Anons

1-08-2020, 02:55- Ağdam Rayon Təhsil Şöbəsinin Müdirəsi Karantin Rejmin Pozdu Nişan Və Toy Mərasimi Keçirib – FOTO

31-07-2020, 15:01- Şirvan İcra başçısı müavini Məharət Mustafayevin oğlundan gənc ailəyə qarşı iyrənc hərəkət - Prezidentə müraciət(VİDEOMÜSAHİBƏ

30-07-2020, 18:44- DTX-nın həbs etdiyi generalın yerinə o təyin olunub - Foto

30-07-2020, 17:39- Azərbaycanda 20 məktəbə yeni direktor təyin edildi - Siyahı

30-07-2020, 14:55- DTX -dan növbəti əməliyyat - Xarici ölkəyə casusluq edən ər-arvadı həbs edildi

30-07-2020, 14:39- Təhsil nazirliyində Ceyhun Bayramov saxtakarlıqları: qeyri-qanuni “Təchizat idarəsi” və "qara kassa "xaloğlu Rəşad

30-07-2020, 13:58- Prezident Şəkidə yol tikintisinə 12 milyon manat ayırdı

30-07-2020, 10:00- BNA rəhbəri 20 nəfəri işdən çıxardı - Deputat işə qarışdı

29-07-2020, 23:41- Deputatın 15 milyonluq tender qalmaqalı böyüyür - Kimlər cəzalandırılmalıdır?

29-07-2020, 23:24- Deputat Ramil Həsənlinin adı uşaq oğurluğunda: məhkəmə həyat yoldaşı haqda hökm çıxardı

29-07-2020, 17:22- Ağciyər Xəstəlikləri İnstitutunda nə baş verir?-Xəstələri həm öldürüllər,həm də qızılların oğurlayırlar.

28-07-2020, 15:37- Alimlər Kainatın dəqiq yaşını müəyyənləşdiriblər

28-07-2020, 15:34- Azərbaycanda koronavirusdan ölən polislərin sayı 5-ə çatıb

28-07-2020, 15:30- Regionlarda yeni elektron ATS-lər qurulub

28-07-2020, 15:28- DYP 605 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edib

28-07-2020, 15:25- Polis məhəllədaxili yerlərdə nəzarəti gücləndirib

28-07-2020, 15:22- Daxili İşlər Nazirliyinin “Telegram” səhifəsi fəaliyyətə başlayıb

28-07-2020, 15:19- AMB valyuta məzənnələrini açıqlayıb

28-07-2020, 15:15- Qurban bayramı ilə əlaqədar onlayn satış yarmarkası təşkil olunacaq

28-07-2020, 15:06- SOCAR payızda yeni strateji inkişaf planını təsdiqləyə bilər

Ceyhun Bayramov Azərbaycanın COVID-19-la mübarizədə gördüyü işləri açıqladı

Tarix:28-07-2020, 14:59 Baxış Sayı:225

Ceyhun Bayramov Azərbaycanın COVID-19-la mübarizədə gördüyü işləri açıqladı "Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə həm daxili, həm də çoxtərəfli səviyyədə fəal rol oynayır. Bu günə qədər Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı edib. Bu vəsait Afrika, Latın Amerikası və Asiyanın köməyə ehtiyacı olan regional qrupları üçün nəzərdə tutulub. Azərbaycan ayrı-ayrı ölkələrə tibbi ləvazimatlar və avadanlıqlar şəklində yardım da edib".
"Gündəlik Bakı "xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov "Asiyada regional əməkdaşlığa pandemiyanın təsirlərindən istifadə" mövzusunda vebinarda çıxışı zamanı deyib.
"İnanıram ki, Azərbaycanın çoxmillətli səviyyədə davam etdirdiyi səylər qeyd edilməlidir. Belə nümunələrdən biri də Qoşulmama Hərəkatının Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin təşəbbüsü ilə 4 may 2020-ci il tarixində Təmas Qrupu formatında keçirilən zirvə görüşüdür.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi üzv dövlətlərin böyük əksəriyyətinin dəstəyini alan, dövlət və hökumət başçıları səviyyəsində video konfrans vasitəsilə COVID-19-a cavab olaraq BMT Baş Assambleyasının xüsusi iclasını çağırmaq təklifini irəli sürdü.
Qeyd etməliyəm ki, bu təklif BMT sisteminin mərkəzi mövqeyinin vurğulanması, həmçinin Baş Assambleyanın pandemiyaya qarşı səmərəli mübarizə aparmaq və onun sosial-iqtisadi problemlərini həll etmək üçün təxirəsalınmaz tədbirləri səfərbər etməkdə əsas müzakirə məşvərətçi, siyasət aparılması və təmsilçi orqan rolunun vurğulanması baxımından vacibdir", C.Bayramov bildirib.

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ