Anons

Сегодня, 17:00- Azərbaycanda it itə yedizdirilib

Сегодня, 16:00- "Söyüş söyənlərin başında Əli Kərimli dayanır"

Сегодня, 15:00- İrandan gələn iş adamı gömrükdə “ilişdi”

Сегодня, 14:00- “Evdə qal”ıb döyülənlər: Sığınacağa nə qədər qadın aparılıb?

Сегодня, 13:11- Komitənin qarşısından ucalan qarğışlar

Сегодня, 13:00- Dünya təcriddən çıxır: Ölkələr sərhədlərini açır - Azərbaycan 15 iyunadək gözləyəcək?

Сегодня, 12:30- Vüqar Səfərli ayrılan pulları necə yeyibsə...

Сегодня, 12:00- "Bu il dünyada neftə tələbat 9-15% azala bilər"

Сегодня, 11:27- Bakıda məhkəmə sədrinin evi yanır-VİDEO

Сегодня, 11:00- Əli Kərimlinin qəzəbinin pərdəarxası…

Сегодня, 10:30- "Kənd təsərrüfatında gənc kadrlar yetişməlidir" - deputat

Сегодня, 10:00- İtaliyada idman zalları, fitnes klubları və hovuzlar açıldı

Сегодня, 09:00- Azərbaycanda kişinin təmirə pulu olmadı, qonşuların evlərini soydu

Вчера, 23:00- Avropadan Bakıya müharibə üçün “yaşıl işıq”

Вчера, 21:00- Koronavirusa yoluxan idmançı 23 kilo ARIQLADI - FOTO

Вчера, 20:00- 17 kiloqramdan çox narkotiki onlayn yolla satmaq istədilər

Вчера, 19:00- Gömrük rəisinin müavini milyonluq obyekti hansı vəsaitlə tikir? - FOTO

Вчера, 18:00- “Yuventus” argentinalı ulduzunun satış qiymətini açıqladı

Вчера, 17:00- Önümüzdəki 10 il işğal ərazilərinin ermənilərlə məskunlaşma illəri olacaq

Вчера, 16:00- “İcra başçıları var ki, məmnuniyyətlə vəzifəsindən gedərdi”

“Jurnalistika” ixtisasına qəbul qaydaları açıqlandı - Detallar

Tarix:12-05-2020, 19:30 Baxış Sayı:38

“Jurnalistika” ixtisasına qəbul qaydaları açıqlandı - Detallar “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən III qrupun abituriyentləri müvafiq müsabiqə şərtlərini ödədikləri halda, III ixtisas qrupu üzrə imtahan nəticələri elan olunduqdan sonra Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən elan olunacaq müddətdə eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq qeydiyyatdan keçməlidirlər.
DİM-dən verilən məlumata görə, bu barədə 2020-2021-ci tədris ili üçün Azərbaycanın ali məktəblərinin bakalavriat pilləsinə tələbə qəbulu haqqında elanda bildirilib.
Məlumatda deyilir ki, qeydiyyatdan keçmək üçün abituriyentlər şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər.
Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən və digər Xüsusi Qabiliyyət Tələb edən İxtisaslar üzrə qeydiyyatdan keçməyən Azərbaycan vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) cari ildə “Jurnalistika” ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq.
Qeydiyyatdan keçən abituriyentlər DİM tərəfindən elan olunacaq tarixdə qabiliyyət imtahanında iştirak edirlər. Abituriyentlər imtahanda təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Qabiliyyət imtahanından uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, “Jurnalistika” ixtisasını da seçə bilərlər.

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ