Anons

Сегодня, 00:57- "Nərmin 4 aylıq hamilə olub, qətli buna görə törədiblər" - Sensasiya

Вчера, 19:14- İcra başçısı karantin qaydalarını pozdu — FOTOFAKT

Вчера, 19:05- Şəmkirdə başçının adamları qoçuluq edir? - Müraciət...

Вчера, 18:27- Sabunçunun icra başçısı operativ qərargahın qoyduğu qaydaları pozur - Video

Вчера, 18:03- “SOCAR yenidən qurulmalıdır” - Ekspertdən xəbərdarlıq...

Вчера, 17:36- Zakir Həsənov generalı vəzifəsindən azad etdi

Вчера, 17:30- Gədəbəy icra hakimiyyətində DOST MMC alveri və vəzifə təyinatları - FOTOFAKT

Вчера, 16:06- Azərbaycanda külli miqdarda rüşvət alan orkestrin bədii rəhbəri həbs edildi

Вчера, 14:33- Kamran Əliyev əmr imzaladı

Вчера, 13:12- "Görün, kim bizə yol göstərir?" - Sabiq konsul Ramiz Mehdiyev haqda..

Вчера, 13:00- “Dövlət strukturlarına Rusiyanın kəşfiyyat orqanlarına bağlı adamları Ramiz Mehdiyev yerləşdirib”

Вчера, 01:06- Kürdəmirin icra başçısı ilə bağlı ilginc iddialar... - İmkanı olsa, istefa verib, qaçar...

7-07-2020, 23:29- “Optimal Electronics”köhnə telefonları təzə adına müştərilərə “sırıyır” - GİLEY

7-07-2020, 10:30- Şəmkirdə Alimpaşa “oyunbazlığı”: Bir yerin iki “adaxlısı” var - NARAZILIQ...

7-07-2020, 09:30- Əli Həsənov başına topladığı "media kapitanları" ilə özünə böyük imperiya yaratmışdı

7-07-2020, 01:09- Səfər Mehdiyevin bağçılıq müəssisəsində QUL İZTİRABI – 1 nəfər ölüb, xeyli “kolxozçu” yaralanıb

7-07-2020, 00:54- “Qaçqınkom” evi olanlara mənzil paylayır, evsizlər kənarda qalır” - “BU EV MƏNƏ TİKİLİB, YERLİ SAKİNƏ DEYİL”

6-07-2020, 23:05- Əhəd Abıyev koronavirusa yoluxub? — AÇIQLAMA

6-07-2020, 22:55- DTX-nın həbs etdiyi Səlim Əlizadənin qardaşı bu vəzifəli şəxsdir - FOTO

6-07-2020, 20:24- İcra başçısının “tender əməliyyatları”: Yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”

“Ata icra başçısıdır, korrupsiya ilə məşğuldur, oğul da DİN-də işləyir…” — AÇIQLAMA

Tarix:24-06-2020, 13:49 Baxış Sayı:258

“Ata icra başçısıdır, korrupsiya ilə məşğuldur, oğul da DİN-də işləyir…” — AÇIQLAMA

“Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin rəhbəridir və onun dedikləri şəxsi fikri yox, rəhbərlik etdiyi qurumun mövqeyidir”.

 
Bu sözləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Zahid Orucun yerli icra hakimiyyətləri barədə fikirlərinə münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, Sosial Tədqiqatlar Mərkəzinin apardığı araşdırmalar nəticəsində aydın olub ki, əhalinin yarıdan çoxunun yerli icra hakimiyyətlərinə münasibəti mənfidir.


Hakimiyyətə yaxınlığı ilə seçilən deputatın indiki həssas dövrdə belə bir açıqlama ilə çıxış etməsi müxtəlif mülahizələrə səbəb olub.

 
Sərdar Cəlaloğlu isə hesab edir ki, bu açıqlamaya konspiroloji yanaşmaq doğru deyil.

 

“Zahid Oruc bunu Sosial Tədqitatlar Mərkəzinin rəbəri kimi deyib. Yəni, bu həmin qurumun apardığı araşdırmalar nəticəsində gəldiyi qənaətdir. Əgər Zahid Oruc bunu deputat kimi bəyan etsəydi, o zaman hansısa ehtimallar üzərində düşünməyə dəyərdi. Bir də nəzərə almaq lazımdır ki, bu qurum təzə yaradılıb, özünü müsbət mənada göstərməlidir”, - deyə ADP sədri əlavə edib.


Sərdar Cəlaloğlu həmçinin qeyd edib ki, Sosial Tədqiqatlar Mərkəzinin gəldiyi qənaət obyektivliyi əks etdirir. “Bu gün doğrudan da yerli icra hakimiyyətlərindən ciddi narazılıq var. Hələ mən deyərdim ki, əhalinin yarıdan çoxu yox, elə hamısı icra hakimiyyətlərindən narazıdır. Çünki icra başçıları xalqın maraqlarına yönəlik addımlar atmırlar. İnsanların sosial yardımını mənimsəyirlər, rüşvət və korrupsiyanı fəaliyyətlərində prioritetə çeviriblər, dövlət büdcəsindən bölgələrin inkişafı üçün ayrılan vəsaiti talan edirlər və s. Bunu Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyatlar zamanı da gördük. Aydın oldu ki, yerli icra hakimiyyətləri xalqla ali hakimiyyət arasında keçilməz sədd rolunu oynayır”, - deyə partiya sədri vurğulayıb.


Müsahibimizin fikrincə, idarəetmə sistemi dəyişməyincə, bu problem həll olunmayacaq: “İdarəetmə sistemi dəyişməlidir. Azərbaycanda aşağı keyfiyyətli idarəetmə sistemidir. Bu tip idarəetmə sistemi isə hakimiyyətə mənfi reputasiyalı, rüşvətə, korrupsiayaya meylli insanların hakimiyyətə soxulması xarakterizə olunur. Heç bir vicdanlı adam bu tip idarəetmə sistemində təmsil olunmaq istəməz. Heç bir vicdanlı adam vətəndaşın maaş kartını əlindən almaz, sosial yardımını yeməz, bölgənin inkişafı üçün ayrılan pulları mənimsəməz və s.


Marksın bir sözü var, deyir ki, maşın xarabdırsa onu kimin idarə etməsinin önəmi yoxdur, həmin maşının istehsal etdiyi məhsul zay olacaq. Ona görə də idarəetmə sistemi dəyişməyincə, biz bu cür problemlərlə üzləşəcəyik.


Bir məqamı da qeyd edim. Bu gün inzibati qurumlarla həmin bu rüşvət və korrupsiya  yuvasına çevrilmiş qurumlar iç-içədir. Yəni, ata icra başçısıdr, korrupsiya ilə məşğuldur, oğul isə ya DİN-də, ya DTX-da, ya da prokurorluq orqanlarında yüksək vəzifədə çalışır. Bu halda korrupsiaya qarşı necə mübarizə aparmaq olar? Onun atasından kimsə nəsə yazsa, dərhal dostlarının köməyi ilə həmin şəxsi saxta ittihamlarla həbs etdirər, yaxud hansısa formada təzyiq göstərər.


Kadrlar Prezidentə sədaqət prinsipi ilə deyil,millətə və dövlətə sədaqət prinsipi ilə seçilməlidir. Millətə və dövlətə sədaqətli olan məmur xalqın pulunu yeməz. Amma Prezidentə sədaqət prinsipi ilə seçilən kadrlar – bu, aşağı keyfiyyətli idarəetmə sisteminin xarakterik xüsusiyyətidir – yalnız birinci şəxsin gözündə özlərini qoruyacaqlar, millət, dövlət veclərinə olmayacaq. Millətə, dövlətə istənilən xəyanət edib, yalnız birinci şəxsi maraqlarını təmin etməyə çalışacaqlar”.(yenisabah.az)


Qeyd: S.Cəlaloğlu əsasən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovu nəzərdə tutur. Onun oğlu Şəhriyar Hüseynov polis kapitanıdır. Ş.Hüseynov bir neçə gün öncə Yasamal hadisəsi zamanı “Paltar geyinməsin, elə bu vəziyyətdə apar” ifadəsi ilə gündəmə gəlmişdi. Ş.Hüseynovun qayınatası Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovdur.


ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ