Anons

Сегодня, 12:00- Yayılmış əxlaqsız videoya görə qızını güllələdi, videodakı qadın başqası çıxdı - FOTO

Сегодня, 11:43- «MuğanBank» ASC-də qalıq borcları balalayır!!!

Сегодня, 11:00- "Əl-Qaidə"nın Şimali Afrikadakı lideri öldürüldü

Сегодня, 10:30- Xətai icra başçısının mərkəzdə otlayan qoyunları-VİDEO

Сегодня, 09:30- Azər Bayramov və Nadir Qarayevin maliyyə pramidası - Büdcə necə talanır?

Вчера, 23:00- Merkel böyük siyasətdən gedir - Özü açıqladı

Вчера, 21:30- Zakir Qaralovun vəzifədə çalışan qohumları - Siyahı

Вчера, 20:00- İranın yük gəmisi İraq sularında batdı: Ölənlər var

Вчера, 19:00- 4 iyun hadisələrinin 27 ili - hələ də açılmayan sirlər var

Вчера, 18:00- “İmtahan sessiyasının tamamilə ləğv edilməsi tələbələrin təqaüd almasına maneə törədə bilər”

Вчера, 17:00- “Cümə günü də məhdudiyyətlər tətbiq edilsin” - TƏKLİF

Вчера, 16:00- Gəncədə vergi işçisindən ÖZBAŞINALIQ

Вчера, 15:37- Prokuror və təhqiqatçılara əlavə səlahiyyət verildi – DETALLAR

Вчера, 15:00- Ünvanlı sosial yardım: Hansı yeniliklər olacaq?

Вчера, 14:00- Rusiyadan Ermənistana hədə: “Türkiyə ilə baş-başa qala bilərsiniz...”

Вчера, 13:00- Azərbaycanlı "həkimlər" və onların dəhşətli koronavirus "arqumentləri"

Вчера, 12:00- Balakəndə 2 tondan artıq çətənə kolu məhv edilib

Вчера, 11:50- Azərbaycanda dərslərin nə vaxt başlayacağı açıqlandı - RƏSMİ

Вчера, 11:36- Kamran Əliyev Nizami Qocayevin oğlunu vəzifəsindən azad etdi

Вчера, 11:30- Xarici borcumuz böhranlı həddən iki dəfə azdır - ekspert danışır

Azərbaycandan Ermənistanla bağlı SƏRT AÇIQLAMA: "Əvvəl-axır işğalçı cavab verəcək"

Tarix:2-04-2020, 15:17 Baxış Sayı:85

Azərbaycandan Ermənistanla bağlı SƏRT AÇIQLAMA: "Əvvəl-axır işğalçı cavab verəcək" Azərbaycan Xarici İşlər Nazirliyi Kəlbəcər rayonunun işğalı və 2016-cı ilin aprel döyüşlərinin ildönümü ilə əlaqədar bəyanat yayıb. 
GUNDELIK-BAKU.COM-un xəbərinə görə, bəyanatda deyilir: "1993-cü il aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin xaricində yerləşən Kəlbəcərin işğalı üçün hücum əməliyyatı əsasən Ermənistan ərazisindən həyata keçirilib və işğal zamanı Ermənistanın ağır artilleriyası, Mi-24 helikopterləri və hərbi təyyarələri istifadə edilib.
İşğal nəticəsində 60.000-nə qədər Kəlbəcər sakini etnik təmizləməyə məruz qalaraq öz doğma torpaqlarından didərgin salınıb, 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. Hal-hazırda sayı 70.000-ni ötən Kəlbəcər sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün vəziyyətində yaşayır.
Erməni işğalı Kəlbəcərin qədim və zəngin maddi-mədəni irsini məhv edib, bölgədə yerləşən və Azərbaycanın qədim alban xristian irsinə aid olan monastrların original arxitektur xüsusiyyətləri dəyişdirilərək erməniləşdirilib. Kəlbəcərin təbii resursları və faydalı qazıntıları qanunsuz istismar olunur. Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisində qanunsuz məskunlaşdırma aparılır və demoqrafik tərkib dəyişdirilir".
Bəyanatda qeyd olunub ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ilin 30 aprel tarixində Azərbaycanın Kəlbəcər rayonunun işğalı ilə əlaqədar 822 saylı qətnamə qəbul edib. Qətnamədə BMT TŞ ərazi əldə edilməsi üçün gücdən istifadənin qəbul edilməzliyini vurğulayaraq, işğalçı qüvvələrin dərhal işğal olunmuş Kəlbəcər və digər rayonlardan çıxarılmasını tələb etdi. Bu qətnamənin qəbulundan sonra ATƏT-in Minsk Qrupu Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün “təcili tədbirlər haqqında vaxt cədvəli” hazırlayıb: "Lakin Ermənistan bu günədək BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə əməl etmir".
Bəyanatda həmçinin vurğulanır ki, 2016-cı ilin 2 aprel tarixində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi və Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca sıx yaşayan mülki əhalini ağır silahlardan atəşə tutması bir daha göstərdi ki, Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regionda sülh və təhlükəsizlik üçün başlıca təhdiddir. Ermənistanın hücumlarına cavab olaraq, Azərbaycan Silahlı Qüvvələrinin əks-həmlə tədbirləri nəticəsində mülki Azərbaycan əhalisinin təhlükəsizliyi təmin edildi və strateji əhəmiyyət daşıyan Azərbaycan əraziləri işğaldan azad edildi: "Ermənistan dərk etməlidir ki, Kəlbəcər də daxil olmaqla, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı müvəqqəti xarakter daşıyır. Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirilən bütün qanunsuz fəaliyyətlərə görə məsuliyyəti Ermənistan Respublikası daşıyır və əvvəl-axır işğalçı ölkə bu qanunsuz əməllərinə görə cavab verəcək. Ermənistan tərəfi təcavüz və etnik təmizləmə siyasətinə son qoymalı, beynəlxalq öhdəliklərinə, habelə Azərbaycanın ərazilərinin işğaldan azad olunmasını tələb edən BMT qətnamələrinə və digər beynəlxalq təşkilatların qərarlarına əməl etməlidir.
Davamlı sülhə nail olunmasının yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsidir".

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ