Anons

Сегодня, 00:57- "Nərmin 4 aylıq hamilə olub, qətli buna görə törədiblər" - Sensasiya

Вчера, 19:14- İcra başçısı karantin qaydalarını pozdu — FOTOFAKT

Вчера, 19:05- Şəmkirdə başçının adamları qoçuluq edir? - Müraciət...

Вчера, 18:27- Sabunçunun icra başçısı operativ qərargahın qoyduğu qaydaları pozur - Video

Вчера, 18:03- “SOCAR yenidən qurulmalıdır” - Ekspertdən xəbərdarlıq...

Вчера, 17:36- Zakir Həsənov generalı vəzifəsindən azad etdi

Вчера, 17:30- Gədəbəy icra hakimiyyətində DOST MMC alveri və vəzifə təyinatları - FOTOFAKT

Вчера, 16:06- Azərbaycanda külli miqdarda rüşvət alan orkestrin bədii rəhbəri həbs edildi

Вчера, 14:33- Kamran Əliyev əmr imzaladı

Вчера, 13:12- "Görün, kim bizə yol göstərir?" - Sabiq konsul Ramiz Mehdiyev haqda..

Вчера, 13:00- “Dövlət strukturlarına Rusiyanın kəşfiyyat orqanlarına bağlı adamları Ramiz Mehdiyev yerləşdirib”

Вчера, 01:06- Kürdəmirin icra başçısı ilə bağlı ilginc iddialar... - İmkanı olsa, istefa verib, qaçar...

7-07-2020, 23:29- “Optimal Electronics”köhnə telefonları təzə adına müştərilərə “sırıyır” - GİLEY

7-07-2020, 10:30- Şəmkirdə Alimpaşa “oyunbazlığı”: Bir yerin iki “adaxlısı” var - NARAZILIQ...

7-07-2020, 09:30- Əli Həsənov başına topladığı "media kapitanları" ilə özünə böyük imperiya yaratmışdı

7-07-2020, 01:09- Səfər Mehdiyevin bağçılıq müəssisəsində QUL İZTİRABI – 1 nəfər ölüb, xeyli “kolxozçu” yaralanıb

7-07-2020, 00:54- “Qaçqınkom” evi olanlara mənzil paylayır, evsizlər kənarda qalır” - “BU EV MƏNƏ TİKİLİB, YERLİ SAKİNƏ DEYİL”

6-07-2020, 23:05- Əhəd Abıyev koronavirusa yoluxub? — AÇIQLAMA

6-07-2020, 22:55- DTX-nın həbs etdiyi Səlim Əlizadənin qardaşı bu vəzifəli şəxsdir - FOTO

6-07-2020, 20:24- İcra başçısının “tender əməliyyatları”: Yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”

Gədəbəy icra başçısının sərvətinə kim nəzarət edir- FAKTLAR

Tarix:29-06-2020, 20:34 Baxış Sayı:859

Gədəbəy icra başçısının sərvətinə kim nəzarət edir- FAKTLAR Vətəndaş  Ramiz Yusubov  redaksiyamıza müraciət edərək  Gədəbəy icra hakimiyyətindən pulunu tələb etdiyini qeyd edir.

Gundelik-baku-com-a
müraciətdən bəlli olur ki,  Yusubov  Ramiz Niftalı oğlu  Gədəbəy  rayon  İcra Hakimiyyətinin başçısı  İbrahim Mustafayevin  Çobankənd İnzibati Ərazi üzrə nümayəndəsi  Bağırov Nizaməddin Valeh oğlundan şikayətçidir: " Mərhum atam Yusubov Niftalı Abbas oğlu Gədəbəy rayonu Qızılqaya kəndində adına olan ikimərtəbəli, hər mərtəbəsi 130 kv.m  fərdi yaşayış  evini və 0.28 ha həyətyanı torpaq sahəsini notarial qaydada rəsmi olaraq mənə vəsiyyət etmişdir. Mən atamdan mənə miras qalan mülkiyyəti  rəsmləşdirmək üçün əvvəlcə kəndimizin icra nümayəndəsi  Nizaməddin Valehovla görüşüb adımı kəndin təsərrüfat kitabına yazdırmaq istədim. Nizaməddin Bağırov məndən rüşvət istədi və icra hakimiyyətinə verəcəyini bildirdi. Mən məcbur olub onun tələb etdiyi  pulu  verdim" Gədəbəy icra hakimiyyətindən, icra nümayəndələrindən, konkret icra başçısı İbrahim  Mustafayevdən  bu tip şikayətlər  kifayət qədərdir. Ümumiyyətlə icra başçısı İbrahim  Mustafayevin Gədəbəydə rüşvətlə ad çıxarması, meşələri məhv etməsi və s kimi qanunsuz halları saymaqla bitən deyil. Bu adam rayondakı irili-xırdalı bütün vəzifələri dədəsinin mülküi kimi hərraca çıxarıb satır.  Ümumiyyətlə, bu icra başçısının hansı məktəbi bitirməsi, hansı ali məktəbdə oxuması, hərbi xidmətdə olub-olmaması kimsəyə bəlli deyil. Bilmək olmur, İbrahim  Mustafayev icra başçısıdır, yoxsa gizli xəfiyyə işçisi. Bu adam düz adamdırsa niyə öz həyat yolunu cəmiyyətdən gizlədir ?

Düzü, icra başçısının gerçək ömür yolu ilə bağlı  axtarişlarımız nəticə verməsə də onun mülkləri barədə məlumat əldə edə bildik.   Gədəbəyin icra başçısı İbrahim Mustafayev  Mərdəkan dairəsində böyük bir şadlıq sarayının sahibidir.  Bakının Qala deyilən ərazisində böyük mebel sexi var. Sexdə istehsal olunan mebellər İbrahim Mustafayevin Yaşıl Bazarda yerləşən mebel salonunda satılır.  Əldə etdiyimiz məlumata görə, Gədəbəy icra hakimiyyətinin binası tikilən zaman aqlay təminatı icra başçısı İbrahim Mustafayevin bacanağı tərəfindən təmin edilirmiş. Rayonda aparılan digər işlərə(dövlət binalarına, sahibkar obyektlərinə) sərf olunan aqlay da başçının bacanağından alınmalıdır! Bacanağının aqlay sexi də İbrahim Mustafayevin kurasiyasındadır. Yuxarıda qeyd olunan böyük biznesə İbrahim Mustafayevin bibisi oğlu Taleh Məmmədov nəzarət edir. İbrahim Mustafayev Gədəbəyə icra başçısı təyin olunandan sonra Talehi Gədəbəy DSMF-yə işçi təyin etdirdi. Taleh heç vaxt işə getməyib.  Gədəbəydə işə getməyənlərdən biri də Gədəbəy Məşğulluq Mərkəzinin direktoru Sənan Mürsəlovdur.

Sənan bu avantaji bilirsiniz necə qazanıb? İcra başçısı İbrahim Mustafayev ilə davadan sonra ürəktutmasından icra hakimiyyətində ölən icra nümayəndəsi Cahangir Qasımov Sənan Mürsəlovun yaxın qohumudur. Ölüm hadisəsindən sonra İbrahim Mustafayevi qarşı tərəflə Sənan Mürsəlov barışdırıb. Bu yolla İbrahim Mustafayev ölümün cinayət məsuliyyətindən yaxa qurtara bilib. Bunun qarşılığında isə Sənan Mürsəlov istədiyi vaxt işə gəlir, istədiyi vaxt gəlmir. Bundan başqa Sənan Mürsəlov özünəməşğulluqdan (qoyun, inək verilmə) 200-400 manat arası pul alaraq öz istədiyi adamlara paylayır. İbrahim Mustafayev rayonda keçirilən YAYLAQ festivalında  xanım qonaqlara qarşı  nece reverans edib ? Bu barədə növbəti yazıda.

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ