburi köçkünlərin evlərindən mənimsədiyi milyonlar-Məcburi Köçkünlər Prezident İlham Əliyevdən imdad diləyir-VİDEOFAKT

Вчера, 22:39- Arif Qasımovun qovulmasının sirri açılır: "Qara Kassa" Ramin Əhmədov kimdir? - Fotolar

Вчера, 19:47- Vilayət Eyvazov generalı təqaüdə göndərdi

Вчера, 18:50- “Qaçqınkom”-da maxinasiya – Nazirlər Kabinetinin qərarı olmadan 3 “JEK” yaradılıb

Вчера, 17:13- “Səhvim oldu, prezident də çıxardı” - Arif Qasımov

Вчера, 16:45- Prezident İlham Əliyev Cahangir Əsgərovu təltif etdi

Вчера, 16:42- İcra başçısının işdən çıxarılmasına səbəb olan obyekt söküldü - Video

Вчера, 00:40- “Bandotdel”-in KTN əməliyyatı sırasında nazir müavinləri bir-birini bıçaqlayıb – NƏ BAŞ VERİR?

10-07-2020, 22:18- Biznesmen icra başçısı rayonun problemlərini niyə həll etmir? - Özünü toxunulmaz sayır?

10-07-2020, 22:13- Səfər Mehdiyevdən PA rəhbərinə şikayət olundu - Qanunsuz ƏDV tələb olunur...

10-07-2020, 21:59- Şəmkirdən KTN-ə qədər uzanan subsidiya maxinasiyası – İnam Kərimovun “sağ əli” həbs olunub?

10-07-2020, 18:08- Elman Rüstəmova vaxt verildi - 1 milyardı qaytarmalıdır

10-07-2020, 17:06- Bu gün 41 şəhər və rayonda qəbul imtahanları keçirilib — Yenilənib

10-07-2020, 16:46- Zibilxanaya çevrilən “Qum hamamı” təmizlənir - Fotolar

10-07-2020, 16:18- 190 manatın verilməsi başa çatdırıldı

10-07-2020, 15:59- Koronavirusla bağlı Çin və Kubadan ekspertlər gələcək

10-07-2020, 15:07- Bəxtiyar Hacıyev BNA-ya müraciət edtdi: “1-2 milyon da bizə ayırın, fifty-fifty də bölək”

10-07-2020, 14:10- Deputatın istirahət mərkəzi bələdiyyə büdcəsinə niyə vergi ödəmir? — RƏSMİ AÇIQLANDI

10-07-2020, 14:05- İcra başçısı Leyla Əliyevanın abadlaşdırdığı parkda özünə restoran tikdirir — FOTOLAR

10-07-2020, 08:00- Sərdar Cəlaloğludan Əli Kərimli və Cəmil Həsənli haqda sərt ittihamlar

4 iyun hadisələrinin 27 ili - hələ də açılmayan sirlər var

Tarix:5-06-2020, 19:00 Baxış Sayı:57

4 iyun hadisələrinin 27 ili - hələ də açılmayan sirlər var

Pənah Hüseyn qiyamdan iki gün əvvəl Etibar Məmmədova ölkəni tərk etmək tövsiyəsini verib

Əbülfəz Elçibəy hakimiyyətinin devrilməsi ilə nəticələnən 1993-cü il 4 iyun qiyamından 27 il keçdi. 1993-cü il 4 iyunda Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi 709 saylı hərbi hissənin ölkə hakimiyyətinə qarşı qaldırdığı hərbi qiyam qısa müddətdə ölkənin digər bölgələrinə də keçirilmiş və yerli hakimiyyət orqanları zəbt olunmuşdu.
O dövrün hakimiyyət nümayəndələri tərəfindən hadisələrə münasibəti qınananlardan biri Milli İstiqlal Partiyasının lideri, həmin dövrdə partiyanın sədri və Milli Məclisin deputatı kimi proseslərə fəal münasibəti ilə seçilən Etibar Məmmədov Moderator.az-a müsahibəsində bildirib ki, 4 iyun hadisələri yalnız mənfi nəticələrə gətirib çıxarıb. Ancaq o hadisəni törədənlər indiyədək də məsuliyyətlərini etiraf etməyiblər: “O zaman rəhbərlikdə olan insanlar, vəziyyətin o yerə gəlib çıxmasına məsuliyyət daşıyanlar və onun qarşısını almaqda acizlik göstərənlər, qanunsuz hərbi əməliyyatlar hazırlayanlar, həmin əməliyyatlar baş verəndən sonra da vəziyyətin nizamlanması üçün qanuni tədbirləri görə bilməyənlər və nəticə olaraq Azərbaycanın dövlətçiliyində xaosa səbəb olanlar indiyə qədər də böyük əksəriyyəti məsuliyyətini etiraf etməyib”.
Etibar Məmmədov: “Elçibəy Baş Nazirliyi təklif etdi, razılaşdım ...
Etibar Məmmədov
E.Məmmədov qiyam qaldıranları dəstəklədiyi barədə iddia və ittihamlara belə münasibət bildirib: “Bu günə qədər bir sözümü, ya cümləmi tapsınlar ki, mən kimisə dəstəkləmişəm. Mənim tələbim yalnız o olub ki, məsul şəxslər izahat verməlidirlər və hadisələrin baş verməsinə görə məsuliyyət daşıdıqlarını etiraf etməlidirlər. Onlar da uzun müddət bu hadisələrdən əvvəlcədən xəbərlərinin olmadığını bildiriblər. Yalnız iki il bundan əvvəl onlardan bəziləri etiraf etməyə başladılar ki, bu, əvvəlcədən hazırlanmış əməliyyat olub, onlar onun hazırlanmasında iştirak ediblər və hamının da bundan xəbəri olub. Hadisələr barədə Milli Məclisə  məlumat verib məsələlərin orada müzakirə edilməsinə şərait yaratmalı idilər. Onlar isə əksinə, hər şeyi gizlətməyə, məsuliyyəti boyunlarından atmağa başladılar. Prezidentdən tutmuş nazirlərə qədər hamısı dedi ki, mənim xəbərim yoxdur. Ona görə də onların kimisə ittiham etməyə haqları çatmır. Necə olur ki, mənim xəbərim olur o əməliyyatın hazırlanmasından, onların xəbəri olmur? İyunun 2-də baş nazir Pənah Hüseynə bildirmişəm ki, bunu etmək olmaz, nəticəsi sizin üçün pis olacaq. Sonra da gəlib Milli Məclisdə çıxış edərək bildirmişəm ki, ayın 4-nə belə bir əməliyyat hazırlanır. Əgər mənə də bu informasiya çatmışdısa, deməli, hücum etdikləri tərəfdə də o informasiya olub, bunun üçün onların da hazırlığı olub. Yəni bu əməliyyat gizlilikdən çıxmışdı. Nəticəsinin də belə olacağı haqqında iyunun 2-də mən MM-də xəbərdarlıq etmişdim. İndi onlar nəticə çıxarmayıblar, ona görə də heç kəsi ittiham etməyə haqları da yoxdur.
Bir sözlə, bacarıqsızlıq və səriştəsizlik göstəriblər. Nəticədə də ölkədə xaos yaranıb. Ona görə də 4 iyun hadisləri Azərbaycanın dövlətçiliyinə də, inkişafına da çox böyük zərbə olub.
Təbii ki, burada böyük dövlətlətin də barmağı var idi. Onlar da hadisələrə istədikləri istiqamətdə təsir göstərə bilirdilər.
Mənim mövqeyim nədən ibarət olub ki? Mən tələb etmişəm ki, o zamankı qanunlara görə daxili məsələlərin həllində silahlı qüvvələrdən istifadə olunması ancaq Milli Məclisin qərarı ilə ola bilər. Həmin qərar olmadan silahlı qüvvələrdən istifadə olunubsa, bunun məsuliyyəti kimin üzərinə düşürsə, hesabat versin. Milli Məclisdə də bunu tələb etmişəm. Xalqa izahat verilməsini tələb etmişəm.
Lakin onu da deyim ki, vəzifəli şəxsin məsuliyyəti başqadır. Ona görə də bunlar elə 30 ildə eyni havanı çalıb-oynayırlar, hələ də yorulmurlar. İndiyədək də cəmi 1-2 nəfər etiraf edib ki, onlar mayın 25-də iclas ediblər, planı müzakirə ediblər".
Elçibəy hakimiyyəti dövründə milli təhlükəsizlik nazirinin birinci müavini işləmiş Sülhəddin Əkbər isə AzadlıqRadiosuna müsahibəsində qeyd edib ki, Xalq Cəbhəsinin rəhbərliyində SSRİ KQB-sinə işləyən adamlar yerləşdirilmişdi. AXC hakimiyyətə gələndən sonra həmin adamların da bir qismi yüksək vəzifələr tutdular.
Norveçin bu addımı Azərbaycan üçün ciddi siqnal olmalıdır ...

S.Əkbər milli təhlükəsizlik nazirinin birinci müavini təyin olunandan sonra AXC rəhbərliyində olan və hakimiyyətdə vəzifə tutan sovet KQB-si ilə əməkdaşlıq etmiş həmin adamların siyahısını gizli şəkildə tutduğunu və prezident Əbülfəz Elçibəyə şəxsən təqdim etdiyini açıqlayıb. Bu barədə müsahibədə açıqlama verən S.Əkbərin dediyinə görə, aylarla gözləsə də, prezidentin reaksiyası olmayıb və həmin adamlar vəzifədən kənarlaşdırılmayıb.
Pənah Hüseyn komitə sədri seçildi – Novator.az
Pənah Hüseyn
Sabiq baş nazir Pənah Hüseyn isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Etibar Məmmədovun ona iyunun 2-də xəbərdarlıq etdiyi barədə dedikləri yanlışdır: “Mən baş nazirin müavini Rəsul Quliyev vasitəsilə Etibar Məmmədovu Nazirlər Kabinetinə dəvət etmişdim. Etibar Məmmədov da Rəsul Quliyevlə birlikdə mənimlə Nazirlər Kabinetində görüşdü. Mən ümumi ictimai-siyasi vəziyyət haqqında əsas müxalifət xadimlərindən biri olaraq ona məlumat verdim. Belə bir vəziyyətdə ölkədə sabitliyin qorunub saxlanmasının zəruriliyi barədə ona fikirlərimi dedim.
Bizim bu görüşümüzdən bir neçə saat əvvəl Etibar Məmmədov Milli Məclisdə çıxış eləmişdi. İndi müsahibəsində guya iyunun 2-də mənə dediklərini, əslində Milli Məclisdə həmin çıxışında demişdi. O, Milli Məclisdə çıxış edib demişdi ki, guya Bakıda hərbi çevriliş hazırlanır və sübut olaraq da əlində hərbi hissələrin hərəkət planını,  o cümlədən AMİP qərargahını tutacağını əks etdirən məxfi sənəd olduğunu bildirib bunu göstərmişdi.
Sənədin surətini mənə də gətirdilər. Məlum oldu ki, Baş Qərargahdan N saylı hərbi hissəyə hərəkətə keçmə tarixi göstərilmədən bu məzmunda məktubu var.  Bu barədə məlumat aldıqdan sonra mən prezidentlə danışıb, müdafiə nazirini, baş qərargah rəisini və hərbi əks-kəşfiyyatın rəisini yanıma dəvət elədim. Çünki belə bir sənədin olması barədə məndə məlumat yox idi. Hərbi rəhbərlik məruzə etdi ki, bu tipli məktublar bütün hərbi hissələrdə var və yalnız Baş Qərargahdan xüsusi kod gəldikdən sonra açılır, hərəkət üçün rəhbərlik qəbul edilir. Konkret isə bu, hərbi vəziyyət elan edildikdən sonra hərbi hissələrin hərəkət əmrindən ibarətdir. Sənəd tam məxfi hesab edilir və ola bilər ki, konkret hərbi hissədə xidmət edib başqa yerə keçmiş komandirin onun məzmunundan xəbəri olmasın. Biləcəridə yerləşən hərbi hissələrdən birinin Etibar bəyin özünün qohumu, səhv etmirəmsə, İlqar adlı komandir hərbi və dövləti cinayət işlədərək həmin məxfi məktubu Baş Qərargahdan xüsusi çağrı kodu olmadan açmış və surətini Etibar Məmmədova vermişdi.
O da bunu Milli Məclisin iclasında hərbi çevriliş planı kimi təqdim etmişdi. Hərbi vəziyyət elan olunduğu halda Müdafiə Nazirliyi hissələrinin hərəkət planını əks etdirən bu və bu tipli sənədlər hər bir dövlətdə, o cümlədən bizdə də həmişə olub və indi də var. Hərbi rəhbərlik həmin sənədin hazırlanması və təsdiqi barədə prezidentin də imzaladığı sənədi mənə təqdim etdi. Bu təsdiq mən xarici səfərdə olduğum müddətdə baş verdiyinə görə mənim ondan məlumatım olmamışdı. Etibar Məmmədovu dəvət edib ona da məsələ barədə bilgi verdik. Sonradan bu məsələni təkrar etdiyinə görə mən Milli Məclisin 8 iyun tarixli iclasında da burada dediklərimi söyləmişəm. Ancaq 27 il sonra mahiyyəti bilə-bilə yenə yalan informasiya səsləndirirsə, deməli, məqsəd başqa olub və indi də başqadır. Məsələ belə olub. Etibar Məmmədovun Milli Məclisdə elan etdiyi sənəd də bu idi. Bu sənədin Gəncə hadisələrinə aidiyyəti yox idi.
Mən Etibar Məmmədovla görüşdən əvvəl prezidentlə məsləhətləşmişdim. Etibar Məmmədova dedim ki, yaranmış vəziyyətlə əlaqədar ciddi tədbirlər hazırlanır, torpaqların azad olunması ilə bağlı sülh müqaviləsinin həyata keçirilməyə başlanması ərəfəsində və neft kontraktlarının imzalanması ərəfəsində ölkədə sabitliyin vacibliyini onun nəzərinə çatdırdım. Hətta Etibar Məmmədova dedim ki, milli maraqlar naminə məqsədəuyğun olar ki, o, bir neçə aylığa ölkəni tərk eləsin. Həmçinin təklif eləmişdim ki, Milli İstiqlal Partiyası da milli maraqlar naminə bir neçə aylığa könüllü olaraq öz fəaliyyətini məhdudlaşdırsın. Bildirdim ki, payızda parlament seçkiləri nəzərdə tutulur, o zaman AMİP fəaliyyətini genişləndirər. Yəni bizim söhbətimiz bunlardan ibarət idi. Etibar Məmmədovun mənə hansısa əməliyyat barədə xəbərdarlıq etməsi söhbəti olmayıb. Onun bu barədə dedikləri həqiqətə uyğun deyil". /“Yeni Müsavat”/

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ